Bazar ertəsi, 25 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Fuat Oktay: “Türkiyə hərbçiləri ən qısa zamanda Azərbaycandakı vəzifələrini icra edəcəklər”

Türkiyə hərbçiləri ən qısa zamanda Azərbaycandakı vəzifələrini icra edəcəklər.

Bu barədə Türkiyənin Vitse-prezidenti Fuat Oktay bildirib.

O deyib ki, Türkiyə Şərqi Aralıq Dənizi, Kipr və Liviya ilə bərabər, Qarabağ məsələsində də Azərbaycana qeyd-şərtsiz dəstək verməkdə davam edir: “Qarabağdan işğalçı Ermənistanın qovulması Türkiyə-Azərbaycan dostluğunu meydanda da bütün dünyaya nümayiş etdirdi. 30 ildir Ermənistanın Qarabağdakı zülmünə, son hücumlar zamanı mülki əhalini və şəhərləri bombalamasına laqeyd qalmadıq, bu ədalətsizliklərə bəzi ölkələr kor və kar qaldığı halda biz bütün imkanlarımızla qardaş Azərbaycanın yanında olduq”.

F. Oktay qeyd edib ki, Azərbaycanın hüquq və mənafeyini bundan sonra da qorumaq üçün Türkiyə hərbçiləri qardaş ölkədəki vəzifələrini ən qısa zamanda icra edəcəklər: “Bundan sonra da ədalət mübarizəsində qardaşlarımızın yanında olacağıq”.

Xatırladaq ki, bir müddət əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə TBMM-ə təqdim edilən Türkiyə hərbi qüvvələrinin Azərbaycana göndərilməsini dəstəkləyən qanun layihəsi qəbul edilib. Qanun layihəsinə görə, Türkiyə hərbçiləri 1 il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər.(apa)

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Onların həyat yoldaşları bir-biriləri ilə erməni dilində danışırlar”  - Jurnalist sabiqlərə od püskürdü...

Bakıda gənc qadın özünü hündürmərtəbəli binadan atdı - Anbaan video

Səs yazısı yayılan Anar Cəbrayıllı danışdı: “Məni şantaj etməyə başladı ki...” - Audio

Paytaxt xəstəxanasında özbaşınalıq: Baş həkim dövlətin verdiyi dərmanları satır - Video  

İşğaldan azad olunmuş rayonlara qeydiyyat dayandırılıb - Rayon rəhbərləri

Məşhur ekstrasens Baş nazirə məktub yazdı: 11 ölkə darmadağın olacaq

Ramiz Mehdiyevin AMEA "islahatları"nın pərdəarxası məqamları..

Azərbaycanlını öldürən dəniz quldurları haqda bilmədiklərimiz - Foto

Qarabağa birinci kimlər köçürüləcək? - “Öz vəsaiti ilə ev tikmək istəyənlərə...”

Bəxtiyar Vahabzadənin oğlu: "Rusiyanı niyə bu qədər ilahiləşdirirlər?"

Vətən müharibəsində şəhid olan polkovnik-leytenantın nəşi tapıldı - Foto

Ən çox oxunanalar