Çərşənbə, 27 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Yeni beynəlxalq nizam Şərqdə formalaşır - ABŞ və AB-nin müstəmləkəçilik dönəmi bitir...

Dünyanın ən böyük ticarət razılaşması olan RCEP müqaviləsi Atlantik düşərgəsinin müstəmləkə qüvvələrinin xaric edilməsi ilə həyata keçirildi...

Adnan Akfırat
“Yeniçağ” qəzeti, Türkiyə, 27 noyabr 2020-ci il

Asiya-Sakit okean bölgəsindəki 15 ölkə dünya iqtisadiyyatının 1/3-ni əhatə edən sərbəst ticarət zonası yaradıb. Dünyanın ən böyük ticarət müqaviləsi olan Regional Hərtərəfli İqtisadi Tərəfdaşlıq (RCEP) müqaviləsi 15 noyabrda imzalandı.

Dünyanın ən böyük iqtisadi tərəfdaşlığı Atlantik düşərgəsinin müstəmləkə qüvvələrinin xaric edilməsi ilə əldə edildi. Razılaşmada ABŞ, İngiltərə, Fransa və Almaniya yoxdur. Dünənki müstəmləkələr və yarı müstəmləkələr olan bölgə ölkələri ortaq bir təşəbbüslə 21-ci əsrin əməkdaşlıq modelini inkişaf etdirirlər.

Hegemoniya dövrü deyil

Türk ictimaiyyəti Şərqi Asiyadakı proseslərdən çox uzaqdadır. RCEP-in əsas sütununu təşkil edən ASEAN Cənub-Şərqi Asiyada 10 ölkənin qurduğu nəhəng dövlətlərarası bir təşkilatdır. Bunlar əlifba sırası ilə Bruney, İndoneziya, Filippin, Kamboçya, Laos, Malayziya, Myanmar, Tayland, Sinqapur və Vyetnamdır.

ASEAN-ın tarixi 1961-ci ilə gedib çıxır. 1990-cı ildən sonra inkişafını sürətləndirib. 2000-ci illərdə isə genişlənib. Əvvəlcə “ASEAN + 3” adı altında Çin, Yaponiya, Cənubi Koreya və Şərqi Asiyanın üç ölkəsi ilə ortaq mexanizmlər qurulub. Daha sonra “ASEAN + 6” adı altında Hindistan, Avstraliya və Yeni Zelandiyanın da iştirakı təmin edilir. Hindistan xaricində 15 ölkə danışıqları 2013-cü ildə başlayan RCEP-i imzalayıb Hindistanın qoşulması üçün də açıq bir qapı yaradılıb. Sərbəst ticarət zonasının ümumi əhalisi 2 milyard 200 milyon nəfərdir. 15 ölkənin dünya ticarətindəki payı isə 28%-dir, gəlirləri isə dünya ümumi ticarətinin 1/3-ni təşkil edir.

AB və NAFTA-dan fərqi

RCEP ölçüsünə yaxın olan iki sərbəst ticarət zonası və iqtisadi birləşmə sazişləri mövcuddur. Biri Avropa Birliyi (AB), digəri isə Şimali Amerika Sərbəst Ticarət Sazişidir (NAFTA). Hər ikisi də imperialist ölkələrin təşəbbüsü ilə yaradılıb. İndi hər ikisi çox ciddi daxili sarsıntılar yaşayır. NAFTA çətin vəziyyətdədir, Kanada da ABŞ-ı onları müstəmləkəyə çevirməkdə günahlandırır. ABŞ sərbəst ticarət müqaviləsi bağladığı Meksika ilə sərhədlərini bağlamaq üçün bir divar inşa edir.

Ortaq suverenlik adı altında birləşmək vasitəsi olan Avropa Birliyi də 2008-ci il maliyyə böhranında zəifləməyə başladı və İngiltərə də bu prosesdə oradan ayrıldı. Koronavirus epidemiyasından sonra birləşən ölkələr ayrıldılar, sərhədlərini bir-birilərinə bağladılar.

ABŞ-ın Asiya-Sakit Okean bölgəsindəki hegemoniyasını qorumaq üçün Obama dövründə AB-ni özünə çəkərək böyük bir qətiyyətlə qurmaq istədiyi Trans-Sakit Okean Tərəfdaşlığı (TPP) da Tramp tərəfindən rədd edildiyi üçün havada qaldı. Hərtərəfli və Proqressiv Trans Sakit Okean Tərəfdaşlığı (CPTPP) adı ilə ölçüsü kiçildildi. RCEP-in yaradılmasından sonra isə tamamilə önəmsiz hala gəldi.

Lakin Atlantik Düşərgəsi tərəfindən dünyaya nizam vermək üçün qurulan sərbəst ticarət ittifaqları böyük çətinliklər yaşayarkən, Çinin rəhbərliyi altında Şərqdə daha inkişaf etmiş bir model quruldu.

Bərabərlər arasındakı faydalı münasibətlər

RCEP-nin rəsmi mətni ticarətin asanlaşdırılması, əqli mülkiyyət, elektron ticarət, rəqabət siyasəti və dövlət satınalma qaydalarının, habelə əmtəə ticarəti, xidmət ticarəti və sərmayə bazarına giriş qaydalarını əhatə edən 20 fəsildən ibarətdir.

RCEP formatı üzvlərin müxtəlif səviyyələrdə bazar liberallaşmasına sadiq qalmaları üçün kifayət qədər geniş və praktiki bir müqavilədir. RCEP-in üstünlüyü ondadır ki, o ölkələri bərabər şəkildə qəbul edərək müqayisəli üstünlüklərdən qarşılıqlı fayda qazanmağa əsaslanır Güzəştli ticarət müqavilələri ilə rəqabətə hazır olmayan sektorları qorumağa da imkan verir. RCEP ən inkişaf etmiş mərhələlərdən ən aşağı səviyyələrə qədər hamısını əhatə edir və hər birinə uyğunlaşa bilir.

Alınan malların 90%-dən çoxu razılaşmaya əsasən, gömrük vergisindən azad ediləcək. Bəzi mal və xidmətlər üçün gömrük vergisi güzəştləri də mövcuddur. RCEP-in ən çox moda, geyim və yüngül sənaye sahələrinə fayda gətirəcəyi gözlənilir. Moda və geyim kimi ixracat yönümlü sənaye sahələri üçün vahid sərbəst ticarət zonas, müqayisəli üstünlüklərə əsaslanan təchizat və dəyər zənciri yaratmasına kömək edir. Əmtəə, texnologiyaya, xidmətlər, kapitalların axınına və insanların sərhədyanı hərəkətinə sərbəstlik verir. Üzv ölkələr arasında tədarük zəncirini birləşdirməyin üstünlüyü ilə xarici investorlar üçün daha çox seçim təqdim edir.

Nümunəvi bir əməkdaşlıq modeli bu şəkildə işləyə bilər: Çin Avstraliya və Yeni Zelandiyadan yun idxal edir,həmin yunu Vyetnam ixrac edir və parça toxudur. Həmin parça ucuz işçi qüvvəsinə sahib olan Vyetnamda hazır geyim halına gətirilir və sonra Çin, Yaponiya və Cənubi Koreyaya ixrac edilir.

Bu ortaq istehsal xətti sayəsində güclü istehsalı və geniş beynəlxalq müştəri əlaqələri olan moda və geyim şirkətlərinin tam beynəlxalq üstünlüklərə sahib olması gözlənilir. RCEP rəqəmsal ticarət, investisiya və əqli mülkiyyətin qorunması da daxil olmaqla “21-ci əsrin ticarət qaydaları” adlandırılan qaydaların, demək olar, hamısını əhatə edir.

RCEP ilə Yaponiya və Cənubi Koreya da gəlirli iş birliyində iştirak etdi. Çin ilə Yaponiya və hətta Yaponiya ilə Cənubi Koreya arasında ilk sərbəst ticarət danışıqları başladı. Çin xarici işlər naziri Vanq Yi 25 noyabrda Yaponiya ilə əldə olunan əməkdaşlığı elan edib. RCEP çərçivəsində Çinlə Yaponiya arasındakı ticarət tariflərinin kəskin şəkildə düşməsi və Çinlə Cənubi Koreyanın əsas sahələrdə ticarəti daha da asanlaşdırması gözlənilir.

Bu razılaşma Çinin digər Asiya ölkələri ilə ticarət əlaqələrini və texnoloji əməkdaşlığını gücləndirəcək. Sərhədlərarası elektron ticarətin sürətli inkişafı Çin markalarının qlobal genişlənməsini asanlaşdırır, lakin xarici bazarlarda mövcud orijinal marka inhisarını zəiflədir.

Rusiya niyə yoxdur?

Bir mənada Rusiya da Şərqi Asiya ölkəsidir. Çin, Yaponiya və Cənubi Koreyanın qonşusudur. Rusiyanın müqaviləyə daxil edilməməsinin səbəbləri barədə bəzi suallar verilir. Cavab isə sadədir: Rusiya artıq Belarusiya, Qazaxıstan, Qırğızıstan və Ermənistanı da əhatə edən Avrasiya İqtisadi Birliyi (Aİİ) Azad Ticarət Zonasının qurucusudur. Avrasiya İqtisadi Birliyi də genişlənməyə çalışır. RCEP müqaviləsinə qoşulmaq üçün Rusiya daha 4 tərəfdaş cəlb etməlidir. Lakin bu ölkələr coğrafi baxımdan razılaşmanın tərəfi olan ölkələrdən uzaqdadırlar və digər RCEP tərəfdaşları ilə də iqtisadi cəhətdən əlaqələri yoxdur. Lakin bu durum Rusiya və Avrasiya İqtisadi Birliyinin Cənub-Şərqi Asiyadan uzaq qalacağı mənasına gəlmir. Avrasiya İqtisadi Birliyi ASEAN-a üzv olan Vyetnam və Sinqapur ilə güzəştli bir ticarət müqaviləsi imzalayıb və Kamboca, Tayland, İndoneziya ilə sərbəst ticarət müqavilələri bağlayıb. Rusiya ilə ASEAN arasında ticarət inkişafı və qarşılıqlı investisiya qoyuluşunun gələcəyi ümidlidir. Məsələn, Rusiya ilə Vyetnam arasındakı ikitərəfli ticarət cəmi 4 ildə sıfırdan ildə 10 milyard dollara qədər yüksəlib. 10 il ərzində Rusiya ilə Cənub-Şərqi Asiya arasında mühüm bir ticarət dəhlizinin yaranacağı proqnozlaşdırılır.

Avrasiya İqtisadi Birliyinin də Çinlə Sərbəst Ticarət Sazişi var. Bəzi problemlər aradan qaldırıldıqda tərəflər arasındakı ticarətdə böyük sıçrayış olacağı proqnozlaşdırılır. Məsələn, Rusiyanın Çinlə ticarətinin 2024-cü ilə qədər iki dəfə artaraq 200 milyard ABŞ dollarına çatacağı təxmin edilir. Həmçinin, Rusiya RCEP-ə qoşulmasa da, Rusiya və AEB-in Cənub-Şərqi Asiyaya çıxışını təmin etmək üçün bir çox əməkdaşlıq kanalı yaradılır.

Hindistanın səhv yolu

Bir digər sual isə belədir: Hindistan niyə RCEP-dən çıxdı və bunun alternativləri nələrdir?

Hindistan xüsusilə Çinin onların yerli bazarlarına çıxmasını istəmədiyi üçün RCEP-dən çəkildi. Hindistan şirkətləri Çinlə rəqabətdən qorxurlar. Çin Hindistana nisbətən daha intizamlı, beynəlxalq əməkdaşlıqda daha anlayışlı, daha yaxşı texnologiyalara və bacarıqlara sahibdir. Hindistanın bununla mübarizə yolu sadəcə öz qapısını bağlamaqdır. Bununla birlikdə, Çinlə rəqabət etməyin ən etibarlı yolu onunla güzəştli əməkdaşlıqlar qurmaqdır.

Hindistan hazırda yol ayrıcındadır: ya yüksələn Asiyada lider mövqeyini tutacaq, ya da kiçilərək dar bir millətçi baxışa dayanacaq və inkişaf etmiş sivilizasiyadan kənarlaşdırılacaq.

Asiya Afrikanı da böyüdür

Hind Okeanının qarşısında mövqe tutan Afrika Qitə Sərbəst Ticarət Müqaviləsi qısa müddətdə aktivləşdiriləcək. Hazırda Hindistanın nisbi üstünlüyə sahib olduğu Afrika ilə ticarəti, demək olar ki, sıfırlana bilər. Çünki Hindistanın ixrac etdiyi məhsulların 95%-də Afrika daxilindəki tariflər sıfıra enəcək. Afrika nəhəng bir qitədir və ölkələri müxtəlif sahələrdə ixtisaslaşıb. Sərbəst ticarət zonaları bütün Afrika sahilləri boyunca inkişaf edir və daxili qlobal istehsalçılara Asiya, Afrika və Yaxın Şərqə xammal tədarük etmək və məhsulları ixrac etmək imkanı verir.

Afrika Hindistanı qlobal bir istehsal mərkəzi olaraq əvəz edə bilər. Çünki Hindistan hazırda qeyri-rəsmi işçi gücündən faydalanaraq ucuz mal istehsalı üstünlüyünü də Afrikanın qarşısında əldən verə bilər.

Çinin strategiyası qalib gəldi

ABŞ nümayəndələri 2013-cü ildə Çin RCEP danışıqlarına başladığı zaman, bu danışıqların on illər boyu davam edəcəyini, nəticə verməyəcəyini dedilər və bölgə ölkələrini TPP-yə qoşulmağa məcbur etdilər. Digər tərəfdən Çin səbrlə RCEP-nin böyüməsi üçün çalışdı.

Çin dövlət başçısı Si Tsinpin 20 noyabrda Malayziyanın ev sahiblik etdiyi Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) 21 ölkədən ibarət iclasında çıxış edərkən demişdi:

“Çin RCEP-in tamamlanmasını alqışlayır və CPTPP-də iştirak etməyi də müsbət şəkildə dəyərləndirir”.

Çin Ticarət naziri Şon Şan 24 noyabr tarixində “People Daily” qəzetində imzalı bir məqalə yayımlayıb. Məqalədə qısaca deyilir: “Çin dünyadakı sərbəst ticarət bölgələri şəbəkəsini genişləndirmək cəhdlərini artıracaq və “dost dairələrini” genişləndirəcək”.

Nazir Şon RCEP imzalandıqdan sonra Kamboca ilə sərbəst ticarət razılaşmasının yaxın tarixdə qüvvəyə minəcəyini və Avropa Birliyi ilə investisiya müqaviləsi barədəki danışıqları sürətləndirəcəklərini bildirib.

Çinin Ticarət naziri RCEP ilə Çinin gömrük qaydalarının uyğunlaşdırılması, ticarətin asanlaşdırılması, əqli mülkiyyətin qorunması, e-ticarət və çevik ticarət yollarının təmin edilməsi kimi daha inkişaf etmiş vasitələrin yaradıldığını, bundan sonra isə daha geniş iqtisadiyyatlar və regional ticarət mexanizmləri ilə fəal şəkildə dialoq quracaqlarını qeyd edib.

Şon: “Bu, Çinin xaricə açılması yolunda keçdiyi mərhələlərdən biridir”, deyir və RCEP razılaşmasının qlobal iqtisadi tənəzzül və pandemiyanın səbəb olduğu qeyri-müəyyən mühitdə Çinin “xaricə açılması”nın daha ixtisaslı bir mərhələyə keçdiyini və yeni bir dönəmi başladığını da elan edir.

Çin RCEP-in “cüt dövrlü inkişaf” strategiyası üçün ciddi bir platforma olacağını da bildirib. Şonun fikrincə, RCEP tətbiqindən bəslənən böyük regional bazar bütün ölkə müəssisələrinin özlərini inkişaf etdirməsini təmin edəcək və qlobal bazarın Çinin daxili bazarı ilə əlaqəsini artırmaq və ölkənin qlobal sənaye, təchizat, dəyər zəncirləri ilə daha səmərəli inteqrasiya etməsinə imkan yaradacaq.

24 noyabr günü Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və ÜTT daxil olmaqla beşinci “1 + 6” Dəyirmi Masa toplantısında Çinin Baş naziri Li Keqian RCEP-in yalnız 15 üzv ölkəyə aid olduğunu deyil, eyni zamanda, açıq və əhatəli olduğunu, daha çox ölkənin iştirak edə biləcəyini söylədi.

Li bu razılaşmanın yalnız Şərqi Asiya regional əməkdaşlığındakı əlamətdar bir uğur deyil, həm də çoxtərəfli və sərbəst ticarətin təntənəsi olduğunu bildirib.

Nəticə: Atatürkün proqnozu reallaşır

Atlantikçilər “Bayden gəldi, ABŞ dünyaya nizam verəcək”, deyərkən, əslində, ABŞ hegemoniyasını məhdudlaşdıran çox qütblülük RCEP ilə yeni bir mərhələyə yüksəldi.

Atatürkün 27 mart 1933-cü ildə “Prezident olaraq deyil, türk millətinin bir üzvü olaraq” söylədiyi böyük proqnoz məhz indi baş tutur:

“İndi səhərin açıldığını necə görürəmsə, bütün şərq xalqlarının oyanışını da uzaqdan görürəm. Müstəqilliyinə və azadlığına qovuşacaq daha çox qardaş millət var. Bütün çətinliklərə və maneələrə baxmayaraq, bu millətlər hər şeyin öhdəsindən gələcək və onları gözləyən gözəl gələcəyə qovuşacaqlar. Dünyada müstəmləkəçilik və imperializm yox olacaq və əvəzinə, millətlərarası heç bir rəng, din və irq fərqi qoymayan harmoniya və əməkdaşlıq dövrü gələcək”.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Prezidentin vəzifəsindən azad etdiyi nazir atası kimdir?

Ramiz Mehdiyev Əli Həsənova deyil, ona vəzifə verdi

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin dəyişdirilməsinin səbəbi açıqlandı

“Paşinyanın məqsədi budur ki, Şuşanı...” – Erməni nəşrindən şok iddia

Yol kənarında dəfn edilən 17 şəhidin qəbrini su basdı - Valideynlər etiraz edir - Video

Xırdalanda dağıntılar altında bir uşaq qalıb - Foto,Video, Yenilənib4

Rəşad Nəbiyev nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib

"Azəriqaz" əhaliyə necə "torba tikir?" – Sensasion faktlar

Nazir Rövşən Əkbərovun bacısı oğlunu rəis təyin etdi

Ramin Quluzadə Prezidentin İşlər müdiri təyin edildi

Ən çox oxunanalar