Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Məğlub olduq, bizi inək sürüsünə çevirdilər” - Erməni polkovnikdən etiraf

"Biz niyə məğlub olduq? Bu sualı uzun müddət özümüzə verəcəyik və hər birimiz nə etməli olduğumuzu, ancaq etmədiyimizi qeyd edəcəyik. Biz, sadəcə özümüzə hörmət etmədik. Ən sadə şeyləri etmədiyimizə, özümüzə və illər ərzində itkilər, çətinliklər bahasına əldə etdiyimiz şeylərə hörmət qoymadığımıza inanıram".

PİA.az xəbər verir ki, bu sözləri Azərbaycana qarşı savaşan separatçı polkovnik Senor Asratyan özünün Feysbuk hesabında yazıb.

Hərbi cinayətkar uduzmalarının səbəblərinə dair özünün fərziyyələrini səsləndirərək günahın özlərində olduğu qənaətinə gəlib:

“Biz, bir-birimizi güclü etmək əvəzinə, zəiflətməyə, sevmək əvəzinə, nifrət etməyə üstünlük verdik.

Bir neçə nəfər bizi inək sürüsünə çevirdi və istədikləri yolla getməyə məcbur etdi. Amma bu vəziyyətdə belə inək sürüsü olmaqda davam edirik. Çünki müstəqil düşünmək qabiliyyətimiz yoxdur. Həm də düşünməyi biləni də dinləmirik. Bir neçə nəfərin uydurduğu nağılları dinlədik, indi də inanırıq. Evimizi qurmaq əvəzinə yalnız yaxınlıqda duranları göstərdik. Beləcə bir neçə nəfər müstəqil düşünmək qabiliyyətini itirən kütləni qeyri-müəyyənliyə aparmaqda davam edir”.

Separatçı rejimin hərbi nümayəndəsi bildirib ki, onlar məğlub olublar:

“Çünki ölkənin ağalarına çevrilən bu adamlar vətəni insanların yaşadıqları torpaqla qarışdırdılar. Vətəni vəhdətdə saxlamaq əvəzinə, bölgələrə ayırmağa qərar verdilər. Vətənin bir hissəsi yaşayır, digər hissəsi də yaşamaqdan uzaqlaşır. Nəticədə ermənilər bölündü, “vətən” parçalandı. Bundan sonrakı yolumuzun bizi hara aparacağını söyləmək çətindir. Ancaq boşluqda dayandığımız gerçəkdir”. (konkret.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar