Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Laçının boşaldılmasından sonra bu məsələlər gündəmə gələcək” – rusiyalı analitik

“Dünyadakı erməni millətçiləri Qarabağ mövzusunu 1915-ci ildə Osmanlı Türkiyəsində baş verən hadisələrlə eyni rəfə daşımağa və bundan bəzi siyasi xallar əldə etməyə çalışacaq”.

PİA.az xəbər verir ki, bu sözləri “Vesti Kavkaza” federal informasiya və analitik agentliyinin baş direktor müavini, siyasi ekspert Andrey Petrov, Vesti.az-a müsahibəsində deyib.

“Məncə, 10 noyabr gecə yarısından başlayan və 4 gün sonra başa çatan müharibəsonrakı ilk mərhələ Rusiya, AzərbaycanErmənistan arasında imzalanmış üçtərəfli razılaşmanın hərfinə və ruhuna uyğun, nümunəvi şəkildə davam edir. Bu müddətdə atəşkəs rejiminin pozulması ilə bağlı bircə fakt da qeydə alınmayıb. İşğalçı qoşunlar heç bir təxribat törətməyə cəhd göstərməyib, Azərbaycanın azad edilmiş ərazilərində bir güllə və bir mərmi də atılmayıb”, - deyə o sazişin bəndlərinin yerinə yetirilməsi barədə danışarkən söyləyib.

Onun sözlərinə görə, dünya Ermənistanın işğalçı qüvvələrini geri çəkməsi ilə bağlı Rusiyanın öz üzərinə götürdüyü öhdəlikləri necə yerinə yetirdiyini və həqiqətən də onları AğdamKəlbəcər rayonlarından necə çıxardığını gördü.

Mütəxəssis bu xüsusda hesab edir ki, Rusiya sülhməramlılarının münaqişə zonasında peyda olması vəziyyəti kökündən dəyişdirib: “Belə ki, təcavüzkar tərəfin davranışı üzərində nəzarət yaradılıb və İrəvanın razılaşmanı pozması, onu öz lehinə şərh etməsi və ya icrasını təxirə salması üçün artıq hər hansı imkanı qalmayıb. Bu baxımdan, indi əlbəttə ki, Azərbaycan artıq Rusiyaya konfliktin həllində hakim kimi etibar edir, Ermənistanın isə aldatmaq, yoxsa özünü dürüst davranmaq kimi seçim lüksü yoxdur, çünki erməni potensial təxribatçıları Rusiya sülhməramlıları daim izləyir”.

Analitikin fikrincə, 1 dekabrdan sonra ilk növbədə Ermənistanın Azərbaycanın azad edilmiş bölgələri ilə sərhədlərinin demarkasiyası və delimitasiyası məsələsi kəskin şəkildə gündəmə gələcək. “Artıq indidən görürük ki, İrəvan Sotkdakı (Zod – red.) qızıl yatağının ən azından bir hissəsinin Ermənistan ərazisində qalmalı olduğunu sübut etməyə çalışır. Həmçinin sərhəd boyu işğal altındakı Azərbaycan torpaqlarının heç olmasa kiçik hissələrini tərk etməmək cəhdləri yəqin ki, davam edəcək. Odur ki, Rusiya sərhəd mühafizəsinin işi burada vacib olacaq. O məqsədlə ki, Ermənistanın Azərbaycanla sərhədin qurulması ilə bağlı öhdəliklərini dəqiq yerinə yetirsin və Rusiya-Azərbaycanla birgə təmaslarda sərhədin beynəlxalq səviyyədə tanınmış koordinatlara uyğun delimitasiya və demarkasiyası reallaşsın”, - deyə rusiyalı politoloq vurğulayıb.

O, habelə azad edilmiş Azərbaycan ərazilərinin hələ uzun illər minalardan təmizlənəcəyini və bununla Azərbaycan, rus və erməni sapyorlarının məşğul olacağını diqqətə çatdırıb: “Erməni mütəxəssislər ən azından soydaşlarının qayıtdıqları Xankəndi, Xocavənd, Xocalı, Əsgəran və Ağdərədə minaları təmizləməlidir. Rusiyanın başqa torpaqlarda da sapyorların işə cəlb olunmasını tələb edəcəyi şübhə doğurmur. Və Moskvanın heç bir əsası yoxdur ki, Azərbaycan torpaqlarında məhz erməni ordusunun bu qədər sıx şəkildə minalar basdırmasına göz yumsun və bununla Rusiya sülhməramlılarının həyatını da riskə atsın”.

Ekspert Rusiya tərəfindən də qurbanlar daxil olmaqla, müharibənin minalı “əks-sədası”nın artıq ilk qurbanlarının olduğunu və bunun Azərbaycan üçün azad edilmiş ərazilərinin bərpası prosesində çox ciddi və ən əsası uzunmüddətli problem olacağını xatırladıb.

Siyasi təhlilçiyə görə, Nikol Paşinyanın Ermənistanın yeni xarici siyasət prioritetinin Azərbaycanla birgə sülhü qorumaqla bağlı olacağı barədə verdiyi son açıqlama böyük ümidlər yaratmasa da, müəyyən nikbinliyə əsas verir: “Azərbaycana qarşı edilən bunca pislikdən sonra İrəvana inanmağa 100% dəyməsə də, ən azından konkret anda, demək həm də yaxın perspektivdə Ermənistan dövlətinin ruhi halında hansısa revanşist hərəkətləri gözləməyə dəyməz. Sülh və müharibədən imtina - iki ölkə arasındakı münasibətləri həqiqətən normallaşdırmağın tək şansdır. Burada da ümid edirəm ki, Rusiya “müharibə partiyası”nın Yerevanda fəallaşmasını əngəlləmək də daxil, ən aktiv rolu oynayacaq”.

Ekspert hesab edir ki, yeni nizamlamanın birinci mərhələsinin başa çatması növbəti - Ermənistanla Azərbaycan arasında münasibətlərdəki bütün problemli məsələlərin həmişəlik qapanmaq mərhələsinə keçid demək olacaq. “Erməni qoşunları hələ də Azərbaycan torpağındadır - xüsusən də Xocavənd, Xocalı, Tərtər bölgələrindədir. Oradan da onlar geri çəkilməlidir. Qarabağın statusu məsələsi bu və ya digər şəkildə gündəmdən çıxarılmalıdır. İndi bu prosesin necə gedəcəyini təsəvvür etmək belə çətindir. Aydındır ki, dünyadakı erməni millətçiləri Qarabağ mövzusunu 1915-ci ildə Osmanlı Türkiyəsində baş verən hadisələrlə eyni rəfə daşıyacaq və bundan bəzi siyasi xallar əldə etməyə çalışacaq. Ancaq mənim fikrimcə, onların fəallığı Cənubi Qafqazdakı həyata əhəmiyyətli təsir göstərməyəcək. Önəmlisi Dağlıq Qarabağ münaqişəsini bacardıqca tez keçmişdə saxlamaqdır”, deyə rusiyalı analitik əlavə edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar