Bazar, 24 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Tramp gedərayaq İrana zərbə endirməyə hazırlaşır: ABŞ Müdafiə nazirinin Yaxın Şərq səfərinin gizlinləri

ABŞ-ın Müdafiə naziri vəzifəsini icra edən Kristofer Miller Yaxın Şərqə səfər edib. Kristofer Millerin bu postda ilk xarici səfəri amerikalı hərbçilərin İrana zərbə endirə biləcəyi ilə bağlı məlumatların KİV-də dərc edilməsi fonunda baş verir. Bildirildiyinə görə, Prezident Donald Tramp bu məsələni öz məsləhətçiləri ilə müzakirə edib və bundan sonra dövlət katibi Mayk Pompeo Yaxın Şərq turnesi çıxaraq Binyamin Netanyahu və Məhəmməd bin Salmanla görüşərək anti-İran blokunu gücləndirib. Ardınca isə Amerika Hərbi Hava Qüvvələri “B-52H Stratofortress” strateji bombardmançılarını regiona göndərib. Nəhayət, noyabrın 27-də İranın nüvə proqramının yaradıcılarından olan Möhsün Fəxrizadənin qətlə yetirilib. Onun həlak olmasında İsrail xüsusi xidmət orqanlarını ittiham ediblər.

Sual oluna bilər: ABŞ prezidenti Donald Trampın son həftələrində İrana zərbə endirməsi nə dərəcədə mümkündür?

Rusiyanın “İzvestiya” nəşri bugünkü baş məqaləsində yuxarıdakı suala aydınlıq gətirib.

Müəllif Kseniya Loginovanın “Buludlar qalınlaşdı: ABŞ-ın bombardmançıları Yaxın Şərqə göndərir” məqaləsində qeyd edir ki, Kristofer Miller bu səfərində Amerika hərbçiləri, onların komandanlığı ilə yanaşı, həm də region ölkələrinin rəhbərliyi ilə görüşməyə hazırlaşır: “Konkret hansı dövlətlərdən söhbət gedir, dəqiqləşdirilmir. Səfərin rəsmi məqsədi “hərbçiləri Minnətdarlıq Günü münasibətilə təbrik etmək, həmçinin ABŞ komandanlığı, bölgə ölkələrinin liderləri və təhlükəsizlik orqanlarının rəhbərləri ilə ekstremizm qarşı mübarizə məsələlərini, ümumi maraq və prioritetləri müzakirə etmək, habelə regionun suverenliyi və sabitliyini təhdid edən zərərli hərəkətlərə qarşı mübarizə aparmaq"dır.

"The New York Times" isə xəbər verir ki, Ağ ev rəsmiləri ABŞ Prezidentini "hərbi zərbədən çəkindirməyə çalışıblar". Xəbərdarlıq ediblər ki, bu cür hücum onun prezidentliyinin son həftələrində genişmiqyaslı münaqişəyə çevrilə bilər. Buna baxmayaraq, hazırkı Amerika lideri "güman ki, hələ də iranlıların və müttəfiqlərinin obyektlərinə zərbələr endirmək yollarını axtarır".

Məqalədə xatırladılır ki, Trampın hərbi-diplomatik blokla görüşü MAQATE inspektorlarının İranın uran ehtiyatının "nüvə sövdələşməsi" şərtlərində nəzərdə tutulandan 12 dəfə artıq olduğunu bəyan etdikdən sonra baş tutub və zərbənin vurulması ilə bağlı qərar qəbul edilsə, ilk hədəf Natanze atom müəssisəsi olacaq.

Bundan başqa, Axios nəşri mötəbər mənbələrə istinadən xəbər verib ki, İsrail hərbçiləri də ABŞ-ın İrana mümkün həmləsinə hazırlaşdığına dair təlimat alıblar. Hazırda İsrail hökuməti mümkün hücumla bağlı dəqiq məlumatlara malik deyil, lakin ehtiyat edirlər ki, bu hücumun baş tutacağı təqdirdə, tam hazırlıq üçün onlara vaxt çatmayacaq. Portalın iddiasına görə, istənilən halda, “İsrail hökuməti Co Baydenin 2021-ci ilin yanvarında inauqurasiyası ərəfəsində regionda vəziyyətin çox mürəkkəbləşəcəyini gözləyir".



“İzvestiya” nəşri xatırladıb ki, 2020-ci ilin yanvar ayının sonunda da Vaşinqton Hind okeanında Diego-Garcia adasındakı hərbi bazasına altı “B-52H Stratofortress” bombardıman təyyarəsi göndərmişdi. Bu, Bağdadın hava limanında İranın İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı "əl-Qüds" korpusunun Komandanı general Qasım Süleymaniyə qarşı törədilən sui-qəsdindən bir neçə həftə sonra baş vermişdi. Həmin məqamda Vaşinqtonla Tehran arasında hərbi münaqişəyə real təhlükə yaranmışdı. Bundan başqa, İraq parlamentində xarici hərbçilərin ölkəni çıxmasını tələb edirdilər. İraqdakı amerikalı əsgərlərə İranı dəstəkləyən şiə qruplaşmaları tərəfindən hücum halları da çoxalmışdı.

Bu ilin yazında Vaşinqton aviadaşıyıcılarını və bombardmançılarını da Yaxın Şərqə göndərdi. Pentaqonda bu qərarı İranın yaratdığı potensial təhlükəyə qarşı qəbul olunması ilə əlaqələndirdilər.



Bu dəfə isə bombardmançıların bölgəyə göndərilməsi ABŞ-ın dövlət katibi Mayk Pompeo-nun Yaxın Şərqə səfəri ilə eyni vaxta düşür. Amerika və İsrail KİV öz mənbələrinə istinadən iddia edirlər ki, İsrailin Baş naziri Benyamin Netanyahu da ABŞ Dövlət Departamentinin rəhbəri ilə eyni vaxtda Səudiyyə Ərəbistanına uçub. Nəşr həmçinin, İsrail hökumətinin başçısının Səudiyyə Ərəbistanının faktiki hökmdarı, vəliəhd-şahzadə Məhəmməd bin Salmanla İsrail və ərəb dövlətlərinin İranla münasibətləri rmüzakirə etdiklərini bildirir. Amma tərəflərin heç bir ciddi razılaşmaya nail ola bilmədikləri də də gizlədilmirlər.

Qeyd olunur ki, Ər-Riyad İsrailin BƏƏ və Bəhreyn arasında sazişlərin imzalanmasını dəstəkləyib. Bundan başqa, krallıq İsrail ilə Sudan arasında münasibətlərin normallaşmasının da əleyhinə deyil. Səudiyyə Ərəbistanı və İsrail hələlik rəsmi münasibətlər qurmağa tələsmirlər, Bununla yanaşı, onlar müxtəlif səviyyələrdə təmasları dəstəkləyir, xüsusilə təhlükəsizlik sahəsində əməkdaşlıq niyyətlərini gizlətmirlər.

Pompeo İsraildə olarkən "The Jerusalem Post" nəşrinə müsahibəsində bildirmişdi ki, Vaşinqtonda "Tehrana müxtəlif təzyiq variantlarına baxırlar". Səudiyyə Ərəbistanının "Əl-Ərəbiyyə" telekanalına verdiyi şərhdə isə o, Vaşinqtonun İrandan gələn təhlükəni nəzərə alaraq regionda sülhə nail olmaq üçün səylərini davam etdirdiyini bildirib.(ovqat.com)

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Onların həyat yoldaşları bir-biriləri ilə erməni dilində danışırlar”  - Jurnalist sabiqlərə od püskürdü...

Bakıda gənc qadın özünü hündürmərtəbəli binadan atdı - Anbaan video

Səs yazısı yayılan Anar Cəbrayıllı danışdı: “Məni şantaj etməyə başladı ki...” - Audio

Paytaxt xəstəxanasında özbaşınalıq: Baş həkim dövlətin verdiyi dərmanları satır - Video  

İşğaldan azad olunmuş rayonlara qeydiyyat dayandırılıb - Rayon rəhbərləri

Məşhur ekstrasens Baş nazirə məktub yazdı: 11 ölkə darmadağın olacaq

Ramiz Mehdiyevin AMEA "islahatları"nın pərdəarxası məqamları..

Qarabağa birinci kimlər köçürüləcək? - “Öz vəsaiti ilə ev tikmək istəyənlərə...”

Bəxtiyar Vahabzadənin oğlu: "Rusiyanı niyə bu qədər ilahiləşdirirlər?"

Xalqdan oğurluq edən “Azəriqaz” rəhbərliyi cəzalandırılmalıdır” – Partiya sədri

Ən çox oxunanalar