Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan: 7 rayonun Azərbaycana təhvil verilməsinin alternativi yox idi

Hələ 2011-ci ildə Kazanda hazırlanan razılaşmaya görə, Ermənistan Dağlıq Qarabağ ətrafındakı 7 rayonu keçid (son olmayan) status və gələcəkdə referendum qarşılığında verməyə hazır idi.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında yazıb.

Paşinyan qeyd edib ki, Şuşa məsələsi 2007-ci ildə razılaşdırılan Madrid prinsiplərində müəyyənləşdirilmişdi. Bu sənədə görə, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin əhalisi 1988-ci ildəki nisbətdə olmalı idi: “Bütün bunlarla 2018-ci ildə baş nazir vəzifəsinə gəldikdən sonra tanış oldum. Nə edə bilərdim? Xalqa müraciət edib, "Dostlar, vəziyyət belədir — ya Qarabağın statusu olmadan yeddi rayondan imtina edirik, ya da müharibə olacaq” deyə bilərdim.

Onda insanlar nə deyəcəkdilər? Onlar vətənlərini müdafiə edəcəkdilər. Müharibə başlayacaqdı və elə alınacaqdı ki, müharibəni Ermənistan başladıb. “Əraziləri qaytarırıq” desəydim, bu dəfə insanlar "Nikol xaindir" deyəcəkdi və yenə müharibə başlayacaqdı”.

Baş nazirin sözlərinə görə, məsələni danışıqlar yolu ilə iyuldakı gərginlik və sentyabrdakı müharibə aralığında həll etməyə çalışsaydı ondan qoşunların geri çəkilməsi üçün xüsusi qrafik tələb olunacaqdı. Buna razı olduğu təqdirdə isə yenə xain adlandırılacaq və yenə müharibə başlayacaqdı: “Beləliklə, 2018-ci ildən sonra Qarabağ məsələsi çıxılmaz vəziyyətə gəldi, bundan yalnız bir çıxış yolu vardı - ərazilərin qeyd-şərtsiz geri qaytarılması”. Yəni nəticə təxminən indiki kimi olacaqdı.

“İndi çoxları deyir ki, Ermənistan öz dostları ilə daha yaxından əməkdaşlıq etməli idi. Amma kim deyir ki, dostların məsələnin həllinə fərqli baxışları var idi? Ən azından indi düşünürəm ki, onların baxışları yuxarıda göstərilənlərlə tamamilə üst-üstə düşürdü”, - deyə N.Paşinyan vurğulayıb.

Baş nazir sonda, bunlara görə daxili çəkişmələri bir kənara qoyub, bütün gücləri birləşdirməyə çağırıb.(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar