Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransız səfir və politoloq Senatın qərarına qarşı çıxdı

Fransanın İsraildəki keçmiş səfiri Gerard Araud və Fransa Strateji və Beynəlxalq Münasibətlər İnstitutunun (İRİS) direktor müavini, politoloq Didier Billion Senatın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərarını müdafiə edən senator Valeri Buayeni tənqid edib.

Qafqazinfo” xəbər verir ki, Araud tvitterdə Boyerə cavab olaraq Senatın bu qərarı ilə Fransanın münaqişələrdə tərəf tutaraq vasitəçi rolundan çıxdığını bildirib. Onun postunda “beynəlxalq maraqlara zidd seçki” ifadəsi yer alıb.

Politoloq Billion bu qərara görə Arauda təşəkkür edərək “Fransa Senatının Dağlıq Qarabağa verdiyi səs böyük bir siyasi səhvdir. Beynəlxalq hüququ bilməməyimiz, həqiqətlərin təhrif olunması və təəssüf ki, zəif olduğumuzun bir etirafıdır,- deyə bildirib.

Qeyd edək ki, fransız senator Buaye tvitter hesabında “Senatın Dağlıq Qarabağı tanımasından, Azərbaycan və Türkiyəyə qarşı sanksiya tətbiqini istəməsindən şərəf duyuram”, - deyə bildirmişdi.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar