Çərşənbə axşamı, 19 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

"Qarabağ"ın koronavirusa yoluxan kapitanı: “Sanki narkozdan təzə ayılmışam”

“Vəziyyətim artıq yaxşıdır, özümü pis hiss etmirəm”.

Bunu apasport.az saytına Azərbaycan millisinin və “Qarabağ” klubunun kapitanı Maksim Medvedev deyib.

Yığmanın düşərgəsində olarkən koronavirusa yoluxan və bu üzdən Lüksemburqda qalan 31 yaşlı müdafiəçi artıq otaqdan çıxa bildiyini söyləyib: “Yavaş-yavaş hər şey qaydasına düşür. 3-4 gündür ki, özümü yaxşı hiss edirəm. Artıq otaqdan çıxmağa da icazə verirlər. Çıxıb bir az gəzirəm. Təbii ki, 11 gün otaqda qaldıqdan sonra anidən çölə çıxmaq çətindir. Bir az başım gicəllənir, havada çox qala bilmirəm. Sanki narkozdan təzə ayılmışam”.

Medvedev bu gün yenidən test verəcəyini və Azərbaycana qayıdıb-qayıtmayacağının bundan asılı olacağını vurğulayıb: “Yavaş-yavaş məşqə başlamışam. Sadəcə testlərimin nəticəsi pozitiv çıxdığı üçün buranı tərk edə bilmirəm. Buna görə hava limanına getməyə icazə yoxdur. Bu gün yenidən test verəcəyəm və sabah nəticəsi bəlli olacaq. Bunun nəticəsinə uyğun qərar veriləcək”.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Lavrov Laçın dəhlizi barəsində dedikləri ilə...” - Bugünkü çıxışa reaksiya olmasa...

Əli Həsənov Vüqar Səfərlinin həbsindən danışdı

Diplomatiyamızın “topal generalları”... - Onların haralara və nəyə xidmət etdiklərini anlamaq asan deyil

Ermənilər yolu bağladı, rus general “Artsax” dedi - Sülhməramlıların yeni “tamaşası” -Video

“Bağlı qapılar arxasında qurulan planlar...” - Ərdoğandan şok Qarabağ açıqlaması

Rəşid Mahmudovun xəstəxanadan fotosu yayıldı - Foto

Murov dağının altından Kəlbəcərə tunel çəkilir - Rəsmi

Toylarla bağlı mühüm açıqlama: "Ramazan bayramından sonra.."

“Mən də insan idim…” – Əli Həsənov günahını yumağa başladı

Oliqarx məmur Kəmaləddin Heydərovun ailə biznesinə yaxın şirkətlər ləğv edilir

loading...

Ən çox oxunanalar