Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bayden Ağ Evin mətbuat katibinin adını açıqladı

ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Bayden yeni administrasiyasında Cen Psakini Ağ Evin mətbuat katibi təyin etmək niyyətindədir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü demokratın rəsmi saytında yayımlanan məlumatda deyilir.

C.Psaki 44-cü ABŞ prezidenti Barak Obamanın administrasiyasında Ağ Evin və Dövlət Departamentinin rəsmi nümayəndəsi olub. O, indi Baydenin keçid komandasının məsləhətçisidir. C.Psaki həmçinin Rusiya və Ukrayna ilə bağlı səs-küylü fikirləri ilə tanınır.

C.Bayden eyni zamanda Keyt Bedinqfildi Ağ Evin kommunikasiya direktoru təyin etmək niyyətindədir. K.Bedinqfild demokratın seçki kampaniyasının menecerinin müavini vəzifəsini icra edirdi və eyni zamanda onun qərargahında kommunikasiya direktoru idi. Ağ Evin kommunikasiya direktoru ABŞ administrasiyasının bütün ictimai informasiya-təşviqat siyasətinə nəzarət edir.

Karin Jan-Pyer Ağ Evin mətbuat katibinin birinci müavini olacaq. ABŞ-ın yeni seçilmiş vitse-prezidenti Kamala Harrisin rəsmi nümayəndələri isə Simona Sanders və Eşli Etyen olacaq. Əvvəllər Sanders və Jan-Pyer Baydenin seçki kampaniyasında baş məsləhətçi vəzifələrində çalışıblar. ABŞ-ın birinci xanımı Cill Baydenin mətbuatla əlaqələrinə Elizabet Aleksander cavabdeh olacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar