Çərşənbə axşamı, 19 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

OPEK+ nazirləri konsensusa gələ bilmədilər - 2021-ci ildə neftin qiyməti yenə sıfırlana bilərmi?

OPEK+ dövlətlərinin nazirləri 2021-ci ilin ilk ayları üçün alyans ölkələrinə neft hasilatının hansı səviyyədə tövsiyə ediləcəyi barədə razılığa gələ bilməyiblər...

Enerji məsələləri üzrə eskpert: “bəzi ölkələr öhdəliklərə 100 faiz, bəzi ölkələr isə 90 faiz əməl edib. Buna görə də müəyyən mübahisələr var və bəzi ölkələr ədalətli bölüşmə tələb edirlər”.

“OPEK+ qlobal bazarda statistika üçün nəsə təklif etmək və onun üstündə dayanmaq məsələsini müzakirə edir. Bu da asan məsələ deyil”.

Bu sözləri enerji məsələləri üzrə eskpert İlham Şaban OPEK+ monitorinq komitəsinin nazirlərinin keçirdiyi qeyri-formal məsləhətləşmələrdə konsensus əldə olunmamasının səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Noyabrın 29-u OPEK+ monitorinq komitəsinin nazirlərinin keçirdiyi qeyri-formal məsləhətləşmələr konsensus əldə olunmadan başa çatıb. Belə ki, tərəflər 2021-ci ilin ilk ayları üçün alyans ölkələrinə neft hasilatının hansı səviyyədə tövsiyə ediləcəyi barədə razılığa gələ bilməyiblər.

“Bloomberg” agentliyi isə öz növbəsində bildirir ki, komitə üzvlərindən bir neçəsi məhdudiyyətlərin yumşaldılmasının 2021-ci ilin yanvarından daha gec bir tarixə təxirə salınması ilə razılaşmırlar.

OPEK+ neft hasilatı barədə kosensus hansı səviyyədə ola bilər və gələn il üçün neftin qiymətini necə proqnoz etmək olar?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı “Neft Araşdırmaları” Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə eskpert İlham Şabana müraciət edib.

İlham Şaban: “Neftin qiyməti hal-hazırda 47 dollardan yuxarıdır və bazar iştirakçıları arasında hansısa panik əhval-ruhiyyə yoxdur”.

Neft hasilatının nizamlanması üçün OPEK+ dövlətlərinin məsləhətləşməsində bəzi ölkələrə qarşı maliyyə cəriməsinin olması barədə çağırışın olduğunu vurğulayan ekspert PİA.az-a açıqlamasında qeyd edib ki, bəzi neft hasil edən ölkələr hesab edirlər ki, yeni layihələrlə bağlı neftin kvotasında artıma ehtiyac var:

“OPEK+ görüşü hələ başlamayıb. Bu görüş ayın 30-u və 1-i tarixi üçün Bakı vaxtı ilə saat 17-də başlayacaq. Ayın 1-də axşam üstü isə hansı qərarın qəbul edildiyi bilinəcək. Ayın 29-da keçirilən görüşdə isə konsensus əldə edilmədiyi üçün hansı qərarın veriləcəyini demək çətindir. Çünki bəzi ölkələr öhdəliklərə 100 faiz, bəzi ölkələr isə 90 faiz əməl edib. Buna görə də müəyyən mübahisələr var və bəzi ölkələr ədalətli bölüşmə tələb edirlər.

Hətta OPEK+ məsləhətləşməsində öhdəlikləri yerinə yetirməyən bəzi ölkələrə qarşı maliyyə cəriməsinin olması barədə çağırış olub. Bəzi ölkələr hesab edirlər ki, yeni layihələrlə bağlı neftin kvotasında artıma ehtiyac var. Məsələn Qazaxıstan hasilatın əvvəlki kvotada saxlanılmasının əleyhinə səs verib. Çünki Qazaxıstan böyük layihələrinin olduğunu və onların genişləndiyini qeyd edib.

İlham Şaban: “Təşkilat qlobal bazarda statistika üçün nəsə təklif etmək və onun üstündə dayanmaq məsələsini müzakirə edir. Bu da asan məsələ deyil”.

Təbii ki, OPEK+ iclasında bir-iki ölkənin marağı nəzərə alınmır. Təşkila qlobal bazarda statistika üçün nəsə təklif etmək və onun üstündə dayanmaq məsələsini müzakirə edir. Bu da asan məsələ deyil.

Neftin qiyməti hal-hazırda 47 dollardan yuxarıdır və bazar iştirakçıları arasında hansı panik əhval-ruhiyyə yoxdur. Çünki hələ nəyin necə olacağı bilinmir. Ona görə də indidən 2021-ci ildə neftin qiymətini proqnozlaşdırmaq hazırda mümkün deyil. Çox təlatümlü bir zamanda yaşamalıyıq. Pandemiyanın davam etməsi də dünya iqtisadiyyatını kiçiltməkdədir. Ola bilər ki, hansısa siyasi prosseslərə görə neftin qiyməti artsın, ya da aşağı düşsün”.

Nərminə UMUDLU
pia.az


Etiket: OPEK Neft


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Lavrov Laçın dəhlizi barəsində dedikləri ilə...” - Bugünkü çıxışa reaksiya olmasa...

Əli Həsənov Vüqar Səfərlinin həbsindən danışdı

Diplomatiyamızın “topal generalları”... - Onların haralara və nəyə xidmət etdiklərini anlamaq asan deyil

Əli Həsənovun Azərbaycana gətirilməsini həyat yoldaşı təkzib etmədi

“Bağlı qapılar arxasında qurulan planlar...” - Ərdoğandan şok Qarabağ açıqlaması

“Yenə yalan danışırsan!” - Azərbaycanlı deputatdan Lavrova sərt cavab

Murov dağının altından Kəlbəcərə tunel çəkilir - Rəsmi

Rəşid Mahmudovun xəstəxanadan fotosu yayıldı - Foto

Demoqrafik kollaps: Erməni əhali hara gedir və niyə?

Prezident məmurlara xəbərdarlıq etdi: “Təmizləmə prosesi gedir və gedəcək”

Toylarla bağlı mühüm açıqlama: "Ramazan bayramından sonra.."

Ermənilər yolu bağladı, rus general “Artsax” dedi - Sülhməramlıların yeni “tamaşası” -Video

loading...

Ən çox oxunanalar