Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Ramiz Mehdiyev, Əli Həsənov, Abel Məhərrəmov kimilərin üzr videoları nə vaxt çıxacaq?!"

Bakı Dövlət Universitetindən başında bayraq rəqs etdiyinə görə xaric edilən I kurs tələbəsinin üzr videosunu izlədim. Min dəfələrlə artıq günahkarların bir gəncin üzərindəki "qələbə"lərinə çox üzüldüm”.

PİA.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

“Görəsən on minlərlə gəncimizin gələcəyini məhv edən, xalqı talan edib oliqarxlara çevrilən akademiklərin, trolxanalar, toyxanalar kralları Ramiz Mehdiyev, Əli Həsənov, Abel Məhərrəmov kimilərin üzr videoları nə vaxt çıxacaq?! Axı onlar uzun illər tək bayrağa, gerbə, himnə yox, həm də Azərbaycan xalqına, dövlətinə qarşı hörmətsizlik ediblər” – A.İsmayılov vurğulayıb.

Xatırlatma: Universitetin yaydığı açıqlamada bildirilir ki, Mexanika-riyaziyyat fakültəsinin Mexanika ixtisası üzrə I kurs tələbəsi Məhəmmədov Pərviz Əlipənah oğlu bir neçə dəfə dərs zamanı Universitetin daxili nizam-intizam qaydalarını pozub. Bu barədə tələbəyə və valideyninə məlumat verilib, universitetin daxili nizam-intizam qaydalarına əməl etməsinin vacibliyi izah olunub. Lakin Pərviz Məhəmmədov 23.11.2020-ci il tarixində tədris prosesi zamanı yenidən Universitetin daxili nizam-intizam qaydalarını kobud şəkildə pozub, həmçinin şəhidlərimizin qanı ilə boyanmış, Ali Baş Komandanımızın rəhbərliyi ilə Şanlı Ordumuzun işğaldan azad edilmiş əzəli torpaqlarımızda qürurla dalğalandırdığı Azərbaycan Respublikasının Dövlət bayrağına qarşı təhqiredici hərəkətlər edib. Bildiririk ki, Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında Qanunun 11-ci maddəsinə görə “Azərbaycan Respublikası Dövlət bayrağının bu Qanunun tələblərinə zidd istifadəsi, habelə Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının rəmzlərinə qarşı istənilən təhqir yolverilməzdir və məsuliyyətə səbəb olur. Buna görə də tələbə Pərviz Məhəmmədov 23 noyabr 2020-ci il tarixindən Universitet tələbələri sırasından xaric edilib. Bu barədə Pərviz Məhəmmədov və valideyni (atası) Bakı Dövlət Universitetinə çağırılıb, etdiyi hərəkətlər haqqında məlumat verilib. Əlavə olaraq bildiririk ki, Pərviz Məhəmmədovun atası Əlipənah Məhəmmədov nə Birinci, nə də İkinci Qarabağ savaşında iştirak etmədiyini bildirib.

Daha sonra Pərviz Məhəmmədov videomüraciət yayıb, törətdiyi əməldən peşman olduğunu bildirib, üzr istıyib: ““Bu yaxınlarda Sosial şəbəkələrdə təsiredici videom paylaşıldı, Azərbaycan Respublikasının Dövlət Bayrağına qarşı hörmətsizlik etmişdim. Bu əməlimə görə Azərbaycan xalqından üzr istəyirəm. Müəllimə də qarşı hörmətsizlik etmişəm, dərs prosesini pozmuşam. Müəllimdən də üzr istəyirəm. Məsələ sosial şəbəkələrdə müzakirəyə çıxarılıb, bilmirəm, mənim tərəfimi saxlayırlar, ya yox... Onlar reytinq qazanırlar. Xahiş edirəm, nəsə etməyin, işi daha da qəlizləşdirirsiniz. Bu, mənim barəmdə iş açılmasına səbəb ola bilər. Bakı Dövlət Universitetinin Ağsaqqallar Şurası, müəllimlər məsələni yoluna qoyur. Mənə görə narahat olmayın. Videoların silinməsini xahiş edirəm”.(pravda)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar