Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cəbhəyə yollanmış həkim Seyidov: “O əsgərlər üçün gecə-gündüz işləməyə hazır idik!”

 Media.Az İkinci Qarabağ müharibəsində həkim kimi iştirak etmiş travmatoloq-ortoped, tibb elmləri namizədi, Beynəlxalq Travmatologiya və Ortopediya Cəmiyyətin (SICOT) üzvü İnar Seyidovla həmsöhbət olub.

İ. Seyidov bildirib ki, sentyabrın 27-də Mərkəzi Hərbi Hospitaldan olan həmkarı zəng edərək həkimlərə ehtiyac olduğunu deyib və o, qardaşı ilə bərabər bu çağırışı qəbul edib.

“Müharibənin ilk günlərində bir çox səbəbdən, xüsusən çox sayda yaralı olduğu üçün hərtərəfli travmatoloji xidmət göstərmək çətin idi”, - deyə İ.Seyidov qeyd edib.

Travmatoloq bildirib ki, qısa müddət ərzində dörd briqadadan ibarət cərrah qrupu yaradaraq yorulmadan çalışıblar.

“Hər gün yaralı əsgərlərə kömək etmək istəyən həkimlərin sayı artırdı. Travmatoloq, cərrah, uroloq və sair sahələr üzrə mütəxəssislər bizə qoşulduqdan sonra xəstəxanada iş qaydasına düşdü".

İ.Seyidov cəbhə bölgəsində işləməyin risklərindən və qorxu hissinin həkimlərə nə qədər təsir etdiyinə toxunub.

“Əsgərlərimizin nə qədər motivasiyalı olduğunu görəndə özümüzə inamımız artırdı. Bir çoxları özlərinə gəldikdən dərhal sonra cəbhəyə qayıtmağa can atırdı. Bu cür uşaqlar üçün gecə-gündüz işləməyə hazır idik!”, - deyə travmatoloq söyləyib.

İ.Seyidov gün ərzində qəbul etdikləri yaralıların sayına da toxunub.

Cəbhə bölgəsində olan müsahibimiz bildirib ki, əgər hərbçilərimiz hücuma keçirdilərsə, yaralıların sayı az olmurdu:

“Mövqelərdə güclənəndə, yaralıların axını bir az azalırdı. Yeməksiz və fasiləsiz işləyirdik. Heç birimiz təslim olmağı düşünmədik. Hərbçilərimiz Şuşanı azad etdikdən sonra üç gün əməliyyat otağından çıxmadıq”.

İ.Seyidov qeyd edib ki, hərbçilərimiz dəbilqə və güllə keçirməyən jilet geyindikləri üçün xəsarətləri əsasən aşağı əzalardan və mina partlayışı nəticəsində əldə edilən travmalardan ibarət olurdu.

Müsahibimiz cəbhədə yaddaşına ən çox həkk olunana hadisədən də danışıb:

“Hər iki qolundan ağır xəsarətlər alan bir əsgər var idi. Biz bunu istəməsək də, onun hər iki qolunu amputasiya etmək məcburiyyətində qala bilərdik. Travmatoloqlar və damar cərrahları qrupu ilə birlikdə həm onun qollarını, həm də onları qidalandıran damarları bərpa etməyə çalışdıq. Bir müddət sonra damarlardan birinin tromblaşdığı aydın oldu. Onu yenidən əməliyyat masasına qoyub damarları işlək vəziyyətə qaytarmaq lazım gəldi. İndi həmin gənc artıq Bakıdadır, mən onu müalicə edən həkimlə danışdım. Oğlan özünü yaxşı hiss edir, qolları birləşib, onlar işlək vəziyyətdədir".

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar