Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Akif Nağı: “Deyirlər, qadağa var, olmaz, amma hərə bir yolla gedir”

Azərbaycan vətəndaşları Hacıyev Şakir Məhərrəm oğlu, Hacıyev Firudin Məhərrəm oğlu, Hüseynov Zülfüqar Adışirin oğlu və Adilzadə Zibeydə Şakir qızı Füzuli rayonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndi ərazisində ilkin ehtimala görə tank əleyhinə minaya düşərək həlak olublar. Onlar 90-BL-558 dövlət qeydiyyat nişanlı "Toyota" markalı avtomobillə hərəkətdə olarkən məlum hadisə baş verib. Bu məşum olayın ardından Baş Prokurorluq və Daxili İşlər Nazirliyindən xalqa xəbərdarlıq olunub. Bildirilib ki, əhalinin təhlükənin mövcudluğunu nəzərə alıb, icazəsiz, işğaldan azad edilən ərazilər minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənənədək həmin bölgələrə getməmələri xahiş olunur. Sözügedən məsələni “Sherg.az”a dəyərləndirən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib ki, insanlar illərdir görmədikləri yurdlarına getmək üçün səbirsizlənirlər: “Yaxınlarının qəbirlərini ziyarət etmək istəyirlər. Bu təbii hisdir. Hesab edirəm ki, məsələ dövlət səviyyəsində nizamlanmalıdır. Düzgün rejim müəyyənləşdirilməlidir.

Sistem təyin olunmadığına görə belə faciələr baş verir. Deyirlər, qadağa var, olmaz. Amma hərə bir yolla, kimisi nüfuzundan, kimisi tanışlıqdan istifadə edib, gedir.

İşğaldan azad edilən ərazilərə tanınmış adamlar, yaxud da başqa sahənin nümayəndələri keçib, gedirlər. O da digərlərini qıcıqlandırır. İstəyirlər ki, hansısa yolla onlar da getsin. Ona görə bu faciələrin baş verməsində işğaldan azad olunan ərazilərdə yaradılacaq sistemə xidmət edən qurum məsuliyyət daşıyır.

Onlar heç kimə imkan verməməlidir. Digər tərəfdən vətəndaşın da üzərinə məsuliyyət düşür. 30 il gözlədik, indi tələsmək olmaz. İnsanların da günahı var, öz həyatlarını riskə atırlar. Bu məsələ haqqında təcili qərar verilməlidir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar