Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lavrov: “Bu, bizim prinsipial mövqeyimizdir”

"Rusiya ABŞ-ın gələcək administrasiyası ilə qarşılıqlı hörmət prinsipi əsasında işləyəcək".

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qazaxıstanın "Kazinform" agentliyinə müsahibəsində deyib.

“Rəsmi nəticələr açıqlanmazdan əvvəl ABŞ seçkilərinin beynəlxalq münasibətlər üçün nəticələrini müzakirə etmək tezdir. Bu, bizim prinsipial mövqeyimizdir. Əlbəttə ki, Atlantikanın o tərəfində baş verənləri diqqətlə izləyirik və hadisələrin hər cür gedişatına hazırıq. Lakin bununla belə, proqnoz vermək və xüsusilə də hazırkı mərhələdə bunu etmək çox da yaxşı fikir deyil”, - deyə Rusiya XİN başçısı deyib.

S. Lavrov bildirib ki C. Baydenin açıqlamalarına əsasən onun qalib gələcəyi təqdirdə ABŞ-ın xarici siyasətinin Barak Obamanın zamanında təbliğ etdiyi kanonlara daha çox uyğun gələcəyini düşünmək olar: “Prezident Vladimir Putinin dediyi kimi, bütün bunları sakitcə təhlil edirik, Amerika xalqının istənilən qərarını qəbul edəcəyik və istənilən administrasiya ilə işləyəcəyik. Əlbəttə ki, bu yalnız dürüstlük, qarşılıqlı hörmət və daxili işlərə qarışmamaq prinsipləri əsasında olacaq”. (APA)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar