Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Liparityan: “İlham Əliyevlə 3 saat söhbət etdik, ən xırda detalları bilirdi”

Erməni tarixçi və diplomat, Ermənistanın keçmiş Prezidenti Levon Ter-Petrosyanın baş məsləhətçisi olmuş Jirayr Liparityan "BBC" telekanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyevdən danışıb, onun yüksək zəkaya malik olduğunu açıqlayıb. 

Liparityan müsahibəsində İlham Əliyevlə söhbət etdiyini və onun münaqişəyə dair ən xırda detallara qədər məlumatlı olduğunu bildirib: "Onunla yalnız Prezident olduqdan qısa müddət sonra çox ciddi bir söhbətimiz oldu. Artıq hakimiyyətdə deyildim və universitetdə dərs deyirdim".

Liparityan bildirib ki, İlham Əliyevi əvvəllər yalnız bir dəfə Harvard Universitetində çıxış edərkən görüb: "Sonra məni Bakıya dəvət etdi və üç saatdan çox söhbət etdik. Ən xırda detalları bilirdi və düzgün suallar qoyurdu. Dürüst cavablar verirdi. Və mən gördüm ki, o, çox ağıllı gəncdir. Tərcüməçi olmadan təkbətək ingilis dilində danışdıq". 

BBC jurnalistinin "Bayaq dediyiniz hər şeyə görə sizə vətən xaini deyə bilərlər" sualına Liparityan belə cavab verib: "Məsuliyyətsiz insanlar bunu deyirsə, bu, şərəf göstəricisidir... Bu, məni narahat etmir". (qafqazinfo.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar