Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Açıq havada tibbi maskadan istifadə virusdan necə qoruyur?

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev koronavirusdan qorunmaq üçün açıq havada tibbi maskalardan istifadənin təsirləri barədə məlumatlara münasibət bildirib.

Bununla bağlı "Report"a açıqlama verən azərbaycanlı alim bildirib ki, qapalı məkanlarda tətbiq edilən karantin qaydalarının açıq havada da reallaşdırılması məqsədəuyğundur.

Onun sözlərinə görə, açıq havada fərqli tibbi maskalardan istifadənin effektivliyi ilə bağlı müxtəlif elmi-tibbi tədqiqatlar mövcuddur:

"Ümumilikdə, onu deyə bilərəm ki, insanların çox olduğu açıq məkanlarda tibbi maskalardan istifadə olunması və ara məsafəsinin gözlənilməsi virusdan qorunmaq və onun yayılmasının qarşısının alınması üçün çox vacib amillərdən biridir. Çünki aylar öncə virusun yeni yayıldığı vaxtlardan fərqli olaraq, bu gün bu yoluxucu xəstəlik haqqında əldə olunmuş geniş məlumatlar onu deməyə əsas verir ki, qapalı məkanlarda tətbiq edilən karantin qaydaları açıq havada da reallaşdırılmalıdır".


Nuran Abdullayev

Açıq havada tibbi maskadan istifadə etməməyin fəsadlarından danışan azərbaycanlı alim bildirib ki, virus təkcə hava-damcı yolu ilə deyil, həm də aerezollar vasitəsilə də yayılır:

"Aerezollar isə gözlə görünən damcıdan yüzlərlə dəfə kiçikdir. Ona görə də aerezolları gözlə görmək mümkün deyil. Açıq havada aerozolların hərəkəti və onlar vasitəsi ilə virusun yayılması barədə bir misal çəkə bilərəm: Açıq havada adi maskadan istifadə edən şəxsə onun yaxınlığından keçən digər bir adamın parfümünün qoxusu necə gəlirsə, virus da aerozollarla açıq havada eyni formada hərəkət edib insana yoluxa bilər. Beləliklə, açıq hava şəraitində də yoluxma yayıla bilir. Burada yüksək qoruyuculuğa malik tibbi maskalar insanları virusa yoluxmadan qoruya bilər. Digər tərəfdən elmi tədqiqatlar sübut edir ki, tibbi maska taxan adamlar virusu özündən daha az xaric edir və az xaric olunan viruslar havadakı hərəkətindən sonra bir çox hallarda yoluxduruculuq qabiliyyətini itirirlər. Bununla bağlı hələ yay aylarında aparılan araşdırmalar, elmi məqalələr haqqındakı elmi şərhim geniş oxucu kütləsinə təqdim edilib. Ona görə də tibbi maskalardan istifadə və məsafənin saxlanılması açıq havada da mütləqdir ki, virusu gizli keçirən insanlar xəstəliyi daha çox yaymasınlar. Eyni zamanda, maskasız məsafə saxlamaq və ya məsafəsiz maska taxmaq insanları virusdan qorumur".

Qeyd edək ki, bir müddət əvvəl Nazirlər Kabineti yanında Operativ Qərargah ölkə ərazisində koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması üçün qapalı məkanlarda olduğu kimi, açıq havada da tibbi maskalardan istifadənin məcburiliyi ilə bağlı qərar verib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar