Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağda yeraltı hərbi kommunikasiyaların aşkarlanması üzrə tədqiqatlar aparılacaq

AMEA-nın Geologiya və Geofizika İnstitutunun (GGİ) Elmi şurasının növbəti iclası keçirilib.

İnstitutdan Azvision.az -a bildirilib ki, iclası müəssisənin direktoru, akademik Akif Əlizadə açaraq, 30 il işğal altında qalmış torpaqlarımızın azad edilməsinin tarixi əhəmiyyətindən və bu ərazilərin yenidən elmi tədqiqatlara cəlb edilməsinin önəmindən bəhs edib. O, bu prosesdə institutun alim və mütəxəssislərinin üzərinə düşən vəzifələri nəzərə çatdırıb.

A.Əlizadə daha sonra şura üzvlərini iclasın gündəliyində duran elmi-təşkilati məsələlərlə tanış edib. Akademik GGİ-də bərpa olunan enerji mənbələri və mineral xammalın tətbiqi texnologiyasının işlənilməsi istiqamətlərində aparılacaq fənlərarası elmi-tədqiqat işləri ilə bağlı ətraflı məlumat verib.

Yığıncaqda geologiya-minerologiya üzrə elmlər doktoru Abdulvahab Muxtarov “Azərbaycanın geotermal atlası və geotermal enerji resursları kadastrının tərtib edilməsi” mövzusunda elmi-tədqiqat işi üzrə yekun hesabatı təqdim edib, sualları cavablandırıb.

İclasda, həmçinin akademik Fəxrəddin Qədirovun “Qarabağ ərazisində mövcud yeraltı hərbi kommunikasiyaların geofiziki üsullarla aşkar edilməsi və geoloji təhlükələrin qiymətləndirilməsi” mövzusunda elmi-tədqiqat işinin proqramı maraqla qarşılanıb, geniş müzakirələr aparılıb, təkliflər səsləndirilib. Həmçinin Geologiya və Geofizika İnstitutunda Bakı Dövlət Universitetinin Seysmologiya və Yer təkinin fizikası kafedrasının filialının fəaliyyəti haqqında F.Qədirovun hesabatı dinlənilib.

Bundan əlavə, institutda koronavirus pandemiyasına qarşı profilaktik tədbirlərin gücləndirilməsi qərara alınıb.

Sonda bir sıra cari məsələlər müzakirə olunub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar