Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bəs Xocalı, Xankəndi, Xocavənd?”

“Geniş izah verdim, bəzi dostlar oxumadan yenə sual verdilər, “Bəs Xocalı, Xankəndi, Xocavənd?!” Legitim suallardır, amma artıq hökumətin edəcəyi bura qədər idi və çox şey etdi, Ordumuzun sayəsində inanılmazı başardı, indi biz - vətəndaşlar təşəbbüs göstərməliyik. Xankəndinin deputatı orda ofis açmalı, əhali ilə görüşməli, Xocalı camaatı bizim hökumətın rəsmi kanalları ilə Rusiya "sülhməramlılarına" müraciət etməli, onlar təhlükəsizliyə zəmanət verməli, Ağdamdan, Şuşadan Xocalı yol açılmalı, orda məktəb, xəstəxana, polis idarəsi, Bank şöbəsi açılmalı, camaat da yavaş-yavaş ora köçməlidir”.

PİA.az xəbər verir ki, bunu ekspert Natiq Cəfərli deyib.

“Yəni, qalan torpaqlarımızı silahsız, dronsuz, top-tüfəngsiz ayaqla, piyada gedərək, tikib-quraraq, yaşayıb öz varlığımızı göstərərək azad edəcəyik. Hamımız əlimizi daşın altına qoymalıyıq, Xocalıya ədalət artıq o şəhəri qurub-yaratmaqla olmalıdır. Sonra orada möhtəşəm "Xocalı Abidəsi" açılmalı, Azərbaycan vətəndaşlığını qəbul edəcək erməni əsilli azərbaycanlılara pasport o abidə önündə təqdim edilməlidir. Rusiya "sülhməramlıları" Qarabağa İrəvandan Xankəndinə adam daşımaq üçün gəlməyib (əslində ona gəlib), bütün qaçqın-köçkünlərin geri qayıtmasına zamin olaraq gəlib (əslində elə olmasına məcbur etməliyik). Nə qədər ki, 5 il burdadılar, onlardan ağılla maksimum istifadə etmək zamanıdır!” – N.Cəfərli qeyd edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ən çox oxunanalar