Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın udan və uduzan tərəfləri: Fəxrizadənin ölümündə hansı gizli məqamlar var?..

İran Qasım Süleymanidən sonra ikinci vacib bir simanı qurbanı verdi. İranın nüvə proqramının rəhbəri Fəxrizadənin ölümü ciddi bir xəbərdarlıq oldu...

Ergün Diler
“Takvim” qəzeti, Türkiyə, 1 dekabr 2020-ci il

Mümkün ola biləcək ehtimallara diqqət yetirmək hər kəs üçün faydalı olar. Balansın qurulması və sonradan tətbiq olunması ilə bağlı təzyiqləri proqnozlaşdırmaq heç də çətin deyil.

Dünyada iki böyük markanın olduğunu düşünün. Bu iki marka məhsullarını istehsal edir və dünya ölkələrinə çatdırır. Satışlar oradakı distribyutorlar vasitəsilə həyata keçirilir. Bazar qurulur və iqtisadiyyatın çarxları dönməyə başlayır. Bu böyük markalardan birini təmsil edən şirkətin və ya şəxsin gələcəyi, təbii olaraq mərkəzə, yəni bu məhsulun evinə bağlıdır. Həmin ev istəsə, daha çox məhsul göndərər, daha çox mənfəət payı verər və ya istəsə səni alıb məhv edər.

Çox adam danışmasa da, indi yaşadığımız proseslər bu şəkildə baş vda prezident seçkiləri keçirilən zaman Vyanada bir terror hücumu baş verdi. Bütün dünya mediası bunu sadəcə “terror” adlandıraraq məsələnin üstündən keçdi. Əlbəttə ki, bu, terror idi, amma arxasında hansı plan var idi? Bundan danışan yoxdur.

Vyana vacib bir mərkəz idi və bu mühüm baza ABŞ-da hakimiyyətə gələcəkdi, Ağ Evə köçəcəkdi. Məğlub olan isə üzdə Tramp, amma əslində arxa planda 4 ildir onu Ağ Ev saxlayan sistem oldu. Yəni yuxarıda göstərdiyim nümunədə olduğu kimi, iki böyük markadan biri idi. Beləliklə, məğlub olanlar qalibə evində xəbərdarlıq verirdilər.

İŞİD hücum edir, 4 nəfər ölürdü. Lakin təcavüzkarın İŞİD olması hadisənin İŞİD tərəfindən edildiyi mənasına gəlmir. Hücum Vaşinqton-London xəttinin bir xəbərdarlığı idi. Eyni zamanda, hücum seçkilərin kimin qazandığını göstərirdi. O günlərdə Tramp seçkilərə etiraz etsə də, qalib açıq-aşkar görünürdü. Məğlublar onsuz da hücum edirdilər.

Müqəddəs Roma İmperiyası təxminən 900 il hakimiyyətdə qalmışdı. O, alman krallığı əsasında olsa da, əslində dövlətçiklər şəkildə idi. Daha doğrusu, imperiya torpaqları tək bir sülalənin mülkü deyildi. Federal bir quruluş var idi. Məsələn, Habsburq sülaləsi Avstriya-Bohemiya-İspaniyanı əhatə edirdi. Bunun xaricində Hohenzollern, Vettin, Vittelzbax, Oldenburq sülaləsi kimi qüvvələr imparatorluğu qurmuşdu. Yəni düşüncə mərkəzi və ya paytaxt Vyana idi.

Habsburqlar, həqiqətən güclü bir sülalə idi. Müqəddəs Roma-Alman imperiyasının təməl sütunu idilər. Vatikandan Ağ Evə və oradan Pentaqona qədər uzanan xətdə bunlar var idilər.

Bu nəsil seçkilərdə qalib gəldi və hücuma məruz qaldı. Bunu xatırlatmağımın səbəbi də odur ki, seçkilərdə məğlub olan Donald Tramp bir gecə əvvəl televiziyaya çıxmışdı. Ədliyyə Nazirliyi və FTB-dən şikayət edirdi. Seçkiləri təkrarlamaq üçün heç bir şey edilmədiyini izah edirdi.

Bu, olduqca təbii idi. Tramp bu seçkilərin saxtakarlıqla dolu olduğunu və xanasındakı minlərlə səsin rəqibi Baydenə yazıldığını iddia edib.
Ancaq ən vacib məsələ bu deyildi.

Dediyi bir cümlə bütün nizamdan bəhs edirdi: “Seçkilərdəki səslərin bir qismi İspaniya və Almaniyada sayıldı”.

Bu cümlə həmin vacib cümlə idi. Əmin olun ki, bunun nə demək olduğunu elə ABŞ-da da çox adam yaxşı başa düşmürdü. Onu Ağ Evə gətirən seçkilərdə rus təsiri olduğu irəli sürülmüş və sənədlər açılmışdı. İndi də İspaniya-Almaniya təsirindən danışılırdı.

Avropada sülalələrə baxdıqda və ya Müqəddəs Roma-German İmparatorluğuna baxdıqda Almaniya-İspanya kimə düşürdü? Bəli, Habsburqlara. İspaniyanın krallarını belə seçən almanlar idi. Onsuz da qohumluq, qız alıb vermək var idi.

Bu səbəbdən prezident Tramp onu Ağ Ev göndərən qüvvəni elan etmişdi. Onun yerinə gələn Co Bayden Avropa ilə əməkdaşlıq edəcəyini də gizlətmirdi.

Bir neçə gün əvvəl “Financial Times” qəzetinin yazdığına görə, Avropa Birliyi Tramp dövründə Çinin yaratdığı təhdid və meydan oxuma qarşısında ortaya çıxan gərginliyi bir kənara qoymaq və ABŞ-la yeni, çox güclü bir ittifaq yaratmaq istəyir. Bu doğrudurmu? Əlbəttə, doğrudur.

Xəbərin qalan hissəsi də belə idi: Avropa Birliyinin üzərində işlədiyi plan layihəsi ABŞ-la rəqəmsal tənzimləmədən Covid-19 pandemiyasına qarşı mübarizəyə qədər bir sıra məsələdə münasibətlərin yenidən inşa edilməsini nəzərdə tutur. Finaldakı son cümlə isə hər şeyi açıqlayırdı: Avropa Birliyi kəşfiyyat mütəxəssisləri, 5G strukturunun Çində olması və Avropanın bundan istifadə etməsi böyük bir risk yaradır.

Buna görə də, bu yaxınlarda Co Bayden ilə 2 telekonfrans keçirəcəklər. Sonra prezident Bayden Avropaya gələcək. İttifaq hazır var idi, lakin təzədən canlandı. Bu ittifaqın Türkiyə ilə toqquşacağı da açıq idi. 10 dekabrda AB sammitində əsas gündəm Türkiyə idi. Tramp olan zaman Aralıq dənizi-Kipr-Liviya-Afrika-Qafqaz kimi məntəqələrdə istədiyini edə bilməyən Avropa, indi Baydenin gəlişi ilə daha dəqiq bir addım atacaq. Türkiyə ilə qarşıdurmadan çəkinməyəcək. Necə ki, Hamburq gəmisi Liviyaya gedən türk gəmisinə basqın edirsə və nizamın dəyişməsi dənizdə elan edilirsə, eyni şey İranda da həyata keçirilirdi.

İkinci Dünya Müharibəsi dövründə ilk atom bombasını hazırlayan “Manhattan” layihəsinin rəhbəri J. Robert Oppenhaymerə bənzədilən Möhsün Fəxrizadə sui-qəsd nəticəsində öldürüldü. Hücumda 12 nəfər iştirak edib. Həmçinin, bu edam kameraların olmadığı bir zonada aparılıb. İran Qasım Süleymanidən sonra ikinci vacib bir simanı qurbanı verdi. İranın nüvə proqramının rəhbəri Fəxrizadənin ölümü ciddi bir xəbərdarlıq oldu. Burada düşünülüyü kimi məsələ İranın nüvə tədqiqatları deyildi. Bu, London-Vaşinqtonda arasındakı məktəbə qarşı bir xəbərdarlıq idi.

Burada necə ki, 17-25 dekabrda əməliyyat edilir və Türkiyənin İrandan ayrılması istənilirdisə, indi də həmin şey sui-qəsdlə həyata keçirilirdi. Mesaj yenə də eyni idi. Tehranın həm Londondan, həm də Pekindən ayrılması tələb edilirdi. Bu hücum “münasibətlərini bitir” xəbərdarlığı idi.

“Der Spiegel” örtüyünü də unutmayaq. Tramp-Ərdoğan-Putin-Tsinpin hədəf alınmışdı. İndi isə Tramp getdi, lakin onun getməsi ilə məsələ bağlanmayacaq. Hələ başı çox ağrıyacaq.

İkinci hədəf isə Putindir. Qafqaz-İpək Yolu və Aralıq dənizi bir-birini tamamlayan qızıl yoldur. Putini Qafqaz cəbhəsindən süpürməyə çalışacaqlar. Putini kənarlaşdırıb, həm Londonu, həm də Pekini idarə etməyi hədəfləyəcəklər. Ermənistan-Azərbaycan müharibəsinə bir də belə baxın. Xəzər enerjisinin və İpək Yolunun təhlükəsizliyi əldə edildi. Məğlub olan isə ABŞ ilə Avropa oldu. Buna görə də gərginlik çox yüksəlib. Merkelin: “Türkiyə ilə AB əlaqələrində lazımlı irəliləyişi təmin edə bilmədik” çıxışına ciddi yanaşmaq faydalı olacaq. Hadisələrin rəngini başa düşmək baxımından bunu da qeyd etmək lazımdır.

Türkiyə daxilindəki müxalifətə baxanda vəziyyət eynidir. Türk Silahlı Qüvvələrinin maqazin səviyyəsinə salınmasından Qətərə qədər uzanan müxtəlif tənqidlər var. Müxalifət Merkel-Bayden xəttinin kölgəsini içəridə daşıyır. Bu gərginlik 10 dekabrdakı AB sammitindən sonra daha da artacaq.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar