Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xristian və müsəlman terroristləri arasında fərq: Xristian terroristlər niyə məsuliyyətdən kanarda qalırlar?..

Qərbin terror anlayışındakı ziddiyyətləri necə izah etmək olar?..

Natiq Miri: “Artıq bundan sonra xristian dünyasının başqa ölkələrə demokratiya və insan hüquqları ilə bağlı dərs keçməsi bütün dünya çapında gülünc doğuracaq”.

Ərəstun Oruclu: “Nə Qarabağdakı seperatçı rejim, nə Donbasdakı Rusiyanın yaratdığı qondarma qurumlar və onların silahlı qüvvələri dünya, ümumiyyətlə heç bir ölkə tərəfindən terrorçu kimi tanınmayıb. Buna görə də belə yanaşma var. Bu hüquqi bazaya söykənir”.

Bilirik ki, II Qarabağ müharibəsində Avropadan gəlib Ermənistanın tərəfində çoxlu sayda qərrbli vuruşub. Onların arasında erməni əsillilər də, başqa millətlərin də nümayəndələri var. Son yayılan məlumatlarda bildirilir ki, erməni diasporu Qarabağ müharibəsində döyüşmək üçün Fransadan bir dəstə döyüşçü yollayıb. Həmin şəxslər asanlıqla öz ölkələrinə qayıdır və bu zaman terorist kimi qəbul olunmur, qanun qarşısında da məsuliyyət daşımırlar.

Qeyd edək ki, bu gün belə Ermənistanın təbliğat maşını 44 günlük müharibədə guya Suriyadan gələn türkmən terrorristləri barədə isterik məlumatlar yayırlar. Elə müharibənin ilk günlərində Fransa prezidenti səviyyəsində, həmçinin Rusiya qurumlar müxtəlif səviyyəsində ermənilərin bu informasiya savaşı elementinə sübutsuz və faktsız hərtərəfli dəstək verdilər. Halbuki həmin erməni təbliğat maşını müharibə günlərində də bu gün də dünyanın müxtəlif ölkələrindən gəlib Qarabağda ermənilərin tərəfində vuruşan insanları təbliğ etməkdədir. Başqa ölkənin vətəndaşının, yəni müharibə aparan ölkənin nizami ordusuna aid olmayan xarici vətəndaşların həmin ölkənin müharibəsində iştirakı bütün hallarda qanunsuzdur və müharibədə muzdlu döyüşçülərdən istifadə etmək heç bir ölkənin qanunvericiliyində, o cümlədən beynəlxalq hüquqda nəzərdə tutulmayıb. Ona görə də erməni əsilli olub-olmasından asılı olmayaraq, Qarabağ müharibəsində erməni tərəfdə xarici ölkənin vətəndaşının iştirakı bütün hallarda muzdlu terrorist kimi qəbul olunmalıdır.

Eyni vəziyyər Donbasdakı müharibədə də müşahidə olundu. Yüzlərlə, minlərlə insan, Rusiyadan və Avropadan Donbasa gələrək hər iki tərəfdə müharibədə iştirak etdilər. Amma həmin şəxslər öz ölkələrinə dönəndən sonra terrorist ya da muzdlu əsgər kimi məsuliyyətə cəlb olunmadılar. Hətta minlərlə könüllü muzdlu qeyri-rəsmi olaraq Rusiya dövləti tərəfindən müharibəyə cəlb olunsalarda, Rusiya tərəfi həmin şəxsləri qəhrəman kimi qəbul etdilər. Lakin Suyiyada ya da başqa bir islam ölkəsində vuruşmağa gedən bütün müsəlmanlar birmənalı şəkildə terrorist kimi qəbul olunur. Hətta onlar İŞİD sıralarında deyil, İŞİD-ə qarşı vuruşsalar da öz ölkələrinə döndüklərində uzun müddətli həbs cəzası alırlar.

Qərbin terror anlayışında bu ziddiyyətləri necə izah etmək olar? Hansı səbəbdən beynəlxalq və yerli qanunlar qarşında xristian terroristləri məsuliyyətdən kanarda qalırlar?

Mövzunu PİA.az-ın əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri və siyasi şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.

Natiq Miri: “Nədənsə Qərb dünyasının, xristian dünyasının geosiyasi maraqlarına xidmət edəndə beynəlxalq hüquq çox rahatlıqla gözardı edilir”.

Qarabağ müharibəsində Azərbaycanın haqlı və ədalətli durumda olmasına rəğmən bu məsələnin çox rahatlıqla gözardı edildiyini yada salan politoloq Natiq Miri mövzu ilə bağlı PİA.az-a açıqlamasında bildirib ki, Qarabağ cəbhəsində Avropadan, Rusiyadan gəlib ermənilərin tərəfində döyüşən terrorçular əlini-qolunu sallayaraq yenidən ölkələrinə döndülər:

“Bu bilavasitə Qərb dünyasının, eyni zamanda xristian dünyasının məsələlərə ikili standartlardan yanaşmasının bariz nümunəsidir. Məhz bu baxımdan artıq beynəlxalq hüquq bütün dünya səviyyəsində işləmir. Həmçinin nədənsə Qərb dünyasının, xristian dünyasının geosiyasi maraqlarına xidmət edəndə beynəlxalq hüquq çox rahatlıqla gözartdı edilir. Əvvəlcə güc tətbiq olunur və istədiklərini hərbi yolla əldə edəndən sonra beynəlxalq hüququ tətbiq edirlər. Amma nədənsə müsəlman dünyasına gəldikdə biz bunun tamamilə əksini görürük.

Qarabağ savaşında beynəlxalq hüquq tamamilə Azərbaycanın tərəfində olmağına rəğmən Fransa kimi Qərb dünyasının inkişaf etmiş və “demokratik” bir ölkəsi çox rahatlıqla beynəlxalq hüquqa tüpürə bildi. Bildiyimiz kimi Fransa dövlətinin Senatı qondarma Dağlıq Qarabağ rejimini dünyanın müstəqil subyekti kimi tanıdı və bu tanımanı hətta Fransa hökumətinə də tövsiyə etdi.

Natiq Miri: “Qərb dünyası, o cümlədən bütün xristian ölkələri bu tipli məsələlərə ikili standartlardan yanaşırlar”.

Ayrıca Suriyada vətəndaş müharibəsi ərəfəsində nədənsə Suriyada döyüşən fransız və digər Avropa, xristian dünyasının vətəndaşlarını geriyə buraxmaq istəmirdilər. Buraxıldığı təqdirdə də həmin insanlar çox ciddi şəkildə filtrdən keçirilirdi. Onlar müsəlman olduqda isə həmin şəxslər cinayət məsuliyyətinə cəlb olunurdu. Ancaq Azərbaycana gəlincə bu məsələ başq cür oldu. Xüsusilə Qarabağ müharibəsində Azərbaycanın haqlı və ədalətli durumda olmasına rəğmən bu məsələ çox rahatlıqla gözardı edildi. Qarabağ cəbhəsində Avropadan, Rusiyadan gəlib döyüşən terrorçular əlini-qolunu sallayaraq yenidən ölkələrinə döndülər.

Bu fakt da onu göstərir ki, Qərb dünyası, o cümlədən bütün xristian ölkələri məsələlərə ikili standartdan yanaşırlar. Buna görə də xristian dünyası üçün demokratiya və hüquq məsələsi yalnız kağız üzərində, xüsusilə də yalnız müsəlman dünyasına tətbiq olunmaq üçün bir alət olaraq istifadə olunur.

Bu hadisələr xristian dünyasının əsl sifətini ortaya qoydu. Düşünürəm ki, artıq bundan sonra xristian dünyasının başqa ölkələrə demokratiya və insan hüquqları ilə bağlı dərs keçməsi bütün dünya çapında gülünc doğuracaq”.

Ərəstun Oruclu: “İŞİD-lə erməni seperatçılarının və yaxud da Donbasdakı separatçıların heç bir fərqi yoxdur”.

Fərqli yanaşmanın arxasında məlum ikili standartların dayandığını düşünən ekspert Ərəstin Oruclu nə Qarabağdakı seperatçı rejimin, nə də Donbasdakı Rusiyanın yaratdığı qondarma qurumların və onların silahlı qüvvələrinin dünya, ümumiyyətlə heç bir ölkə tərəfindən terrorçu kimi tanınmadığına diqqət çəkib:

“Belə bir yanaşmada ilk növbədə hüquq əsas götürülür. Məsələn Avropadan və başqa yerlərdən gəlib Suriyada, İraqda döyüşənlər İŞİD və digər təşkilatlara qoşulurlar. Bu təşkilatlar da Qərb dünyası və Avropa tərəfindən terrorçu təşkilat kimi tanınır. Təbii ki, terrorçu təşkilata qoşulmaq da cinayət sayılır.

Nə Qarabağdakı seperatçı rejimi, nə Donbasdakı Rusiyanın yaratdığı qondarma qurumlar və onların silahlı qüvvələri dünya, ümumiyyətlə heç bir ölkə tərəfindən terrorçu kimi tanınmayıb. Buna görə də belə yanaşma var. Bu hüquqi bazaya söykənir. Amma təbii ki, burada siyasi səbəblər də var. Məsələ burasındadır ki, İŞİD-lə həmin o erməni seperatçılarının və yaxud da Donbasdakı separatçıların heç bir fərqi yoxdur. Çünki hər ikisi qanunsuzdur, hər ikisi cinayət törədir, hər ikisi xalqların və insanların yaşamaq hüququ üçün təhdid yaradır.

Sadəcə fərqli yanaşmanın arxasında məlum ikili standartlar məsələsi dayanır. Mən deməzdim ki, bu təkcə müsəlman ölkələri ilə bağlıdır. Hər bir halda bu gün görünən odur ki, İŞİD terrorçuları və orada döyüşən başqa terrorçular artıq terrorçu təşkilat kimi tanınmır. Bu amildən də sui-istifadə olunur. Amma bir daha qeyd edirəm ki, mahiyyət etibarilə hamısı eynidir”.

Nərminə UMUDLU
pia.az


Etiket: Terrorçular


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar