Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cəlilabadda xüsusi karantin rejiminə zidd olaraq fəaliyyət göstərən iki kafe aşkarlandı - Foto

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində xüsusi karantin rejimi qaydalarının ciddi pozulması faktları müəyyən olunub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində şəhər ərazisində yerləşən “Tərlan” və “Palma” kafelərinin sərtləşdirilmiş karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi müəyyən olunub. Obyektlərə baxış zamanı həmin kafeləri icarə əsasında işlədənlər və orada olan müştərilər olmaqla ümumilikdə 14 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tədbirlər görülüb.

Bundan əlavə polis əməkdaşları tərəfindən Cəlilabad şəhər sakini olan və COVID-19 infeksiyası testinin nəticəsi pozitiv çıxmış Elşən Əliyevin yaşayış yerini tərk etdiyi müəyyən olunub. Həmin şəxs polis əməkdaşları tərəfindən ərzaq mağazasında aşkar edilərək yaşadığı ünvana qaytarılıb.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar