Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin KTMT və MDB ölkələrini də Qarabağa humanitar dəstək verməyə çağırdı

Rusiya, ErmənistanAzərbaycan arasında Dağlıq Qarabağa dair əldə edilmiş razılaşma ardıcıl şəkildə reallaşdırılır. Bu haqda Rusiya prezidenti Vladimir Putin KTMT-nin videokonfrans rejimində keçirilən sammitində çıxışı zamanı deyib.

“İndi hamı birlikdə ümumi səylərlə döyüş əməliyyatları zonasında zərər çəkmiş insanlara kömək etmək, qaçqınların qayıtması ilə bağlı yaranan humanitar problemləri həll etmək, dağılmış infrastrukturu bərpa etmək, tarix, mədəniyyət və dini abidələrin mühafizəsini həyata keçirmək lazımdır”,-Putin bildirib.

Rusiya prezidenti əlavə edib ki, Qarabağda situasiyanın yoluna qoyulması üzrə humanitar səylərə KTMT və MDB üzrə tərəfdaşların qoşulmasını da alqışlayardı. Habelə o, hazırda bu məsələ barədə digər beynəlxalq təşkilatlarla da müzakirələrin davam etdiyini bildirib.

Putinin sözlərinə görə, Ermənistan və onun xalqı öz tarixində mürəkkəb dövr yaşadı. Ölkə rəhbərliyi, xüsusən baş nazir Nikol Paşinyan isə ağır, amma zəruri qərar verməli oldu.(Virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar