Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bayden-Blinken cütlüyü ABŞ-ın Rusiya-Türkiyə siyasətini dəyişdirəcəkmi?..

Yeni Amerika rəhbərliyi nüvə silahlarının yayılmasından narahatdır. Şimali Koreyanın nüvə silahları və İranın nüvə proqramları ABŞ administrasiyasında narahatlıq yaradır...

Nadir Devlet
“The Independent” qəzeti, 2 dekabr 2020-ci il

3 noyabrda keçirilmiş ABŞ prezident seçkilərində Obama dövründə prezident müavini olan Co Bayden Donald Trampı böyük fərqlə məğlub etdi.

Dünyada Trampın özbaşına rəhbərliyindən və ritorikasından narahat olan böyük bir kütlə nəticədən məmnun qalıb. Razı qalmayanlar arasında Rusiya Federasiyası prezidenti Vladimir Putin də var. Çünki o, Baydeni hələ də təbrik etməyib.

Türkiyə də bu nəticədən çox məmnun görünmür. Çünki Tramp administrasiyası ilə bir şəkildə uzlaşmaq mümkün idi. Ancaq Baydenlə qurulacaq münasibətlər barədə ciddi narahatlıqlar var.

Bunlar arasında ən çox psixoloji narahatlıq yaradan məsələ isə yeni prezident Bayden tərəfindən erməni soyqırımının rəsmi şəkildə tanınması olacaq. 2019-cu ilin sonunda ABŞ Nümayəndələr Palatası və Senatı soyqırımı qəbul etsə də, Tramp bunu imzalamadı. Bayden isə erməni əsilli seçicilərə sənədə imza atacağı barədə söz verib.

Əslində, bu günədək 30 ölkə soyqırımı tanıyıb. Bunların arasında Türkiyənin yaxın dostu olan Rusiya ilə yanaşı, həm də vacib ticarət ortaqları və NATO tərəfdaşları var. Yəni belə soyqırımın tanınması əlaqələrə zərər vermir.

Əslində, ABŞ-la daha vacib mövzularda fikir ayrılıqları var. Məsələn, Rusiyadan S-400-lərin alınması, Fətullah Gülənin geri qaytarılması tələbi, “HalkBank”a qarşı davam edən məhkəmə prosesi, ABŞ-ın Suriyada YPG-yə verdiyi dəstək və s. Bu nöqtədə şərhçilər belə mövzularda gələcək ipuçlarını tapmağa çalışırlar.

Co Bayden tədricən öz kabinetini qurmağa başlayıb. Çünki 2021-ci il yanvarın 20-də rəhbərliyin təhvil verilməsi ilə əlaqədar and mərasimi keçiriləcək. Bayden Xarici İşlər naziri olaraq özündən çox gənc bir insanı, 58 yaşlı bir diplomatı seçib. Yeni nazir müxtəlif dövlət vəzifələrində geniş təcrübə qazanmış Entoni Con Blinkendir.

Barak Obamanın prezidentliyi dövründə Blinken 2013-2015-ci illər arasında Milli Təhlükəsizlik müşavirinin müavini və 2015-2017-ci illər arasında Xarici İşlər nazirinin müavini vəzifələrində çalışıb. Son illərdə isə CNN televiziya kanalında dünya hadisələrini şərh edir. 2015-ci ildə onun Türkiyə haqqında müsbət düşüncələri var idi. Blinken deyirdi:

“Bir NATO ölkəsi olan Türkiyə ilə daha təsirli şəkildə işləməyin yollarını tapmaq lazımdır. Həmçinin, Suriyadakı kürd YPG ilə Türkiyə müqayisə belə edilə bilməz”.

Ancaq son 5 ildə çox şey dəyişdi. Bayden və Blinkenin hələ də eyni cür düşünüb düşünmədiyini görəcəyik. Bu yazıda Blinkenin Rusiya ilə münasibətlər barədə nələr dediklərindən danışacağıq.

Blinken 25 sentyabr 2020-ci ildə CBC televiziyasına deyib: “Rusiyanın Əfqanıstandakı Amerika əsgərlərini vurması üçün Talibana pul verməsi ilə bağlı xəbərlər gələndə prezident Tramp heç nə etmədi. Daha da pisi, bu xəbərdən sonra Putinlə 6 dəfə görüşdü, ancaq məsələni gündəmə gətirmədi. Onunla üzləşmədi, hətta Putini Vaşinqtona dəvət etdi və Rusiyanın G-7-yə yenidən daxil olmasını dəstəklədi. Rusların təsirli olduğu Suriyada ABŞ-ın 2 minə yaxın əsgəri var. Bu birliklər İŞİD-lə çox güclü mübarizə aparan kürdlərdən və ərəblərdən ibarət olan Suriya Demokratik Qüvvələrini dəstəklədi”.

Əlbəttə ki, Suriyada Amerika əsgərlərinin olması rusları narahat edib. Hətta bir nöqtədə toqquşmalar baş verməsi də yaxın idi.

Türkiyə də ABŞ-dan edilən bu müdaxilədən razı deyil. Bundan sonra Bayden administrasiyasının necə bir siyasət yürüdəcəyi Rusiya və Türkiyə üçün önəmlidir.

Rusiya ilə münasibətlər mövzusunda Blinken 2 il əvvəl 11 iyun tarixində “New York Times” qəzetinə verdiyi açıqlamasında deyib: “Putinin müdaxiləli və təcavüzkar münasibətini bitirəcəyik. Bu məqsədlə iqtisadi təzyiq mexanizmlərindən də istifadə edilə bilər. Bununla yanaşı, rahat bir vəziyyət də var. Rusiyanın Çinə olan bağlılığının artması Putini çox da rahat bir vəziyyətə gətirmir”.

Blinkenin 5 avqust 2020-ci il tarixli Aspen Təhlükəsizlik Konfransında söylədikləri də diqqətəlayiq idi: “Strateji sabitlik ABŞ üçün vacib və faydalıdır. Prezident Tramp, təəssüf ki, ABŞ seçkilərinə Rusiyanın müdaxilə etməsi barədə bizim kəşfiyyat qurumlarımıza deyil, Putinin sözünə etibar etmişdi. Trampın həm də həyati və çox vacib olan NATO tərəfdaşlarımızı dəyərsiz və səs-küyçü kimi görməsi də heç yaxşı olmadı. Bayden administrasiyası, ilk növbədə Putini Trampın etdiyi kimi pis hərəkətlərini təkrarlamağa təşviq etməyəcək.

25 sentyabr 2020-ci ildə “CBC” televiziyasına verdiyi başqa bir reportajda Blinken deyib:

“Demokratiyalar tənəzzüldədir. “Freedom House" araşdırmasına görə, təxminən 40 ölkə “tamamilə azaddır”. 1980 və 1990-cı illərdən 2000-ci illərin əvvəllərinə qədər “azad” olan ölkələrin yarısı geriləyib. Çətinliklərimizdən istifadə etmək istəyən Rusiya və Çindən təsirlənən demokratik ölkələrdə bir geriləmə və avtokratiyaya meyl başlayıb”.

İnsanlar Vladimir Putinə və Si Tsinpinə qlobal məsələlərdə ABŞ prezidentindən daha çox inanırlar. Bu səbəbdən, prezident Trampın məhv etdiyi şeyləri toplamaq, nüfuzumuzu təmizləməli, rəhbərliyimizə olan inamı bərpa etməli, ölkəmizi və müttəfiqlərimizi yeni meydan oxumalara qarşı səfərbər etməliyik”.

Yeni Amerika rəhbərliyi nüvə silahlarının yayılmasından da narahatdır. Şimali Koreyanın nüvə silahları və İranın nüvə proqramları ABŞ administrasiyasında narahatlıq yaradır.

Ən vacib məsələ isə Çinlə Rusiyanı nüvə silahlarını azaltmağa təşviq etmək və yeni SALT-a (strateji silahları məhdudlaşdırma razılaşması) razı salmaqdır. Bayden-Blinken cütlüyünün bu məsələlərdə nə dərəcə uğurlu olacağını görəcəyik.

Hazırda bütün ölkələr kimi ABŞ-ın da əsas problemi Covid-19-la mübarizə aparmaqdır. Çünki ABŞ virusun yayılma sürəti və ölüm statistikasına görə dünyada birinci yerdə durur.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: Bayden Blinken ABŞ

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar