Bazar, 24 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Nəsimi rayonunda abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib - Foto

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində növbəti abadlaşdırılmış həyət sakinlərin istifadəsinə verilib.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, yenilənmiş həyət Nəsimi rayonu, Seyid Cəfər Pişəvəri küçəsi 10, 12, 16, 18 ünvanında 616 nəfər sakinin yaşadığı binaları əhatə edir.

“Bizim həyət” layihəsinin əsas məqsədi Bakı həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşayış şəraitinin yaradılmasıdır.

Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud olan insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarını səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğul olma refleksinin yaradılması məqsədilə müxtəlif idman qurğuları, futbol, basketbol və şahmat meydançası, uşaqlar üçün oyun meydançası salınıb, velosiped yolu çəkilib. Həyətin ərazisində iki ədəd söhbətgah inşa edilib, oturacaqlar, tullantılar üçün qutular, quşyuvaları quraşdırılıb.

Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə yeni işıqlandırma dirəkləri, təhlükəsizlik kameraları quraşdırılıb, binaların fasadları, dam örtükləri və giriş hissələri tam təmir olunub. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq xüsusi karantin rejiminin qaydalarına riayət etməklə 30 ədəd ağac əkilib və 400 kvadrat metr ərazidə yaşıllıq zolağı salınıb.

Yenilənmiş həyətdə karantin dövrünün tələblərinə uyğun olaraq tibbi-profilaktiki tədbirlər həyata keçirilib, dezinfeksiya dispenserləri qoyulub, karantin rejimi qaydalarına riayət olunması ilə bağlı xəbərdarlıq edən maarifləndirici lövhələr quraşdırılıb.

Sözügedən layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar, paytaxtımızın abadlaşdırılmaya ehtiyacı olan həyətləri haqqında məlumat və tövsiyələrin IDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Rövnəq Abdullayev SOCAR-ın prezidenti vəzifəsindən alınır? - Prezidentin sərəncamında adı keçmir...

Paşinyan: “Bayden gəldisə, Putin gedə bilər” - Video 

SOCAR-ın Müşahidə Şurasının tərkibi təsdiqlənib - Siyahı 

Putin Navalnını azad etsə… – “Nyu-York Tayms”

“Lotu Quli”nin titul verdiyi “Saşa Kuşner”i armaturla vəhşicəsinə döyüb alçaltdılar

“Onların həyat yoldaşları bir-biriləri ilə erməni dilində danışırlar”  - Jurnalist sabiqlərə od püskürdü...

“Putin bu bahalı saraydan imtina edib…Rusiyada “Maydan” hazırlanır” –Rusiyalı politoloq

Salyanda həbs edilən vəzifəli şəxsin şirkəti üzə çıxdı

Polad Bülbüloğlu atasının Şuşadakı evində “Gəl, ey səhər” oxudu - Video

Ən çox oxunanalar