Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

RBK-nın jurnalisti Xankəndində gördüklərindən danışdı: Hər kəsdə silah var - Video

RBK-nın Dağlıq Qarabağa ezam olunmuş jurnalisti Aleksandr Atasuntsev “Exo Moskvı” radiosuna Xankəndində gördüklərindən danışıb. Onun sözlərinə görə, sakinlərin demək olar ki, hamısında silah və ya partlayıcı var.

“Kiminsə çoxdan qalan qumbarası, bir başqasının avtomatı və sair. Biz məsələn Xankəndidə olanda, avtomobillə gedəndə könüllünün yanında avtomat var idi, maşının içində hər yerdə patronlar dağılmış vəziyyətdə idi. Sülhməramlılar bizi nəzarət məntəqəsində saxlayanda silahı gördükdən sonra onun qeydiyyatdan keçib-keçmədiyini soruşurdu. Təsdiq cavabı alandan sonra bizi buraxırdı”, - deyə jurnalist təəccüblə bildirib.

Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Bununla da Dağlıq Qarabağ ərazisində erməni silahlı qüvvələri olmamalıdır. Rusiyalı jurnalistin ermənilərdə kifayət qədər silah olması və bunun qarşısının sülhməramlılar tərəfindən alınmaması suallar doğurur. Bunu RBK-nın müxbiri də qizlətmir.(oxu.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar