Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trampın gedişi ərəfəsində İranı qarışdırmaq planı: Ərdoğan vasitəçi kimi, yenidən dövrəyə girə bilər

Oray Eğin
“Habertürk”, Türkiyə, 01 dekabr 2020-ci il

Amerikanın İrana hücum etməsi üçün ictimai rəyin necə formalaşdırılmağa başlandığının nümunəsini “New York Times”-ın Orta Şərq üzrə mütəxəssis sayılan yazarı Tom Fridmanın dünənki köşə yazısında görmək olar. Fridman yekunda “Nüvə silahlarını bir tərəfə buraxın, əsl hədəfi dəqiq vuran İran istehsalı raketlərə baxın” deyir. İranın bu raketlərdən istifadə edərək, hər an İsrailə hücum edə biləcəyindən və “İranın AES-indən, hava limanlarından, dəniz limanlarından, elektrik stansiyalarından, yüksək texnologiya əsasında işləyən fabriklərindən və hərbi bazalarından” bəhs edir.

Ən qatı İran düşmənləri belə, Tehranın əlində nüvə silahı istehsal etmək üçün yetərli qədər uran olmadığnı qəbul edir. ABŞ kəşfiyyatına görə, İranın nüvə silahı proqramı 17 il öncə bitib. Son illərdə uran istehsalı artmışdı, lakin bu, Donald Trampın İranla imzalanan nüvə anlaşmasından çəkilməsinə reaksiya xarakterli bir həmlə idi. Ayrıca, İran hakimiyyəti Bayden dövründə uran istehsalını əvvəlki səviyyəyə endirmək haqqında vəd də verdi.

Fridman da, hətta İsrailin özü də, İranın nüvə silahından istifadə edəcəyini düşünmür, ancaq Tehran əlində olan mövcud silahlarla belə, bölgəyə təhdid təşkil edir. Bu şərhin qarşılığı da budur: “İranı mütləq durdurmaq lazımdır”.

Anladığım odur ki, yeni administrasiya işə başladığı zaman mediada İranın bölgədə necə bir təhdid yaratdığına dair daha çox xəbər çıxacaq.

İsrailin oyunu

Yaxşı, əgər İranın əlində nüvə silahı yoxdursa, nüvə fiziki Möhsün Fəxrizadə nə üçün öldürüldü?

İsrail hakimiyyəti və Donald Tramp indidən Co Baydenin əlini-qolunu bağlamaq və İranla münasibətlərin normallaşdırılmasını əngəlləmək üçün hər şeyi edir. İranla nüvə anlaşması yenidən imzalanarsa, tətbiq edilən sanksiyalar yüngülləşəcək, ölkənin çətin durumda olan iqtisadiyyatı düzəlməyə başlayacaq və təbii olaraq da bölgədəki təsiri artacaq. Məsuliyyəti İsrailin daşıdığı hər şeydən bəlli olan Fəxrizadə sui-qəsdinin məqsədi də diplomatik əlaqələrin erkəndən başlamasını əngəlləməkdir.

Fridman kimi neokonlar üçün İsrailin BƏƏ, Bəhreyn və Səudiyyə Ərəbistanı ilə barışması Trampın ən böyük xarici siyasət nailiyyətidir. Son aylar ərzində “Orta Şərqdə sülh” adı ilə təqdim edilən bu həmlənin yeganə məqsədi İrana qarşı düşmən cəbhə formalaşdırmaqdır. İsrail onsuz da lap əvvəldən bu nüvə anlaşmasına qarşı idi. Yenidən nüvə anlaşmasını imzalamaq istəyən Bayden indi daha güclü bir etiraz cəbhəsilə qarşılaşa bilər.

Baydenin 20 yanvara qədər edə biləcəyi yeganə şey İrana səbirli olmasını tövsiyə etməkdir. Hələ ki, İranın bu tövsiyəyə əməl etdiyi görünür, çünki İran Prezidenti Həsən Ruhani intiqamın uyğun bir zamanda alınacağını açıqlayıb. Ən azı, vaxt qazanılıb, lakin ilin əvvəlində törədilən Qasım Süleymani cinayətindən bəri İranın səbrinin sınağa çəkildiyi də ortadadır. Bir də Süleymani və Fəxrizadə sui-qəsdləri arasında, iyul ayında müəmmalı şəkildə partlayan nüvə obyekti məsələsi var. İran öncəki iki hücuma ya yalançı cavab verib, ya da heç bir şey etməyib. Ancaq ABŞ mətbuatında yer alan xəbərlərə görə, İran hakimiyyətinə bir şeylərin edilməsi üçün ölkə daxilindən də təzyiq var.

İran indi Fəxrizadə sui-qəsdinə görə intiqam almağa cəhd edərsə, Tramp da vəzifə müddəti bitməmiş savaşa girməyə məcbur olacaq. Onsuz da Trampın məqsədi getmək ərəfəsində aranı qarışdırmaqdır.

Türkiyənin önündəki fürsət

Məsələnin dinc yolla həll olunmasını istəyənlər İranla nüvə sazişində imzası olan Avropa ölkəlkərinin dövrəyə girib gərginliyi azaltmasını gözləyirlər. Ancaq biz İrana onlardan daha yaxınıq, sərhəddimizdə mümkün bir savaşın çıxması bizə birbaşa təsir edəcək. Türkiyənin bu böhranda üzərinə vasitəçi rolu götürməsi, proaktiv rol oynaması sabitlik üçün önəmlidir.

Ancaq Ankara bir az təmkinli davranır, çünki Trampın gedəcəyi qəbul edilsə də, hələ 20 yanvaradək tərəfmüqabil olacağı məlumdur. Xüsusilə nəzərə alınmalıdır ki, S-400-lə bağlı sanksiya qərarının dekabr ayında Senatdan keçməsi gözlənilir. Daha öncə bu qərarın Senatdan keçməsi Tramp sayəsində gecikdirilmişdi, ancaq bu durum Trampla Senatın arasının pozulmasına səbəb olmuşdu. Eynilə Trampın Şimali İraqdakı kürdlərə verilən dəstəyi geri çəkməsində olduğu kimi, öz partiyasından olan bir çox senator belə, Prezidenti Türkiyənin dediyi hər şeyi etməklə bağlı tənqid etmişdi.

Sanksiyalar haqqında qərar dekabr ayında Senatdan keçə bilər. Çünki yanvarda Corciya ştatında keçiriləcək II tur seçkilər Senatda əksəriyyəti müəyyən edəcək və respublikaçıların əksəriyyəti itirmək ehtimalı var. Senatdan keçən qərar imzalanması üçün prezidentə təqdim olunacaq.

Ankaranın təmkinli davranması da bununla bağlıdır. Tramp sayəsində daha yüngül sanksiyalar tətbiq oluna bilər, onsuz da həssas durumda olan iqtisadiyyatımız ağır zərər görməz. Bayden haqqında öncədən əmələ gəlmiş mənfi rəy də Trampa çox ümid bəslənməsinə səbəb olur. Əslində, Trampın Türkiyənin lehinə olan bir qərar verməsinə təminat yoxdur.

Halbuki Trampa və İsrailə rəğmən, İranla bağlı vasitəçilik roluna girişmək 20 yanvardan sonra Türkiyənin daha çox işinə gələ bilər. Bu, Bayden administrasiyası ilə sıfırdan başlayacaq münasibətlər baxımından önəmli bir üstünlük olar. Türk hökuməti ABŞ-la bazarlıq masasında bu həmlədən, əlbəttə, istifadə edə biləcəkdir. Əslində, görünən odur ki, bu mərhələdə Prezident Ərdoğanın dövrəyə girməkdən başqa, sanki, seçimi yoxdur. (Tərcümə Strateq.az)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar