Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəhid ailələrinə, qazilərə dövlət dəstəyi artırılmalıdır - Ekspert rəyi

"Yeni strategiya və proqrama ehtiyac var"...

44 günlük Vətən Müharibəsi bitəndən sonra həlak olanların ailələrinə və yaralanan hərbiçilərə müavinət məsələsi gündəmə gəlib.

Xatırladaq ki, 2019-cu ildə Azərbaycan prezidentinin imzaladığı "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsindəəlavə tədbirlər haqqında" Sərəncamı ilə sosial müavinətlərin məbləği artırılıb.

Bununla da I qrup əlilliyə görə sosial müavinət 150 manata çatdırılıb. Əvvəllər bu rəqəm eyni qrup üzrə ümumi səbəbdən əlillərə 82 manat, müharibədə sağlamlıqlarını itirənlərdən ötrü 101 manat, "Çernobıl AES-də hərbi xidmətləəlaqədar" və "hərbi xidmət vəzifəsini yerinə yetirməkləəlaqədar" əlilliyi olanlar üçün isə 94 manat idi.

Hazırda II qrup əlilliyə görə müavinət 130, III qrup əlillərdə isə 110 manatdır.

Şəhid ailəsi üçün təqaüdlərin məbləği isə 300 manat, müharibəəlilləri üçün 1, 2 və 3-cü dərəcəyə uyğun olaraq, 250, 230 və 210 manat təşkil edir.

İqtisadçı Natiq Cəfərli "Azadlıq"radiosuna bildirib ki, ikinci Qarabağ müharibəsi zamanı həlak olan hərbçilərin ailələrinə və yaralanan əsgərlərə veriləcək müavinətlərin məbləği orta əməkhaqqı səviyyəsində olmalıdır: "Müharibə iştirakçıları və həlak olanlar vətəni qorudu. Bu gün Azərbaycan ordusunun qələbələri nəticəsində torpaqların böyük bir qismi, demək olar ki, işğaldan tamamilə azad edildi. Onlara nə ödənilsə belə azdır. Amma bu, ölkənin iqtisadi potensialına bağlıdır və məbləği ümumi rəqəmlə ölçmək lazımdır. Yəni, şəhid ailələrin sayı, qazilərin sayı məlum olmalıdır. Ümumi aylıq müavinətlərin həcmi müəyyənləşdirilməlidir və Azərbaycan indiki iqtisadi imkanlarına uyğunlaşdırılmalıdır. Təbii ki, ilkin olaraq orta aylıq əməkhaqqı götürülə bilər. Məsələn, Bakı üzrə bu rəqəm 700 manatdan bir az yuxarıdır".

İqtisadçı hesab edir ki, burada minimal əməkhaqqından söhbət gedə bilməz, çünki bu, çox aşağı rəqəmdir.

N.Cəfərlinin fikrincə, onlara verilən müavinətlərin məbləğinə hər il yenidən baxılmalıdır: "Bu məbləğlərin hər il indeksləşdirilməsi əvvəlcədən qaydalara salınmalıdır. Yəni, əvvəlcədən həmin şəhid ailələri və qaziləri bilməlidirlər ki, hər ilin sonunda baş verən inflyasiya rəqəmlərinə görə indeksləşmə aparılacaq və bunun nəticəsində onların ən azından inflyasiyadan itirdiklərinin büdcə tərəfindən qarşılanması olacaq".

N. Cəfərli vurğulayıb ki, bu məsələdə birinci Qarabağ müharibəsinin iştirakçıları da unudulmamalıdır: "Çünki onların ordu quruculuğunda, müstəqillik, Qarabağ uğrunda gedən savaşlarda öz payları var. Sadəcə, burada bir məsələ var ki, əvvəlki müharibə iştirakçıları və şəhid ailələrinə müəyyən müavinətlər ödənilib bu illər ərzində, sosial müdafiə addımları atılıb, maşınlar, evlər də verilib. Həmin şəxslərdən kimlər kənarda qalıb, hansılara bu ödənişlər çatmayıb, bunları müəyyənləşdirmək lazımdır. Bundan sonra da heç kimin kənarda qalmadığı şəkildə birinci və ikinci Qarabağ savaşı iştirakçıları, şəhidləri və qaziləri – hamısı dövlət tərəfindən qiymətləndirilməlidir".

Onun fikrincə, bu, dövlətin gələcək təhlükəsizliyi üçün çox vacibdir.

İqtisadçı Rövşən Ağayev isə "AzPolitika.info"-ya bildirib ki, ölkədə yeni sosil müdafiə strategiyasının hazırlanması çox vacibdir.

"Xüsusilə də Qarabağ müharibəsində şəhid olan və sağlamlığını itirən hərbçilərimizin ailə üzvlərinin və özlərinin sosial müdafiəsi üçün yeni strategiya və proqramın hazırlanması zərurəti ortaya çıxıb" -deyə ekspert vurğulayıb.

Əmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətləəlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov isə "Turan" agentliyinə bildirib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş şəxslərin ailələri və bu döyüşlərdə sağlamlığını itirmiş vətəndaşlar prezidentin tapşırığına uyğun olaraq hərtərəfli sosial təminat sistemi iləəhatə olunublar: "Şəhidin vərəsələrinə sığorta ödənişi (11 min manat) verilir. Bundan əlavə, müharibəəlillərinə sığorta ödənişi ödənilir. I dərəcəəlilliyi olan şəxslərə 8800 manat, II dərəcəəlilliyi olan şəxslərə 6600 manat, III dərəcəəlilliyi olan şəxslərə 4400 manat məbləğində ödənişlər həyata keçirilir".

F.Talıbov qeyd edib ki, həlak olanların ailə üzvlərinə, müharibəəlillərinə dəəmək stajından asılı olaraq orta məbləği 400 manat olan pensiya və ya müavinət ödənilir: "Onların əmək pensiyasının sığorta hissəsinəəlavə 55-110 manat ödənilir. Həmçinin, 210-300 manat məbləğində prezidentin aylıq təqaüdü ödənilir. Şəhid ailələrinin üzvlərinin və müharibəəlillərinin övladları və özləri təhsil haqqı ödəməkdən azad olunur. Protez və reabilitasiya vasitələri ilə pulsuz təmin olunurlar, sanator-kurort müalicəsi üçün ildə bir dəfə pulsuz göndərişlərlə təmin olunurlar".

F. Talıbovun dediyinə görə, bundan əlavə, aktiv məşğulluq proqramlarında onlara üstünlük verilir: "Onların məşğulluğunun təmin edilməsi üçün bütün dövlət və özəl işəgötürənlər üçün məcburi kvota müəyyən edilib. Şəhid ailəsi üzvləri və müharibəəlilləri üçün vergi, əmək qanunvericiliyində... bir sıra güzəştlər də nəzərdə tutulub".

F. Talıbov vurğulayıb ki, onlara mənzillər və fərdi evlər, habelə müharibəəlillərinə avtomobillər təqdim edilir: "İndiyədək bu kateqoriyadan olan şəxslərə 9000-ə yaxın mənzil və fərdi ev, habelə 7000-ədək avtomobil verilib. Bu proqram hazırda uğurla davam etdirilir. Beləliklə, şəhid ailələri və müharibəəlilləri mənzil və avtomobil təminatı, habelə birdəfəlik sığorta ödənişi ilə yanaşı, orta hesabla aylıq əsasda 700 manat sosial ödəniş alırlar".

ƏƏSMN sözçüsü qeyd edib ki, ödənişlərin daha da təkmilləşdirilməsi, onların sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində davamlı iş aparılır.("AzPolitika.info")

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar