Çərşənbə, 20 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Fəxrizadə sui-qəsdi ilə Şərqi Aralıq dənizi gərginıiyi arasında hansı əlaqə var?..

Riyad-Ankara danışıqlarından da göründüyü kimi, Türkiyə əvvəlcə qarşı cəbhədə yerləşən bəzi ərəb ölkələri ilə münasibətləri düzəldə bilər və sonra İranla bu ölkələr arasında vasitəçi rolunu oynaya bilər...

Onur Sinan Güzaltan
“Aydınlık” qəzeti, Türkiyə, 2 dekabr 2020-ci il 

İranın nüvə layihəsinin memarı Möhsün Fəxrizadəyə qarşı törədilən qətl onu göstərir ki, Amerika dövləti daxilindəki bir komanda boş dayanmayacaq və həmçinin, İsrailin İrana qarşı təcavüzkar siyasəti də davam edəcək.

Trampdan fərqli olaraq İranla nüvə razılaşmasına müsbət yanaşan Co Bayden prezident seçildikdən dərhal sonra sui-qəsdin baş verməsi İsrailin ABŞ-AB-İran nüvə anlaşmasının yenidən qüvvəyə minməsinə zərbə vuracaq addımlar atması şəklində qiymətləndirilə bilər.

İsrailin tələsi

Sui-qəsddən sonra verdiyi açıqlamada İran prezidenti Həsən Ruhani də bu təsbiti qeyd edib: “Bir neçə həftə sonra təzyiq dövrlərinin bitəcəyini hiss edirlər və bu üzdən dünyadakı şərtləri dəyişdirməyə çalışırlar. Həm bölgədə qeyri-sabitlik yaratmağı, həm də diqqətləri bu günlərdə işğal etdikləri ərazilərə (Fələstinə) vurduqları terror və təhdidlərdən yayındırmaq istəyirlər. İran düşmənləri yaxşı bilirlər ki, İran milləti və onun rəsmiləri bu cinayəti cavabsız qoymayacaq qədər cəsarətlidir. Müvafiq orqanlar bu cinayətə müvafiq zamanda cavab verəcəklər. Xalqımız sionist rejimin tələsinə düşməyəcək qədər ağıllı və müdrikdir”.

Ruhaninin İsrailə qarşı işlətdiyi “repressiya müddətinin bir neçə həftəyə bitəcəyini hiss edirlər” ifadələrindən başa düşülür ki, İran prezidenti Trampın səlahiyyət müddətinin bitməsini və Baydenin Ağ Evdə məskunlaşma prosesini nəzərdə tutur.

Digər tərəfdən, Ruhaninin “uyğun zaman” və “tələ” kimi sözləri vurğulaması da İsrailin ABŞ-AB-İran nüvə müqaviləsini pozmaq üçün bu cür təxribatlara cəhd etdiyinə işarə edir.

Məqsəd İran dövlətini məhv etməkdir

İllərdir Tehranda yaşayan və ölkədəki siyasi mühiti yaxşı başa düşən jurnalist Yaqub Aslan İsrailin Qasım Süleymani və Fəxrizadə sui-qəsdləri ilə İranın hərbi və nüvə gücünü hədəf aldığını bildirdi.

Digər tərəfdən, beynəlxalq mətbuata adsız şəkildə açıqlama verən İsrail səlahiyyətlilərinin bu hücumu boynuna götürməsi və “dünya bizə təşəkkür etməlidir”, kimi açıqlamaları göstərir ki, İranı cavab verməyə təhrik etməklə yanaşı, həm də əsas məqsədləri daxili siyasətdə Ruhani rəhbərliyini problemə salmaqdır.

Bu baxımdan, bu sui-qəsdləri və terror aktlarını bütöv şəkildə ələ aldıqda, İsrailin İranın dövlət quruluşunu dağıtmağı, beynəlxalq arenadakı cəsarətini qırmağı və ölkə daxilindəki hökuməti zəiflətməyi hədəflədiyini görürük.

Fəxrizadə sui-qəsdi ilə bağlı başqa bir iddia isə İsraildən başqa “bəzi ərəb ölkələri”nin də sözügedən aktı dəstəkləməsidir. İrana qarşı aqressiv siyasətlərini nəzərə alsaq, çox güman ki, “bəzi ərəb ölkələri” deyəndə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı nəzərdə tutulur.

Türkiyə və İrana qarşı ərəb cəbhəsi

İsrail yalnız hərbi deyil, diplomatik sahədə də İrana qarşı addımlar atdı. Tramp administrasiyasının dəstəyi ilə İsrail “Əsrin Sülhü” layihəsi çərçivəsində ərəb ölkələri ilə və xüsusən də Körfəz ölkələri ilə münasibətləri normallaşdırmaq səylərini davam etdirir.

Körfəzdə BƏƏ, Bəhreyn və Omanın rəhbərlik etdiyi prosesə Qətər daxil edilməyib, Səudiyyə Ərəbistanı isə indiyə qədər konkret bir mövqe nümayiş etdirməyib. Səudiyyə rəhbərliyi İsrail mətbuatında Netanyahu ilə vəliəhd ibn Salman arasındakı görüş xəbərini təkzib edərkən, Fəxrizadənin öldürülməsindən dərhal sonra İsrail təyyarələrinə ölkənin hava sahəsindən istifadə etmək üçün verdiyi icazəni ləğv edib.

Mətbuatda yayılan məlumatlara görə, Trampın kürəkəni Cared Kaşner və onun müşaviri Avi Berkovits İsraillə münasibətlərini yaxşılaşdırmaq üçün yaxın günlərdə Səudiyyə ƏrəbistanıQətərə səfərlər edəcəklər.

Təl-Əviv rəhbərliyinin sözdə Ərəb-İsrail normallaşma planının altında, əslində ərəb ölkələrini Türkiyə və İrana qarşı toplamaq planı var. Bu nöqtədə prezident Ərdoğanla Səudiyyə kralı Salman arasındakı son görüş daha da əhəmiyyət kəsb edir. Çıxan bəzi xəbərlərə əsasən, görüşün yaxşı keçdiyi və səudiyyəlilərin Türkiyədən gələn mallara tətbiq olunan türk embarqosundan imtina edəcəyi və hətta Səudiyyənin Türkiyədən silahlı insansız uçuş aparatı (PUA) istədiyi deyilir.

Şərqi Aralıq dənizindəki sui-qəsd ilə Fəxrizadə sui-qəsdi arasındakı oxşarlıq

Türkiyəyə qarşı Şərqi Aralıq dənizində Avropadan Körfəz ölkələrinə qədər bir cəbhə qurmaq istədikləri və ABŞ-İsrail liderliyində bir cəbhənin açıldığı önə sürülür. Fəxrizadə sui-qəsdinin göstərdiyi kimi eyni cəbhə İranı da təhdid edir.

Almanların rəhbərliyi ilə Şərqi Aralıq dənizində türk gəmisinə edilən sui-qəsdlə Fəxrizadə sui-qəsdi arasında bir çox oxşarlıqlar var. Yəni hər iki addım təxribat məqsədi daşıyır.

Gəmi problemi ilə əlaqədar Türkiyə-Avropa əlaqələrinin yumşalmasına maneə olmağa çalışarkən, Fəxrizədə sui-qəsdi vasitəsilə də İranın nüvə enerjisi mövzusunda Qərblə razılığa gəlməsinin qarşısını almaq istəyirlər.

Ankara və Tehran bu hadisələrə ehtiyatla yanaşdılar

Bəli, hər iki hadisənin tələ olduğu açıqdır, lakin imperialist təzyiqlərin artdığı və artacağı bu dönəmdə tələləri yalnız ehtiyatlı davranmaqla dəf etmək mümkün deyil.

Ankara-Tehran ortaq hərəkət etməlidir

Türkiyə və İranın bu kimi mövzularda ortaq bir mövqe tutması qurulan tələləri boşa çıxarmaq baxımından faydalı olacaq. Daha dəqiq desək, İranı Şərqi Aralıq dənizində açıq şəkildə Türkiyənin lehinə mövqe nümayiş etdirsə (məsələn, KKTC-nin tanınması) və Türkiyə Fəxrizadə sui-qəsdi ilə oxşar məsələlərdə İranı dəstəkləsə, o zaman Qərbdəki dəyişikliklərə, ziddiyyətlərə və yumşalmalara bel bağlamasına ehtiyac qalmayacaq.

Bu nöqtədə atılmalı olan başqa bir addım da Türkiyənin İrana nisbətən daha “normal” münasibətlərə sahib olduğu ərəb ölkələri ilə bağlı ola bilər. Riyad-Ankara danışıqlarından da göründüyü kimi, Türkiyə əvvəlcə qarşı cəbhədə yerləşən bəzi ərəb ölkələri ilə münasibətləri düzəldə bilər və sonra İranla bu ölkələr arasında vasitəçi rolunu oynaya bilər.

Qərbi Asiyaya imperialist müdaxilənin qarşısını almağa regional ziddiyyətləri minimuma endirməklə nail ola bilər. Əks təqdirdə həmişə hər kəs ondan istifadə edəcək.

Əlbəttə ki, bu addımları atmaq üçün ilk növbədə imperializmlə barışığın mümkün olmadığını başa düşməyə və möhkəm təməllərə əsaslanan siyasi xətt və ya proqrama ehtiyac var.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Məhərəm Əliyev ermənilərə pasport verən şəxsi işdən çıxarmışdı, Ramiz Mehdiyev isə vəzifə verdi

Prezident döyüşən zabitləri təltif edir, Xanlar Vəliyev isə həbsə göndərir

Cahangir Əsgərova məxsus şirkətlərin siyahısı

Qarabağa zorla köçürülən ermənilər geri qaçır - Yalan statistikanın gerçək tərəfləri

“Siyavuş Novruzova əli çatan, ünü yetən dostlar varsa, desin ki...”

Siyavuş Novruzov Əli Həsənovu və Qüdrət Həsənquliyevi “beşinci kolon”un üzvü adlandırdı

“Yeni Azərbaycan Partiyasının adına utanıram ki, Siyavuş Novruzov kimi üzvü var”

Dollar yanvarın 21-də bu qiymətə satılacaq - Rəsmi

Natiq Miri: “Nəzarət etmədiyimiz ərazilər faktiki olaraq bizim deyil” - Müsahibə

Ən çox oxunanalar