Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Təhsildə "Sinqapur" modelinə keçib, seçkidə "Məzahir", iqtisadiyyatda "Gilan" modeli ilə işləmək olmaz...”

Təhsil Nazirliyi dərsliklərdə və tədrisdə "Sinqapur modelinə" keçəcəyini açıqlayıb, əla, çox pakizə, bəyənilsin, tam səmimi deyirəm, buna çox sevindim. Amma, təhsil ayrıca bir sahə kimi inkişaf edə, ayrıca bir model kimi təbdiq edilə bilməz, təhsil ümumi sistemin tərkib hissəsi və əsas baza komponenti olmalıdır”.

PİA.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli deyib.

“Təhsildə "Sinqapur" modelinə keçib, məsələn, məhkəmədə "Xırdalan", seçkidə "Məzahir", iqtisadiyyatda "Gilan" modeli ilə işləmək olmaz, bu mümkün deyil. Yüksək təhsil = Keyfiyyətli kadr. Yaxşı kadr yetişdi, biznes açdı, sabah aparıb saldılar “podval”a, iki zərbədən sonra notarius gəldi, adam biznesi devr etdi başqasına, çıxıb məhkəməyə versə, bir "kruq" da “podval”a düşəcək. Yaxşı, o zaman Sinqapur modeli ilə təhsil alan insan nə etsin? Bəli, ölkədən köçəcək, gedib ideyalarını ədalətli məhkəmə olan yerdə həyata keçirməyə çalışacaq. Xub, o zaman biz qonşu ölkələrə yaxşı kadr hazırlamaqla məşğul olacağıq, eləmi?! Təhsil ən vacib sahədir, çox önəmlidir, amma ayrıca sahə deyil, ümumi sistemin tərkib hissəsidir. Yəni, məhkəmə ədalətli, biznes rəqabətli olmasa, təhsilin urvatlı olmasının mənası yoxdur...” – N.Cəfərli qeyd edib. (Pravda.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar