Çərşənbə axşamı, 26 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Laçın dəhlizi məsələsi necə həll ediləcək?

Laçın rayonundan erməni silahlı qüvvələri çıxandan sonra belə şayiələr yayılıb ki, rayonun mərkəzi hissəsi ermənilərdə qalacaq.

Əslində Prezident İlham Əliyev dekabrın 1-də xalqa müraciət edərkən bu məsələyə aydınlıq gətirib. Üçtərəfli bəyanatla bağlı bəzi təfərrüatları açıqlayan Prezident deyib ki, Laçın rayonunun strateji əhəmiyyəti eyni zamanda ondan ibarətdir ki, rayon ərazisindən və Laçın şəhərinin içi ilə Laçın dəhlizi keçir. Dəhliz uzun illər erməni silahlı qüvvələrinin, işğalçıların nəzarətində olub. Noyabrın 10-da imzalanmış birgə bəyanatın ilkin versiyasında bu dəhlizin erməni silahlı qüvvələrinin nəzarətində qalması ilə əlaqədar müddəa olub.

“Mən buna etiraz etdim və nəticədə bu dəhliz Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə verilib. Laçın dəhlizi erməni işğalçı qüvvələrindən təmizlənib” - deyə dövlət başçısı vurğulayıb.

“Bəyanatın ilkin versiyasında bizə təklif edilirdi ki, Laçın dəhlizinin eni 30 kilometr olsun. Mən buna qəti etiraz etdim və dedim ki, Ermənistan tərəfinin bu iddiası tamamilə əsassızdır. Dəhliz çərçivəsində təhlükəsizlik tədbirlərini təmin etmək üçün bu qədər geniş dəhlizə ehtiyac yoxdur. Ona görə mən bunu tamamilə qəbuledilməz təklif kimi hesab etdim və öz fikrimi bildirdim. Ondan sonra ikinci variantda Laçın dəhlizinin eni 10 kilometr nəzərdə tutulurdu. Buna da mən razılıq vermədim və nəticədə 5 kilometr eni olan dəhliz haqqında razılıq əldə edildi. Beş kilometr həm bizim üçün, həm Dağlıq Qarabağda yaşayan ermənilər üçün və təhlükəsizliyi təmin etmək üçün kifayət qədər məsafəni əhatə edir”, - deyə dövlət başçısı bildirib.

Laçın batalyonunun keçmiş komandiri Arif Paşa “Yeni Müsavat”a deyib ki, cəmiyyətdə Laçının mərkəzinin ermənilərdə qalması ilə bağlı narahatlıqlar əbəsdir: “Laçın şəhəri və hər hansı kəndi ermənilərdə qalmır. Bu saat da orada Azərbaycan əsgəri var. Sadəcə, Laçında dəhliz məsələsi var, təbii ki, biz həmin dəhlizin də olmasını istəmirik. Amma müəyyən reallıqlar var ki, onlarla barışmağa məcburuq. Yeni dəhlizin parametrləri hazırlanıb gerçəkləşəndən sonra əhali tam şəkildə Laçın şəhərinə köçürüləcək.

Bu gün Laçın şəhəri də daxil olmaqla, Laçın rayonu Azərbaycanın nəzarətindədir".

Arif Paşa deyir ki, insanların içində olan narahatlıqlar tələsiklikdən yaranıb: “İnsanlar tələsir, tez bir zamanda Laçına getmək, köçmək istəkləri var içlərində. İnsanlar bu baxımdan narahatdırlar. İnsanlar bilsin ki, Laçın bizdədir, narahatlığa əsas yoxdur. İlk günlərdə məlumatsız idim, müəyyən narahatlıqlarım vardı. Amma sonradan birbaşa Laçından aldığım məlumatlar bir qədər rahat olmağa əsas verdi. Şükür Allaha ki, Türkiyə bizim yanımızdadır, Azərbaycana hərbi kontingent yollayır. Narahat olanlar bu məsələni də nəzərə almalıdır ki, bütün proseslər Azərbaycanın, Azərbaycan xalqının xeyrinə həll olunur. Türkiyədən gələn hərbi kontingent bu gün Rusiya sülhməramlıları Azərbaycanda hansı missiyanı yerinə yetirirlərsə, həmin missiyanı yerinə yetirəcəklər. Üstəlik, türkiyəli hərbçilər patrul xidməti də həyata keçirəcəklər. Bu məsələ bizim istədiyimiz şəkildə həll olunacaq. Qarabağ əbədi, əzəli Azərbaycan torpağıdır, Azərbaycanın bütün dünya tərəfindən tanınan, qəbul edilən beynəlxalq sərhədləri daxilindədir. Azərbaycan öz ərazilərində istədiyi missiyanı buraxa və ya buraxmaya bilər. Bu ölkənin sahibi bizlərik”.

Hərbi ekspert Şair Pamaldanov deyir ki, dekabrın 1-də Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Laçına bayraq sancması videoları yayılıb: “Bu danılmaz faktdır. Cənab Prezident dediyi kimi, dəhliz Laçın şəhərinin içindən keçir. Yeni dəhliz tikilənə qədər ərazidə Rusiya sülhməramlıları dayanacaq. Yeni dəhliz Laçın şəhərinin infrastrukturuna mane olmayacaq. Həmin işlər qısa zamanda görüləcək. Azərbaycanın digər rayonlarında olduğu kimi Laçında da Azərbaycanın dövlət və hakimiyyət orqanları işləyəcək. Sadəcə olaraq, təhlükəsizlik məsələlərinə ilkin olaraq Rusiya, az sonra isə Türkiyə, Rusiya sülhməramlıları nəzarət edəcək. Dəhliz Xankəndində yaşayan ermənilərin gedib gəlməsi üçün tikilir. Sülhməramlılar dəhlizin təhlükəsizliyini təmin edəcəklər. Laçında Azərbaycan qanunları işləyəcək. Ermənistanla sərhədin Laçın ərazisində də təbii ki, Azərbaycan Silahlı Qüvvələri xidmət aparacaqlar. Azərbaycanın işğaldan azad olunan ərazisində işğalçı qüvvələrə məxsus 1 dənə hərbi hissə və ya bölmə yoxdur. Heç bir narahatlığa əsas yoxdur”.

Şair Ramaldanov deyir ki, hazırda çoğrafi olaraq keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində ermənilər yaşayan yerlərlə bağlı da narahatlığa əsas yoxdur: “Cənab Prezident çıxışlarında deyir ki, hər hansı bir status söhbəti yoxdur. Bu o deməkdir ki, Xankəndi də, Xocalı da digər rayonlar kimi Azərbaycanın ərazi bütövlüyünə daxil olur və Azərbaycan sərhədləri daxilində hansı qanunlar işləyirsə, o rayonlarda da həmin qanunlar işləyəcək. Bu məsələ də gec-tez həllini tapacaq. Azərbaycan işğaldan azad edilən 7 rayonda infrastrukturun bərpası yönündə işlərə başlayıb. Digər rayonlarda, hansılarda ki, ermənilər məskunlaşıb, orada işlər Rusiya sülhməramlılarının nəzarəti altında gerçəkləşəcək”.

Şair Ramaldanov deyir ki, hazırda Azərbaycan ərazisində yaşayan ermənilər tədricən Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər: “Ermənilər Bakıda yaşayıb Azərbaycan vətəndaşlığını qəbul etdikləri kimi Xankəndində, Xocalıda yaşayanlar da bunu etməlidirlər. Digər məsələlər də Azərbaycan qanunları çərçivəsində sivil şəkildə həll olunacaq. Başqa yol yoxdur”.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Prezidentin vəzifəsindən azad etdiyi nazir atası kimdir?

Separatçı Araik niyə Ağdərəyə gəlib? - Səbəb

Xırdalanda dağıntılar altında bir uşaq qalıb - Foto,Video, Yenilənib4

Rəşad Nəbiyev nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib

Nazir Rövşən Əkbərovun bacısı oğlunu rəis təyin etdi

Putin: “Prezidentlikdən sonra şərabçılıq sahəsində çalışa bilərəm”

Ramin Quluzadə Prezidentin İşlər müdiri təyin edildi

Yol kənarında dəfn edilən 17 şəhidin qəbrini su basdı - Valideynlər etiraz edir - Video

Əməkdar artist Siyavuş Aslanın oğluna ölüm arzuladı: “Ona niyə yazığınız gəlir?”

Ən çox oxunanalar