Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan əsirləri qaytarır

Ermənistan Qarabağda əsir və girov düşən şəxslərin geri qaytarılması prosesində "hamının hamıya" prinsipinin tətbiq edilməsinə razılıq verib.

Ermənistanın Baş nazirinin müavini Tiqran Avinyan bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin ilə görüşündə deyib. Bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb. Bununla yanaşı, o əsirlərin geri qaytarılması üçün yeni mexanizmlər yaratmağı təklif edib.

"Əsirlərin heç bir şərt irəli sürülmədən dərhal qaytarılması üzrə bir mexanizm yaradılması təklif olunur",-deyə Avinyan qeyd edib.

Müharibədə ağır məğlubiyyətə uğrayan ölkənin rəsmisi atəşkəsin yaradılmasında vasitəçi kimi çıxış edən Rusiya tərəfinə təşəkkür edib.

Baş nazirin müavini deyib ki, əsirlərin geri qaytarılması, itkin düşənlərin və ölənlərin cəsədlərinin axtarışı ilə bağlı məsələlər Ermənistan hökumətinin gündəmindədir və prosesi sürətləndirmək üçün hər şey edilir.

Xatırladaq ki, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Rusiya Prezidentinin imzaladığı üçtərəfli bəyanatın 8-ci bəndi də bu müddəanı əhatə edirdi: "Hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçirilir".

Qeyd edək ki, indiyə kimi döyüş bölgəsindən yüzlərlə Ermənistan əsgərinin cəsədi (təkcə Şuşa yaxınlığındakı ərazidən 150 erməni əsgər) çıxarılaraq qarşı tərəfə təhvil verilib.(pravda)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar