Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həftənin bu günü işlər dayandırılsın - Komitə sədrindən təklif

Azərbaycanda COVID-19 virusuna yoluxanlar və bu infeksiyadan ölənlərin sayında ciddi artım müşahidə olunur.

Pandemiya dövründə bir çox tədbirlər görülsə də, koronavirusun yayılmasının qarşısını almaq mümkün olmayıb.

COVID-19 virusu təkcə Azərbaycan deyil, həm qonşu ölkələrdə, həm də dünyanın əksər ölkələrində ciddi problemlər yaradıb. Koronavirusla mübarizə çərçivəsində ölkələr müxtəlik karantin tədbirləri görür və qadağalar tətbiq edirlər.

Bu gün Azərbaycanda koronavirusla mübarizə üçün karantin rejimi davam edir, həftəsonları isə qadağalar bir qədər sərtləşdirilir. Son rəqəmlərin yüksək olması ölkəmizdə əlavə tədbirlərin görülməsi ehtimalını gündəmə gətirib.

Azərbaycanda koronavirusla mübarizə üçün şənbə və bazar günləri tətbiq olunan karantin rejiminə cümə gününün də daxil edilməsi təkliflər arasındadır. Belə ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevin fikrincə, 3 günlük lokdauna keçilməlidir:

“Sərtləşdirici addımlara mütləq getməliyik. İş yerlərinin sürüşkən qrafikə keçməsi, məhdud sayda işləməsi, onlayn rejimdə işləməyə üstünlük verilməsi ola bilər.

Şənbə və bazar günlərinə cümə günü də əlavə oluna bilər. Mən istərdim ki, 3 günlük lokdauna keçək və bütün sahələrdə iş faliyyətini dayandıraq”.(baku ws)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Ən çox oxunanalar