Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ənənəvi həftəlik brifinq zamanı azərbaycanlılarla ermənilərin işğaldan azad edilmlş ərazilərdə dinc yanaşı yaşaması məsələsinə toxunub.
"Bu cür böhranların aradan qaldırılması ilə bağlı xeyli kitab yazılıb. Bu barədə tarixçi mütəxəssislər, etnoqraflar, mədəniyyətşünaslar, sosioloqlar, siyasi ekspertlər danışmalıdırlar. Mən Azərbaycan və Ermənistan xalqları arasında tarixi stressin aradan qaldırılmasına kömək edən iki komponenti xüsusi qeyd edərdim.
Birincisi, bu, ölkə rəhbərlərinin siyasi iradəsidir. Bu, vacib elementdir və bunsuz belə məsələlərin həlli sadəcə mümkün deyil. İkinci komponent isə qurumların, vətəndaş cəmiyyətinin cəlb edilməsi, bu istiqamətdə hər bir ölkədə cəmiyyətin konsolidasiyasıdır.
Mən, bu iki komponent olmadan təsəvvür edə bilmirəm ki, belə mütləq, doğru və çoxdan gözlənilən məqsədə nail olmaq olar. Və bunlar digər komponentləri qətiyyən istisna etmirlər, ", - deyə M.Zaxarova bildirib. (Virtualaz.org)
pia.az