Çərşənbə, 27 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

“Rusiya Ermənistanı artıq buraxmayacaq” - Erməni ekspert

Riçard Kirakosyan: “Moskva Ermənistandan daha da dərin bir asılılığa can atmağa davam edə bilər, nəticədə İrəvan müstəqilliyini daha da itirmək və suverenliyinin böyük hissəsini Rusiyaya vermək təhlükəsi ilə üzləşir”.

Ermənistan Regional Araşdırmalar Mərkəzinin direktoru, politoloq Riçard Kirakosyanın AYNA-ya özəl müsahibə verib. Əvvəlcədən qeyd edək ki, onunla razılaşmaq olar və ya yox, amma nəzərə almaq lazımdır ki, erməni ekspert yaşadığı cəmiyyətin əhval-ruhiyyəsini ifadə edir. Ermənistan üzərində qələbədən sonra, kommunikasiyalar və iqtisadi əlaqələr quraraq, münasibətləri qaydaya salmaq istədiyimiz düşmənin nəyi düşündüyünü bilmək bizim üçün faydalı olar.

- İndi İrəvanda hansı əhval-ruhiyyə hökm sürür? Erməni KİV-lərindən bildiyim qədəri ilə, müharibədə məğlub olan ölkənin liderinin artıq ona rəhbərlik edə bilməyəcəyinə işarə edərək, Paşinyanın istefası çox tələb olunur. Paşinyan indi nə qədər güclüdür?

- Ermənistan hökumətinin istefasına yönəlik çağırışlara, ilkin emosional və məyusluq dalğalarına baxmayaraq, indi daxili qarşıdurmalar və hər hansı bir hakimiyyət dəyişikliyi riski çox azdır. Bu, iki faktorla əlaqədardır: Ermənistanın müharibəni bitirmək üçün Rusiyanın qoyduğu müqaviləni qəbul etməkdən başqa çarəsi və alternativinin olmadığını anlamaq və qəbul etmək. Bu, Qarabağ əhalisini, Qarabağda qalanları xilas etməyin yeganə yolu idi.

Ermənistanın 2018-ci il “məxməri inqilabı”nda zorakı olmayan “xalq gücünün” nadir və möhtəşəm qələbəsindən sonra, Ermənistanın Baş naziri Nikol Paşinyan həmişə Rusiya və Putin üçün bir təhlükə kimi çıxış edirdi. Ancaq Rusiya, Ermənistan hökuməti üzərindəki təsrini artırması ilə əlaqəli əhəmiyyətli dividendlər qazandı. Ermənistandakı 2018-ci il “məxməri inqilabına” özünə xarakterik olmayan passiv və qarışıq bir reaksiya göstərməsinə baxmayaraq, Moskva, belə görünür ki, gözləyirdi və indi Ermənistanın Baş naziri Nikol Paşinyan və hökumətinə maksimum təzyiq göstərmək üçün qızıl fürsətdən istifadə etdi. Rusiyanın təsirindəki bu artım Ermənistanı yalnız Rusiyanın orbitində saxlamayacaq, həm də Ermənistanın Qərblə daha yaxın münasibətlər axtarma qabiliyyətini və istiqamətini daha da məhdudlaşdıracaq. Bu kontekstdə, Moskva Ermənistandan daha da dərin bir asılılığa can atmağa davam edə bilər, nəticədə İrəvan müstəqilliyini daha da itirmək və suverenliyinin böyük hissəsini Rusiyaya vermək təhlükəsi ilə üzləşir.

Beləliklə, Rusiya təhlükəsizliyinin “qara dəliyi” öz orbitindəki Ermənistanın cazibə qüvvəsini təyin etdi. Təhlükəsizlik, Ermənistanın Rusiyaya arxalanmasının həm əsaslandırılması, həm də motivasiyası olduğundan, gələcəkdə, hətta daha demokratik bir Ermənistan hökuməti olsa belə, suverenliyin məhdudiyyətlərini və müstəqillik qadağalarını unutmamaq məcburiyyətində qalacaq. Təhlükəsizlik tərəfdaşı kimi Rusiyaya güvənmək Ermənistanı yalnız Rusiyanın orbitinə yönəltdi. Ermənistanın 2018 “məxməri inqilabı” nəticəsində qazandığı demokratik uğurlara baxmayaraq, ölkə Kremlin vədləri nə qədər etibarsız və ya sınanmamış olsa da, təhlükəsizlik baxımından yalnız Rusiyadan asılılığını artırmağa davam edir. Bu, Rusiyadan perspektivli döyüş təyyarələrinin yeni satın alınması faktında aydın şəkildə özünü göstərir.

- Son zamanlarda belə bir məlumat yayılmışdı ki, İrəvan morqları, yaxınlarına dəfn üçün verilməyən hərbçilərin cəsədləri ilə doludur...

- Yox, bu doğru deyil. Daha doğrusu, problem 50-yə yaxın erməni əsirinin geri qaytarılmasının, nədənsə Azərbaycan tərəfindən təxirə salınmasındadır. Və morqlar barədə bu cür “xəbərlər” müxalifət mediası tərəfindən tirajlanır.

- Bütün erməni KİV-ləri ölənlərin və ya itkin düşənlərin yaxınlarının Müdafiə Nazirliyini və digər dövlət qurumlarını mühasirəyə aldıqlarını yazırlar. Paşinyan və Tonoyanın mühakimə olunmasını tələb edirlər. Bu, ölkədəki vəziyyətə necə təsir edir?

- Bu da baş verənlərin səhv işıqlandırılmasıdır, çünki qohumlar məhkəmə yox, həm əsirlərin, həm də ölülərin dəqiq xəbərini tələb edirlər.

- Ermənistanda Qarabağ bölgələrindən olan miqrantlara yardım proqramları varmı?

- Bəli, indi Ermənistanın özünə sığınan Qarabağ ermənilərinə inteqrasiya siyasəti və bəzi məhdud maliyyə dəstəyi var.

- Ermənistnada müxtəlif qruplar hakimiyyətə can atır. Revanşistlərin şansı nə qədərdir? Ermənistanda ehtirasların və məğlubiyyətin acılarının səngiməsinə nə qədər vaxt lazım olduğunu düşünürsünüz?

- Hökumətə qarşı edilən daxili çağırış Baş nazir Nikol Paşinyanın istefasını tələb edir, amma siyasi meydan üçün göründüyündən daha az rol oynayır. Bir tərəfdən, Paşinyan hökumətinin siyasi zəifliyi iki səbəbə görə son hadisələr zamanı hesab edildiyi qədər ciddi və əhəmiyyətli deyil. Birincisi, Baş nazirin Qarabağ müharibəsini bitirmək üçün Rusiyanın tətbiq etdiyi bir müqaviləni qəbul etməsinin ilkin şokuna baxmayaraq, hökumət əleyhinə nümayişlər təsirsiz qalıb. Ən çox 10 min nəfərin iştirak etdiyi nümayişlər hələ geniş dəstək almayıb. Və bu sürət çatışmazlığı, etirazçılara rəhbərlik edən müxalifətin bir çoxunun ciddi populyar olmayan və əhəmiyyətli dərəcədə nüfuzdan düşdüyü, korrupsiyaya uğramış keçmiş hökumətlə əlaqələrə bulaşdığı və siyasi alternativ ola bilməməsindən qaynaqlanır.

Üstəlik, siyasi problemin daha az əhəmiyyət kəsb etdiyinin ikinci səbəbi, Paşinyan üçün etibarlı bir rəqibin və ya alternativin olmamasıdır. Əslində, Baş nazirin həqiqətən də Rusiyanın qoyduğu müqaviləni qəbul etməkdən başqa çarəsi yox idi. Bu Rusiya planı Ermənistana tətbiq olunsa da və Moskva tərəfindən birtərəfli qaydada həyata keçirilsə də, insanların həyatlarını xilas etmək və Dağlıq Qarabağdan qalanları xilas etmək üçün yeganə real yol bu idi. Bu kontekstdə Qarabağın ikinci böyük şəhəri olan Şuşanın süqutu bir dönüş nöqtəsi oldu - bundan sonra hər hansı bir müdafiəni qeyri-sabit vəziyyətə gətirdi və bütövlükdə Qarabağın tamamilə itirilməsi ehtimalını artırdı.

Buna baxmayaraq, siyasi müxalifətin təhdidi Baş naziri istefaya məcbur etmək üçün yetərli olmasa da, Paşinyan hökumətinin siyasi gələcəyi şübhə altındadır. Hökumətin zəifliyi iki geniş məsələdən qaynaqlanır:

Birincisi, Baş nazir Paşinyan getdikcə özünə yad siyasi sularda peyda oldurdu. Yəni, həm Qarabağ məsələsi, həm də sonrakı Qarabağ münaqişəsinin özü Ermənistanın müstəqilliyindən əvvəl yaranmışdı. Müasir erməni siyasətini həmişə Qarabağ faktoru müəyyənləşdirib. Həm də heç bir siyasi lider və ya partiya daxili diskurs və dövlət siyasətinin vacib bir elementi olmadan idarəetmə problemi ilə üzləşməyib;

İkincisi, Baş nazirin bir qədər ironik olan siyasi taleyi və gələcəyi müxalifətin addımlarından daha çox öz əlindədir. Xüsusilə, Paşinyanın kifayət qədər ehtiyatsız və impulsiv liderlik tərzi, onun etibarını müxalifətin etdiyi və ya söylədiyi hər şeydən daha çox zəiflətdi. Və bu, ən ciddi şəkildə ağır bir səhvlə özünü göstərdi: erməni cəmiyyətinin və ya ictimai rəyin müharibədəki itkilərin miqyasına və şiddətinə hazır olmaması yalnız məyusluq və qəzəbin emosional alovlanmasına səbəb oldu.

- Bakıda keçiriləcək Zəfər Paradında qənimət kimi ələ keçirilən erməni texnikası nümayiş olunacaq. Bu faktor Ermənistandakı əhval-ruhiyyəyə necə təsir edəcək?

- Bu, tamamilə fərdi qavrayış məsələsidir. Müharibə onsuz da uduzuldu ki, bu da Ermənistan üçün böyük bir şok oldu.

- Sizcə, müharibədə məğlubiyyət nə vaxt məlum oldu? Şuşa azad edildikdən sonra?

- Bu müharibənin nəticələrinə görə, həm Ermənistanın, həm də Dağlıq Qarabağın məğlub olduğu aydındır. Hərbi itkilərin miqyasını və şiddətini az adam gözləyirdi. Demək olar ki, heç kim ərazi itkilərinin bu qədər olacağını ağlına belə, gətirmirdi. Və Ermənistanın başqa bir yolu, ümumiyyətlə, alternativi yox idi. Qırx gün-qırx gecə sürətli, kəskin döyüşlərdən sonra, Dağlıq Qarabağ uğrunda son müharibə 10 noyabr gecəyarısı “Facebook” postu ilə dayandırıldı. Ermənistanın Baş naziri Nikol Paşinyan, “həddindən artıq ağrılı” qərar qəbul etdiyini etiraf edərək, ərazini, əslində Azərbaycana verdiyi yeni müqavilə ilə razılığını elan etdi. Bununla birlikdə, Dağlıq Qarabağın qalan qalıqlarını xilas edən və Qarabağdakı erməni əhalisini Azərbaycan qoşunlarının irəliləməsindən qurtaran Qarabağ uğrunda müharibəyə son qoymaq barədə razılaşma, yalnız Qarabağ anklavının statusu və təhlükəsizliyi ilə bağlı əlavə suallar doğurur. Bu səbəbdən davamlı təhlükəsizlik yaratmaq üçün Azərbaycanla diplomatik danışıqlara qayıtmaq lazımdır.

- Qeyd etdiniz ki, status məsələsində Azərbaycanla əlavə danışıqlar aparmaq lazımdır. Ancaq Prezident İlham Əliyev status məsələsinin həll olunduğunu, statusun olmayacağını və Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşı olduqlarını və buna görə digər vətəndaşlarla eyni hüquqlardan istifadə edəcəklərini söylədi. Azərbaycan pasportuna sahib olmaq ermənilər üçün qeyri-mümkün bir şeydir? Axı, heç kim onların hüquqlarını pozmayacaq və edə də bilməz - bunu dövlət başçısının özü söylədi. Onsuz da Azərbaycanda 30 min etnik erməni yaşayır və digər vətəndaşlardan daha pis yaşamır...

- Rusiya sazişini həyata keçirmək və anlaşmada anlaşılmaz qalan bir sıra məsələləri həll etmək üçün Azərbaycanla əlavə danışıqlar aparılmalıdır. Rusiya Prezidenti Putinin son mətbuat konfransında qeyd etdiyi kimi, Dağlıq Qarabağın statusu məsələsi həll olunmayıb və inanıram ki, bu məsələ yalnız Azərbaycan Prezidentinin birtərəfli bəyanatları əsasında həll edilmiş hesab edilə bilməz.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Prezidentin vəzifəsindən azad etdiyi nazir atası kimdir?

Ramiz Mehdiyev Əli Həsənova deyil, ona vəzifə verdi

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin dəyişdirilməsinin səbəbi açıqlandı

“Paşinyanın məqsədi budur ki, Şuşanı...” – Erməni nəşrindən şok iddia

Yol kənarında dəfn edilən 17 şəhidin qəbrini su basdı - Valideynlər etiraz edir - Video

"Azəriqaz" əhaliyə necə "torba tikir?" – Sensasion faktlar

Rəşad Nəbiyev nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib

Nazir Rövşən Əkbərovun bacısı oğlunu rəis təyin etdi

Ramin Quluzadə Prezidentin İşlər müdiri təyin edildi

Əməkdar artist Siyavuş Aslanın oğluna ölüm arzuladı: “Ona niyə yazığınız gəlir?”

Ən çox oxunanalar