Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransada onlarla məscid bağlana bilər

Fransa dini ekstremizmin artan təhlükəsi ilə mübarizə çərçivəsində dini ideologiyanın “qızışdırılmasında” şübhəli bilinən onlarla məscidin fəaliyyətinin araşdırılmasına başlayacaq.

PİA.az xəbər verir ki, bu barədə Daxili işlər naziri Cerald Darmanin bildirib.

Darmanin iddia edib ki, ölkədəki 2 600-dən çox məscidin 76-ı Fransanın respublika dəyərlərinə və onun təhlükəsizliyinə mümkün təhlükə kimi qeydə alınıb. Onun sözlərinə görə, əgər şübhələr təsdiqlənsə, məscidlər bağlanacaq.

Müstəntiqlər şübhəli hesab etdikləri məscidlərin maliyyələşdirilməsi və imamların həyatının araşdırılması ilə məşğul olacaqlar.

Qeyd edək ki, dekabrın 2-də Fransada naməlum şəxslər Parisin yaxınlığında yerləşən Breteni-syur-Orj (Eson departamenti) şəhərindəki məscidi təhqir ediblər. Cinayətkarlar səhər tezdən avtomobillə əraziyə gələrək məscidin qapısını sındırıblar. Onlar məscidin içinə, xüsusən ibdət zalına odsöndürən məhlulu töküblər.

AFP Daxili İşlər Nazirliyinin məlumatına istinadən xatırladıb ki, Fransada 2019-cu ildə müsəlmanlara və onların dini mərkəzlərinə qarşı yönəldilmiş aksiyalar 54 faiz artıb. (Report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar