Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bizə Qarabağı ərmağan edən Vətən müharibəsinin şəhidləri... - Müharibənin miqyasına görə itkilərimiz çoxdur, ya az?..

Ermənistanın müdafiə olunan tərəf olmasına baxmayaraq, bu müharibədəki itkiləri Azərbaycandan dəflərlə çoxdur... 

Hərbi ekspert: “Həm maliyyə, həm də insan resursları baxımından Ermənistan ordusunun yaxın illərdə bərpa ediləcəyi mümkün görünmür”.

Ermənistan tərəfi itkiləri açıqlamır və gizlədir. Çünki müxtəlifət partiya liderləri artıq 5 minlik ölüdən və 10 mindən çox yaralı, 1000 nəfər isə əsir, itkindən bəhs edir. Bu fakt onların itkilərinin Azərbaycanın itkilərindən iki qat çox olduğunu düşünməyə əsas verir”.

Bu sözləri hərbi ekspert Ədalət Verdiyev Vətən Müharibəsində Azərbaycanın verdiyi şəhidlərin sayını və Ermənistanın itkilərini PİA.az-a şərh edərkən qeyd edib.

Dünən Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən Vətən Müharibəsində Azərbaycanın 2 783 hərbi qulluqçusu şəhid olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir.

Qeyd olunub ki, 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur.

Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri təbdirlər görülür. Hazırda 1 245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir.

Ermənilərə gəlincə isə, onlar hələ də son itki statistikasını açıqlamayıb. Açıqlanan statistikaya görə erməni tərəfi 2700-dən çox itki veriblər. Lakin Səhiyyə Nazirliyinin bir neçə gün əvvəl verdiyi son məlumata görə itkin düşənlərlə birlikdə ermənilərin itkilərinin sayı 4 mindən çoxdur. Buna baxmayaraq “Sputnik Armeniya” Ermənistan ordusunun 8472 əsgərin ölməsi, 13000 yaralı olması barədə məlumat yayıb. Bundan başqa Ermənistan tərəfinin 502 əsgərinin əsir, 3000 əsgərinin isə itkin düşüdüyünü yazıb.

Müstəqil erməni mənbələri isə bu itkiləri 7-10 min arasında olduğunu deyirlər. İtkin düşənlərin aıilələrinin hər gün Ermənistan Baş nazirindən övladları ilə bağlı məlumat tələb etmələri və etiraz aksiyaları keçirmələri də onu deməyə əsas verir ki, Ermənistanın müdafiə olunan tərəf olmasına baxmayaraq, bu müharibədəki itkiləri Azərbaycandan dəflərlə çoxdur.

Müharibənin miqyasını nəzərə alaraq, bu itkiləri necə dəyərləndirmək olar? İtkilər azdır və ya əksinə, çoxdur?

Mövzunu PİA.az-ın əməkdaşı hərbi ekspert Ədalət Verdiyev ilə müzakirə edib.

Ədalət Verdiyev: “Gələcək günlərdə erməni tərəfinin itkilərinin tam statistikası yeni rəqəmlərlə ortaya çıxacaq”.

Azərbaycanın itkilərinin artıq açıqlandığını xatırladan ekspert PİA.az-a açıqlamasında ermənilərlə nisbətdə yalnız itkin düşənlərin sayında 10 dəfəyə yaxın fərqin olduğuna diqqət çəkib. Bu isə ermənilərin digər itkilərinin də sayının ona adekvat bir rəqəmə çatacağını ehtimal etməyə əsas verir:

“Müharibənin miqyasınıni, istifadə olunan öldürücü texnikaları nəzərə alarsaq, Azərbaycanın itkiləri nəzərdə tutulduğundan da azdır. Azərbaycanın aşağıdan yüksəklilərə doğru hücum edən tərəf olduğunu da unutmamalıyıq. Şuşanı isə biz ağır texnika olmadan, düşmən arxasına keçərək almışıq. Bu baxımdan bizim əsgərlərin göstərdiyi şücaət ifadəolunmazdır.

Əsasən hücum əməliyyatında iştirak edən tərəf adətən daha çox, müdafiə olunan tərəflə müqayisədə 2-3 dəfə artıq itki verə bilər. Bu müharibə qanunudur. Lakin Ermənistan tərəfinin rəsmi açıqlamalarında belə Azərbaycan tərəfindən daha çox itki verdikləri məlumdur.

Ermənistan tərəfi itkiləri açıqlamır və gizlədir. Müxtəlifət partiya liderləri isə artıq 5 mindən artıq ölüdən və 10 mindən çox yaralıdan, 1000 nəfər isə əsir və yaxud itkindən bəhs edirlər. Erməni rəsmiləri də itkilərinin 4 mindən artıq olduğunu etiraf edirlər. Bu fakt onların itkilərinin Azərbaycanın itkilərindən iki qat çox olduğunu düşünməyə əsas verir. Hesab edirəm ki, gələcək günlərdə erməni itkilərinin yeni rəqəmləri ortaya çıxacaq. Zaman keçdikcə bu itkilərin bir qədər də artması gözlənilir.

Ədalət Verdiyev: “Ermənistan ordusunun zirehli texnikasının 40 faiziznin, şəxsi heyətinin isə 30 faiz itki verməsi ilə bağlı müxtəlif mənbələr məlumat verirlər. Bu itkilər isə yaxın illərdə erməni ordusunun yenidən bərpa edilməsinə imkan verməyəcək”.

Azərbaycanın itkiləri isə artıq açıqlanıb. Yalnız itkin düşənlərin sayında 10 dəfəyə yaxın fərqin olduğu diqqət çəkir. Bu isə ermənilərin digər itkilərinin də sayının ona adekvat bir rəqəmə çatacağını ehtimal etməyə əsas verir.

Orta hesabla götürdükdə erməni ordusu 44 günlük müharibədə yalnız məğlub edilməyib. Ermənistanın özündə də ordunun darmadağın olduğunu deyirlər. Ermənistan ordusunun zirehli texnikasının 40 faiziznin, şəxsi heyətinin isə 30 faiz itki verməsi ilə bağlı müxtəlif mənbələr məlumat verirlər. Bu itkilər isə yaxın illərdə erməni ordusunun yenidən bərpa edilməsinə imkan verməyəcək. Yəni həm maliyyə, həm də insan resursları baxımından Ermənistan ordusunun yaxın illərdə bərpa ediləcəyi mümkün görünmür”.

Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşən, yaralanan, şəhid olan, itkin düşən hər bir nəfərimizin qarşısında baş əyir, onların qarşısında böyük minnətdarlığımızı ifadə edirik. Hər bir şəhid ailəsinə baş sağlığı verir, Allahdan onlara səbir diləyirik. Biz artıq şəhidlərimizin rəhmətinə möhtacıq və o rəhmətə sığınırıq...

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar