Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Denis Kislov: “Qarabağ münaqişəsi tez, aydın və lazımi zamanda həll edildi”

İsrail məntiqə əsaslanaraq Qarabağdakı Azərbaycanın qələbəsi ilə başa çatan müharibəni obyektiv təhlil etdi.

Bu barədə Ukrayna-İsrail politoloqu, Yaxın Şərq üzrə ekspert, Dövlət İdarəetmə Elmləri Doktoru, “LLC Corporate Research and Consulting International Bureau”nun rəhbəri Denis Kislov Media.Az-a açıqlamasında deyib.

Xatırladaq ki, oktyabr ayının əvvəllərində nəşrə verdiyi müsahibəsində o Azərbaycanın qələbə çalacağını demişdi.

“Qeyd etmək istərdim ki, İsraildə bölgədə baş verənlər diqqətlə izlənildi. Vəziyyət təhlil edildi. Həm bizim, həm də türklərin pilotsuz təyyarələrinin özlərini necə göstərdiyi təhlil edildi. Qarabağ münaqişəsi tez, aydın və lazımi zamanda həll olundu. Aydındır ki, Azərbaycan ordusu əks hücuma hazır idi, erməni tərəfi isə müharibəyə ümumiyyətlə hazır deyildilər. İndi Ermənistan bir küncə sıxışdırılıb”, - Denis Kislov deyib.

Həmsöhbətimizin sözlərinə görə, Türkiyə bölgədəki mövqeyini gücləndirdi, halbuki 10 noyabrda bəyanatı imzalayan üç dövlətin mövqeyində bunula bağlı müəyyən məhdudiyyətlər var idi:

“Eyni zamanda qeyd etmək lazımdır ki, Rusiya Qarabağ düyününün açılmasına kömək etdi və indi Cənubi Qafqazdakı mövcudluğunu bir daha göstərərək sülhü dəstəkləyir və təmin edir. Qərb ölkələrinə gəldikdə, onların vəziyyəti yaxşı başa düşmədikləri aydın oldu və bu səbəbdən 10 noyabrdakı üçtərəfli açıqlama Qərbi təəccübləndirdi”.

“Qərbin hazırkı gecikmiş reaksiyası Rusiyanın hərəkətlərinin operativliyi və hadisələrin bu cür dəyişməsinə hazır olmaması ilə əlaqəli idi. Qərbdə hərbi münaqişənin uzun müddət davam edəcəyini düşünürdülər, buna görə məsələnin həlli formasını tapmaq üçün kifayət qədər vaxt olacaqdır. Onların hesablamaları özünü doğrultmadı. Buna görə də Qərb ölkələrinin “gedən qatar”a tullanmaq cəhdi bu qədər yöndəmsiz görünür. Artıq çox gecdir. Fransa və Belçikada Qarabağın müstəqilliyinin tanınmasına dair danışılan bütün təşəbbüslər havada qaldı. Onlar sülhməramlılıq prosesinə heç bir şəkildə təsir edə bilməyəcəklər”, - Denis Kislov qeyd edib.

O, eyni zamanda NATO rəhbərliyinin da toxunub: “İndi, zəif nöqtələrə dəqiq “iynələr” istifadə edirlər, məsələn, Ermənistanın zəifliyini, xüsusən də müharibədə məğlubiyyət üzündən milli qürurunun zəifliyini yaradan nöqtələrdən istifadə etdikləri kimi. Ümumiyyətlə, mənə elə gəlir ki, Rusiya, Türkiyə və Azərbaycan digər xarici oyunçuların - ABŞ, Fransa, Almaniya və digərlərinin təsirini artırmaqda maraqlı deyillər. İrəvan isə bu ölkələri cəlb etmək istəyir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar