Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FHN-in İdman-Sağlamlıq Mərkəzinin əməkdaşları şəhid ailəsini ziyarət ediblər

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi İdman-Sağlamlıq Mərkəzinin rəisi polkovnik Füzuli Musayev və mərkəzin əməkdaşları Binə qəsəbəsində yaşayan, iki oğlu Vətən müharibəsində şəhid olmuş Məmmədovlar ailəsini ziyarət ediblər.

PİA.az-a Fövqəladə Hallar Nazirliyindən daxil olan məlumata görə şəhid qardaşlar İman və Bəhrəm Rusiyanın Həştərxan vilayətində gəmiçilik ali məktəbində təhsil alıblar. Müharibə başlayan kimi könüllü döyüşə qoşularaq Füzuli, CəbrayılZəngilanın kəndlərinin azad edilməsində iştirak ediblər. Lakin Xankəndi yaxınlığında gedən döyüşlərdə eyni anda xain düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb, adlarını Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıblar.

İdmançı şəhidlərimizin atası Elman Məmmədov söhbət zamanı xatirələrindən, övladlarının həyat yolundan, müqəddəs amal uğrunda gedən müharibədəki döyüş qəhrəmanlığından, onların mehribanlığından, şəhid olmaq arzularından, komandir və yoldaşlarının onların qəhrəmanlığı, şücaəti barədə xatirələrindən danışıb.

FHN-in əməkdaşları ailəyə başsağlığı verib, şəhidlərimizin daim Azərbaycan xalqının xatirəsində uca tutularaq heç zaman unudulmayacağını vurğulayıblar. Valideynlərə dərin ehtiramlarını bildiriblər.

Torpaqlarımız uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsi xalqımızın yaddaşında əbədi olaraq qalacaq.


 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Ən çox oxunanalar