Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vətən Müharibəsində qolunu itirən qazi: “Bilirdik ki, hərbi formamız həm də kəfənimiz ola bilər” - Video

“Biz düşmənin bizimlə döyüşdüyü kimi yox, öz gücümüzü onlara göstərərək döyüşdük və gücümüzü hər kəsə sübut etdik”.

Bunu AZTV-nin efirində yayımlanan “Gün başladı” proqramında qonaq olan qazimiz Elnur Ələkbərov deyib.

Vətən Müharibəsində iştirak edərək, ayağından yaralanan, bir qolunu isə Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban verən qazimiz deyir ki, düşmən bizi hədəfə ala bilmirdi:

“Düşmənin bizi hədəf alaraq, atdığı mərmilər şahmatvari ətrafa düşürdü. Lakin biz öz gücümüz və hərbi biliklərimizi döyüş meydanında sübut etdik. Biz nişan aldığımız hər bir hədəfi məhv edirdik.

Çünki biz kiçik mərmidən, ən ağır texnikaya qədər qənaətlə istifadə edirdik. Düşmənlə üzbəüz gələndə hər bir mərminin öz hökmü var. Məqsədimiz düşməni məhv edərək, öz torpaqlarımızdan çıxarmaq idi.

Döyüşdə iştirak etdiyimiz günlərdə səbirsizləndiyimiz bir məqam vardı. Ancaq irəli gedək, dayanmadan irəliləyək. İrəlilədikcə mərmilərin səsi gəlməyəndə darıxırdıq. Döyüşüb ən qısa zamanda torpaqlarımızı azad etmək üçün səbirsizlənirdik. İrəli getdikcə əldə etdiyimiz torpaqlar, düşmənin bizim qarşımızdan qaçdığını gördükcə sevinirdik.

Sevinc hissini sözlərlə ifadə edə bilmərəm. Bunu mən və o döyüşlərdə iştirak edənlər bilir, hiss edir. Biz orada necə qürur hissi ilə döyüşürdük. Biz bu formanı geyinəndə bilirdik ki, bu, bizim hərbi formamızla yanaşı, kəfənimiz də ola bilər.

Şəhidlik zirvəsi hər kəsə qismət olmur. Mən döyüşlərdə qolumu itirdim, ayağımdan yaralandım. Bizim bu döyüşlərdə neçə-neçə igid oğullarımız da şəhid oldu”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar