Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müharibə başa çatıb və bu rəqəmləri gizlətmək Azərbaycana artıq gərək deyil - Korotçenko  

Qarabağda bir nizami ordunun digər nizami orduya qarşı müharibəsi gedirdi. Suriyalı muzdluların hazırlıq səviyyəsi onların yalnız partizan əməliyyatlarında az-çox səmərəli iştirak etməsinə imkan verir. Buna görə də onlar Azərbaycana gərək deyildilər.

PİA.az xəbər verir ki, bunu “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko “Vzqlyad”a müsahibəsində deyib.

Ekspert vurğulayıb ki, guya birinci olaraq hücuma keçən suriyalı döyüşçülərin özlərini güllə qabağına atması – erməni təbliğatının uydurmasıdır.

İ.Korotçenko İkinci Qarabağ müharibəsindəki itkilər barədə Bakının məlumatına şübhə etmir:

“Müharibə başa çatıb və bu rəqəmləri gizlətmək Azərbaycana artıq gərək deyil. Əgər müharibənin xüsusiyyətini, istifadə olunan silah-sursatı nəzərə alsaq, itkilər çox aşağı olub. Təkcə mən yox, hərbi sahə üzrə olan başqa mütəxəssislər də təəccübləniblər ki, Azərbaycan tərəfi bu qədər az itkilər hesabına qələbəyə nail olub”.

Onun fikrincə, Azərbaycanın öz əsgər və zabitlərinin həyatını qoruması bir neçə amil sayəsində mümkün olub. Birincisi, Bakı ən müasir silahlanma növlərindən, xüsusən zərbə pilotsuz uçuş aparatlarından fəal istifadə edib. Onların sayəsində Azərbaycan Ordusu əvvəlcə ermənilərin müdafiə xəttinə şiddətli və yüksəkdəqiqlikli artilleriya və hava zərbələri endirib, yalnız bundan sonra piyada bölmələri döyüşə qoşulub. İkinci, strateji amil isə əsas zərbənin istiqamətinin uğurla seçilməsidir.

“Ermənilər gözləyirdilər ki, əsas zərbə mərkəzdə, Ağdam şəhəri istiqamətində, yaxud da birbaşa bütün təmas xətti boyunca endiriləcək. Azərbaycan əsas zərbəni cənubda endirdi, orada müdafiə xəttini yardı və dayanmadan irəliyə – şimala doğru, Şuşa şəhərinə çatanadək hücuma keçdi. Şuşanın süqutundan sonra isə, məlum olduğu kimi, tərəflər Rusiyanın vasitəçiliyi ilə döyüş əməliyyatlarının dayandırılması barədə razılığa gəldilər”. (axar.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar