Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bir neçə nəfərin ölümü, bir nəfərin kor olması ilə bağlı məhkəmə işi- həbs edilən sahibkarın ifadəsi

Bakıda bir neçə nəfərin spirtli içkidən zəhərlənərək ölməsinə səbəb olmaqda ittiham edilən şəxslərin cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

Musavat.com xəbər verir ki, məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutur.

Məlumata görə, dünyasını dəyişmiş Yusif Hüseynov spirtli içkini “8-ci kilometr” adlanan topdansatış mağazasından alıb. Spirtli içkini satan mağazanın sahibi Səlim Seyidov saxlanılıb.

Bundan başqa Nərimanov rayonu 18-ci Polis bölməsinin Cinayət axtarış şöbəsinin rəisi, 32 yaşlı Sərxan Bayramov 2019-cu il dekabrın 23-də Klinik Tibbi Mərkəzdə vəfat edib. Onun da saxta içkidən zəhərləndiyi məlum olub.

Onun dostu Cəlal Həmzəyevin hər iki gözü kor olub.

1995-ci il təvəllüdlü Mustafayev Mustafa Teymur oğlu da eyni səbəbdən dünyasını dəyişib.

Faktlarla bağlı Cinayət Məcəlləsinin 200.4 (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 213-1.1(aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan xeyli miqdarda satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaqla zəhərlənən şəxslərin Tiflis prospektində yerləşən “Baku City” və Binəqədi rayonundakı “Everest” restoranlarında spirtli içkilər qəbul etdiyi məlum olub.

Zəhərlənmələrə səbəb olan "Chivas Regal 12" markalı spirtli içkiləri "Baku City" restoranının müdiri Füzuli Alıyev və sonuncunun tanışlığı ilə “Everest” restoranına Xəyal Cəfərovun ucuz qiymətə satmasına əsaslı şübhələr müəyyən edilib.

Cinayət işi üzrə Füzuli Alıyev və Xəyal Cəfərov şübhəli şəxs qismində tutulublar.

Musavat.com həbs edilən şəxslərdən Füzuli Alıyevin cinayət işi ilə bağlı ifadəsini əldə edib.

Məlum olub ki, istintaq zamanı F.Alıyev ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək bir sıra istintaq hərəkəti protokollarını imzalamaqdan imtina edib

O deyib ki, "Baku City" restoranını icarəyə götürərək, işlədib.

Onun sözlərinə görə son 7 ildə dostluq etdiyi polis əməkdaşı Sərxan tez-tez restorana gəlib, onunla sıx telefon danışıqları olub.

"2019-cu il, dekabrın 21-də Sərxanın dostu Ramin iki nəfər qızla birlikdə restorana gəlib, çaxır içdilər. Sonra Sərxan qohumu Cəlalla gəldi. Gecə saat 2-3 radələrində Ramin qızlarla birlikdə çıxıb getdi. Sərxan və Cəlal tanımadığım orta yaşlı keçəl kişi ilə əyləşib “Chivas Regal 12” markalı viski, “Red Bull” içdilər, meyvə yedilər. Saat 4-5 radələrində də getdilər. Dekabrın 23-də Sərxanın zəhərlənərək öldüyünü eşitdim. Həmçinin daha 3 nəfər şəxsin də zəhərləndiyini eşitdim",- deyə F.Alıyev ifadəsində göstərib.

Onun sözlərinə görə restorana spirtli içkilərin əksəriyyəti yaxınlıqda olan marketlərdən və şərab evlərindən alınıb.

F.Alıyevin icarəyə götürdüyü obyektə baxış zamanı aşkar edilmiş aksiz markasız spirtli içkiləri isə ucuz olduğuna görə Xəyal adlı şəxsdən aldığını deyib.

"Təxminən 1 il əvvəl Şəfa adlı qadın öz ad günündə məni spirtli içkilərin topdan satışı ilə məşğul olan şəxs kimi Xəyalla tanış etdi. Bundan 2-3 ay sonra Xəyal mənə bütün növ spirtli içkiləri təklif etdi. Xəyalın gətirdiyi “Сһivas Regal”, “Kack Daniels”, “Jameson” markalı viskiləri, “Nemiroff”, “Kremlin”, “Beluga”, “President” və digər içkiləri aldım. Xəyal hər hansı qaimə-faktura təqdim etmirdi. Xəyaldan aldığım spirtli içkilərin harada, hansı şəraitdə və kimlər tərəfindən hazırlanması barədə məlumatım yoxdur",- deyə təqsirləndirilən şəxs ifadəsində göstərib.

F.Alıyev həmçinin qeyd edib ki, Sərxan Bayramov və Cəlal Həmzəyev restorana gələnə kimi Nərimanov rayonu ərazisində yerləşən başqa restoranda da spirtli içki qəbul ediblər.

O, həmin şəxslərin başqa yerdə də spirtli içki qəbul etmələrini və bu səbəbdən zəhərlənmələrini istisna etmir.

pia.az 


Etiket: Məhkəmə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar