Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan Rusiyada hakimiyyət dəyişikliyi gözləyir, Azərbaycan isə hər ikisində...

“Artıq Ermənistanda Putinin getməsinə ümid edərək, post-Putin dövründə öz siyasətlərini ona uyğun qurmağa çalışırlar”.

Bu sözləri politoloq Nəzakət Məmmədova Ermənistanın yaxın perspektivdə Rusiya ilə bağlı siyasətini Qaynarinfo-ya şərh edərkən bildirib.

Ekspert bildirib ki, Rusiyanın siyasi elitasında münasibətlər kəskinləşməkdədir:

“Ermənilər Putinin getməyini gözləyir, Putin də Paşinyanın. Biz hər ikisinin. Lakin hər şey göründüyü kimi sadə deyil. Artıq Ermənistanda Putinin getməsinə ümid edərək, post-Putin dövründə öz siyasətlərini ona uyğun qurmağa çalışırlar. Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedyev xarici ölkələrin media və vətəndaş cəmiyyəti təşkilatları vasitəsilə Rusiyada destruktiv fəaliyyətini bir neçə gün əvvəl sərt tənqid edib. Putinin mühafizə xidməti əməkdaşının Kremldə intihar etməsi də daxili qarşıdurmanın təzahürü kimi qiymətləndirilir. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin ətrafında yeni siyasi qüvvələr cəmləşir. Hakimiyyət dəyişikliyi labüd olarsa, onlar hakimiyyəti ələ keçirməyi planlaşdırırlar. Şovinist millətçilərdən bəziləri, məsələn Krımın ilhaq edilməsinin ideya müəllifi, Tsarqrad layihəsinin rəhbəri, Baş Kəşfiyyat İdarəsinin Avropadakı bəzi avantüralarının iştirakçısı Konstantin Malofeev kimilərinin artıq Putinin keçmiş köməkçisi V.Surkovun ətrafında birləşməsi prosesi gedir. Malofeyev “Tsarqrad” partiyası yaradaraq orada “Donbas könüllülərini” toplayacağını bəyan edib. Bundan dərhal sonra Rusiya Federal Təhlükəsizlik Xidmətinin kurasiyasında olan İstintaq Komitəsi Malofeev barəsində araşdırmalara başlayaraq, onun Ukraynanın separatçı bölgələrindəki fəaliyyətini təhqiq etmək qərarına gəlib.

ABŞ-da Co Baydenin hakimiyyətə gəlməsindən sonra Putinin gedişinə hazırlıq işləri gedir. Rusiya dərin dövləti bu prosesi nəzarətdə saxlamaq üçün bütün gücünü səfərbər edir. Ehtimal olunur ki, ABŞ prezidenti seçilən Bayden Rusiyada demokratik, Qərbyönümlü qüvvələrə ciddi dəstək verəcək. Tsarqrad hətta Kommunist Partiyası ilə danışıqlara gedərək, Nikita Mixalkovun prezidentliyə namizədliyinə dəstək verəcəyini bəyan edib.

Həmçinin Dövlət Dumasına keçmiş prezidentlərin toxunulmazlığı haqda qanun layihəsinin göndərilməsi də bununla bağlı ola bilər. Layihəyə əsasən, keçmiş prezidentin toxunulmazlığı o vəzifədən getdikdən sonra da olduğu şəkildə qalacaq. Onu həbs etmək, evində axtarış aparmaq, istintaqa çağırmaq və s. qadağan edilir. Halbuki, indiki Rusiya qanunvericiliyi bu imtiyazların yalnız vəzifə başında olan prezidentlərə şamil edilməsini nəzərdə tutur.

Təbii ki, Ermənistan bu fürsətdən yararlanmağa çalışır. Ermənilərin bir hissəsi artıq Rusiyanı onlara xəyanət etməkdə ittiham edərək, Qərblə yaxınlaşmağa qərar veriblər. Onlar ABŞ, Fransa, Rusiya və Türkiyə arasında baş verən Qarabağ ziddiyyətlərindən istifadə edərək, Putin-Əliyev-Paşinyan razılaşmasının qüvvədən düşməsinə çalışırlar və Qərbin xalqların özmüqəddəratını təyinetmə prinsipini insan haqları və demokratiyanın bir hissəsi kimi yenidən gündəmə çıxarmaq, bu fonda status məsələsinə baxılmasına çalışırlar”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb - Yenilənib

Səfir: "Qırğızıstan Prezidentinin Azərbaycana səfərində 10-dan çox sənədin imzalanması planlaşdırılır"

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

Səudiyyə Ərəbistanının İranın İsrailə hücumlarının qarşısının alınmasında iştirakı təkzib edilib - Yenilənib

Ən çox oxunanalar