Cümə axşamı, 28 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Putinin dezinformasiya kampaniyasının “möhtəşəm qələbəsi” - Kapitoliyə hücumun pərdə arxası

İsrailin “Haaretz” qəzeti ABŞ-da Konqres binasına hücumu Rusiya prezidenti Vladimir Putinin rəhbərlik etdiyi dezinformasiya kampaniyasının “möhtəşəm qələbəsi” kimi qiymətləndirir.

Ötən il noyabrın 3-də ABŞ-da prezident seçkisi keçirilib. Ümumxalq səsverməsində Demokratlar Partiyasının namizədi Cozef Bayden 538 nəfərlik Seçicilər Kollegiyasına 306, Respublikaçılar Partiyasının namizədi Donald Tramp isə 232 nümayəndə qazanıb.

Dekabrın 14-də Seçicilər Kollegiyasında səsvermə də 306:232 səs nisbəti ilə Cozef Baydenin xeyrinə yekunlaşıb.

2021-ci il yanvarın 6-da Konqres səsvermənin yekununu təsdiqləməyə topalşıb. Lakin Donald Trampın bir qrup tərəfdarı Konqres binasına hücum çəkib. Onlar binanı ələ keçirərək səsvermə prosesini pozublar. İğtişaşlar zamanı bir neçə nəfər həlak olub, 50-dən çox adam həbs edilib.

Konqres seçkinin nəticəsini yalnız yanvarın 7-də təsdiqləyə bilib.

4 ildir ABŞ prezidenti postunu tutan və bu il yanvarın 20-də hakimiyyəti Cozef Baydenə təhvil verməli olan Donald Tramp ölkənin bir çox ştatında seçkinin nəticələrinin saxtalaşdırıldığını iddia edir. Eyni təbliğatı onun tərəfdarları da aparır.

Novator.az-ın məlumatına görə, “Haaretz” qəzeti yazır ki, əslində Trampın və onun tərəfdarlarının təbliğatı Rusiyanın apardığı geniş təbliğat kampaniyasının bir hissəsidir.

Harvard Universitetinin hüquq fakültəsinin professoru Yonxay Benkler “Haaretz”ə açıqlamasında deyib ki, Rusiya təbliğatının əsas məqsədi insanları həqiqətin mövcud olmadığına, dünyada hər şeyin mümkünlüyünə inandırmaqdır: “Bu təbliğatın istədiyi odur ki, biz daha  heç kimə etibar etməyək”.

Dezinformasiya cəhdlərini araşdıran “Rand” şirkətindən də qəzetə bildiriblər ki, Rusiyanın təbliğat kampaniyasının məqsədi ABŞ-da demokratıya institutlarını zəiflətmək, amerikalıların demokratik institutlara, demokratik dəyərlərə etibarını sarsıtmaqdır. Şirkətin gəldiyi qənaətə görə, Rusiya bu məqsədə nail olmaq üçün Trampdan sadəcə bir vasitə kimi yararlanıb.

“Haaretz” yazır ki, biz dezinformasiyanı sosial medianın yaratdığı problem, yeni bir problem kimi qəbul etməyə meylliyik. Amma Yonxay Benkler qəzetə deyib ki, Rusiyanın təbliğat kampaniyasında əsas rolu kütləvi informasiya vasitələri oynayıb, sosial şəbəkələr bu sırada ikinci yerdə durub.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“O mənim 10 milyon manat pulumu mənimsəyib” – “Şərurlu İsfəndiyar”  

Xankəndinin idarəetməsi zamanla Bakıya keçəcək

Polkovnik Tehran Mənsimov fəaliyyətini idarə rəisi vəzifəsində davam etdirir

Oqtay Əsədovun Sulutəpədəki villası – 4 hektar ərazidə tikilib – Fotolar

Nəcməddin Sadıkov Moskvada əməliyyat olundu – Həyati təhlükəsi var

O heykəl Haropla vurulub yerlə-yeksan edilməlidir! – Hüquq müdafiəçisi

Erməni mənbələri: Ermənistan hərbçiləri Qarabağdan çıxarılır

Ermənistan İranın Qarabağ planını niyə qəbul etməyib?

Vilayət Eyvazov Xalq artistinin polkovnik ərini işdən çıxardı 

Bu da Oqtay Əsədovun itləri - Sabiq spiker Türkanda tulaları üçün də çimərlik tikib - Video

Xanlar Vəliyevin “dəyişməz hədəf”i: Hərbi prokurorluq niyə xain generalları yox, qalib əsgəri əzir?

Tehran Mənsimov Şuşa əməliyyatından danışdı

Ən çox oxunanalar