Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qaçılmaz savaş - Dövlətlərin rəqəmsal süverenlik probleminin həlli varmı?..

Artıq ölkələrin rəqəmsal süverenlik məsələsi zamanımızın əsas probleminə çevrilir...

Siyasi şərhçi: “Dövlət əhəmiyyətli məlumatların rəqəmsal platformalarda istifadə olunmaması qərarı verilməlidir”.

“Bu gün kibertəhlükəsizlik bütün dövlətlər üçün ən aktual məsələlərdən biridir. Biz dəfələrlə görmüşük ki, dövlət qurumlarının, hətta hərbi məlumatlar oğurlanaraq yayımlanıb”.

Bu sözləri siyasi şərhçi Ərəstun Oruclu son günlər vatçapdan imtina hallarının artmasının səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi “WhatsApp” yanvarın 4-də “Məxfilik siyasəti”ni yeniləmiş və istifadəçilərinə yenilənmiş qaydaları qəbul etmələri üçün bildiriş göndərmişdi. Yeni şərtlərdə istifadəçilərin hesab məlumatlarının, mesajların əsas məzmununun, olduqları yer barədə məlumatların “Facebook”a aid şirkətlərlə paylaşılması irəli sürülüb. Bu yenilik yalnız Avropa Birliyi ölkələrinə şamil olunmayacaq.

Son günlər isə təhlükəsizlik məqsədi ilə məşhur çat şəbəkəsi “WhatsApp”dan imtina halları artmaqdadır. Hətta Türkiyə dövlət səviyyəsində vatçapdan imtina etdiyini açıqlayıb.

Artıq ölkələrin rəqəmsal süverenlik məsələsi zamanımızın əsas probleminə çevrilir. Hazırda rəqəmsal sferada dövlətlərin və şəxslərin informasiya təhlükəsizliyini necə dəyərləndirmək olar? Bu durumda Azərbaycanın rəqəmsal suvernliyini təmin etmək üçün feysbuk, tvitter, vatçap kimi qlobal sosial şəbəkəlrdən imtina etməsinə ehtimal vermək olarmı?

Rəqımsal süvernliklə bağlı ortaya çıxan beynəlxalq problemləri PİA.az-ın əməkdaşı siyasi şərhçi və təhlükəsizlik üzrə mütəxəssis Ərəstun Oruclu ilə müzakirə edib.

Ərəstun Oruclu: “Pandemiya dövründə rəqəmsal texnologiya və onlardan yararlanan şirkətlər önə çıxdılar”.

Əvvələr də Facebook sosial şəbəkəsində istifadəçilərin şəxsi məlumatlarının hakerlər tərəfindən ələ keçirilməsi, hansısa bir şirkətə satılması kimi məlumatların üzə çıxdığını xatırladan ekspert PİA.az-a bildirib ki, hətta ABŞ Konqresində bununla bağlı dinləmələr də keçirilmişdi:

“ “WhatsApp” ətrafında yarananlar şəxsi informasiyaları kommersiya məqsədləri ilə Facebook sosial şəbəkəsi ilə bölüşməsindən irəli gələn ajiotajdır. Ümumiyyətlə tək bu deyil, əvvələr də Facebook sosial şəbəkəsində istifadəçilərin şəxsi məlumatlarının hakerlər tərəfindən ələ keçirilməsi, hansısa bir şirkətə satılması kimi məlumatlar üzə çıxmışdı. Hətta ABŞ Konqresində bununla bağlı dinləmələr də keçirilmişdi.

Nə qədər ki, rəqəmsal texnologiyalar inkişaf edir və gələcəyin rəqəmsal texnologiyaların üzərində qurulacağına görə bu kimi hallarla çox qarşılaşacağıq. Xüsusilə pandemiya dövründə rəqəmsal texnologiya və onlardan yararlanan şirkətlər önə çıxdılar. Bu gün faktiki olaraq dünyada proseslərin böyük bir hissəsi, hətta iqtisadiyyatın da böyük hissəsi rəqəmsal texnologiyalar üzərində qurulmuş platformalar vasitəsilə həyata keçirilir. Belə olan halda da oradan şəxsi informasiyaların oğurlanması, onların satılması, başqa məqsədlərlə istifadə olunması qaçılmazdır. Bir sıra hallarda şirkətlər sırf kommersiya məqsədi ilə həmin məlumatları satmaqla da məşğul olurlar. Məsələn ABŞ-da bu çox geniş yayılmış praktikadır və demək olar ki, qarşısını almaq qeyri-mümkündür.

Ərəstun Oruclu: “Burada kibertəhlükəsizliyinin təmin olunması üçün müəyyən texnoloji proqramların, rəqəmsal platformaların yaradılması mümükün yol ola bilər”.

Bu gün kibertəhlükəsizlik bütün dövlətlər üçün ən aktual məsələlərdən biridir. Biz dəfələrlə görmüşük ki, dövlət qurumlarının, hətta hərbi məlumatlar oğurlanaraq yayımlanıb. Amma həmin platformalardan imtina etmək problemi həll etmir. Burada kibertəhlükəsizliyinin təmin olunması üçün müəyyən texnoloji proqramların, rəqəmsal platformaların yaradılması mümükün yol ola bilər. Özünə qapanmaqla, təcrid oıunmaqla problemi həll etmək mümkün deyil.

Hətta imtina da problemi həll etmir. Çünki dəfələrlə gördük ki, istər saytların bloklanması, istərsə də sosial şəbəkələrə məhdudiyyətlərin qoyulması istənilən effekti vermir. Buna görə də bu çıxış yolu deyil. Burada maarifləndirmə aparılmalıdır. Dövlət qurumlarında işləyən insanlar isə müəyyən platformalardan imtina etməli olacaqlar.

Düşünürəm ki, dövlət əhəmiyyətli məlumatların rəqəmsal platformalarda istifadə olunmaması qərarı verilməlidir. Həmçinin də haker hücumlarının qarşısını alan proqramlar tətbiq olunmalıdır. Belə proqramlar var. Amma bu proqramlar hər ölkə üçün əlçatan deyil”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar