Bazar ertəsi, 12 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

“Euractiv”: Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi Qafqazda sülh olacağına ümid verir

Ermənistan, AzərbaycanRusiya liderlərinin 2020-ci il 10 noyabr tarixli İkinci Qarabağ Müharibəsinin yekunlarına dair üçtərəfli bəyanatı Azərbaycan ərazilərinin işğalına son qoyub, beləliklə, bölgədə sülh təşəbbüslərinin həyata keçirilməsi üçün imkanlar pəncərəsi açıb.

PİA.az xəbər verir ki, bu barədə “Euractiv”də dərc olunan analitik məqalədə deyilir.

Qeyd olunub ki, bu münaqişənin həlli və üçtərəfli bəyanatda regiondakı bütün nəqliyyat və kommunikasiya əlaqələrinin açılması ilə bağlı yer alan çağırış iqtisadi, siyasi və sosial hadisələrin qapalı dairəsini hərəkətə keçirmək üçün, həqiqətən də, misilsiz şansdır.

Ermənistanı təşəbbüsə qoşulmağa dəvət edən Azərbaycan Prezidenti İlham Əliyev əlavə edib: “Əgər Ermənistan rəhbərliyi müharibədən düzgün nəticələr çıxararsa, əsassız iddialarından əl çəkib gələcəyə baxarsa, o zaman onlar da bu platformada yer ala bilərlər. Biz bunun üçün açığıq... Bu səhifəni çevirməliyik; düşmənçiliyə son qoymalıyıq”, - müəllif Azərbaycan dövlət başçısının müraciətini xatırladıb və regional əməkdaşlıq formatının Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən də dəstəkləndiyini vurğulayıb.

Məqalədə həmçinin qeyd olunur ki, bölgənin iqtisadi blokdan çıxarılmasının Ermənistanın özü üçün böyük əhəmiyyətinə baxmayaraq, İrəvanda heç də hamı bu fikrə loyal yanaşmır, orada daha çox daha çox silahlanmağa və Azərbaycana qarşı yeni müharibəyə hazırlaşmağa çağıran revanşist siyasi qruplar üstünlük təşkil edir, üstəlik, Ermənistanın sülh platformasında iştirakını istisna etməyənlər də var.

“İşğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsi, münaqişənin Azərbaycan tərəfindən rəsmən “həll edilmiş” kimi tanınması və Ermənistanın dövlət sərhədlərinin Sovet İttifaqı dövründə olduğu kimi bərpasına razılığı hər iki ölkənin uzun müddət davam edən düşmənçiliyi geridə qoyacağına, ticarət, sosial və diplomatik münasibətlərin bərpa olunacağına, eləcə də Qafqazda sülhün bərqərar olmasına dair ümid yaradır”, - deyə məqalə müəllifi fikrini tamamlayıb.

pia.az


Etiket: Euractiv

Şərh yazın.


Digərxəbərlər

Populyar xəbərlər

Qubada axundla intim videosu yayılan qadın niyə hakim önünə çıxarılır?

Azərbaycanda bir milyardlıq kriminal: Bu işdə kimlərin əli var?

Seks qalmaqalı: dünyadakı ən təsirli silahı Azərbaycana kimlər gətirdi...

Adnan Oktar həbsxanada tanınmaz hala düşüb - Foto

“Yeddi oğul istərəm” filminə çəkildiyinə görə peşman olub ağlayan Xalq artisti...

“Ya bizi Rusiyaya birləşdir, ya dövlət kimi tanı...”

“Tərtər işi”: söylənənlər, işgəncələr, həqiqətlər… - Video

“Ya bizi Rusiyaya birləşdir, ya dövlət kimi tanı...” 

Nailə Əsgər-zadə ilə Sobçak arasında qalmaqal

Lavrovu kimin əvəz edəcəyi bilindi - Putin komandasında nə baş verir?

Elmira Axundova Kiyevə çatar-çatmaz 250 min manata maşın alıb - Fotolar

“Pensiya yaşı 60 yaş hesablanmalıdır” – Təşəbbüs

Ən çox oxunanalar