Cümə axşamı, 28 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

“Qars müqaviləsi”nin müddəti sona çatır - Ermənilərin 100 ildir xəyal etdikləri “Böyük Ermənistan” mifi də öz ömrünü bitirir...

Ermənilər belə bir təbliğat aparmaqda davam edirlər ki, 2021-ci ildə onlar Türkiyədən ərazi tələb etmək üçün hüquqi əsasa sahib olacaqlar. Bəs onların belə bir əsası varmı?

Politoloq: ““Qars müqaviləsi”nin vaxtının bitməsi o torpaqların Türkiyəyə birləşdiriləcəyi demək deyil. Çünki Ermənistanı BMT başda olmaqla dünya dövlətləri məhz bu ərazilər çərçivəsində tanıyıb”.

““Qars müqaviləsi”nin bitməsi dövlətlər arasında münasibətlərdə xüsusi rol oynamır. Əksinə düşünürəm ki, bu gün Qarabağ müharibəsi və bu müharibənin Azərbaycan ordusunun qalibiyyəti ilə bitməsi daha çox rol oynayır”.

Bu sözləri politoloq Natiq Miri “Qars müqaviləsi”nin vaxtının bitməsindən sonra yaranacaq vəziyyətin gedişini PİA.az-a şərh edərkən qeyd edib.

Bu ilin mart ayında 1921-ci ildə Türkiyə, Azərbaycan, Gürcüstan və Ermənistan arasında imzalanmış “Qars müqaviləsi”nin vaxtı bitir. Məlumat üçün bildirək ki, “Qars müqaviləsi” 13 oktyabr 1921-ci ildə Qarsda imzalanıb. Bundan əvvəl isə 1921-ci il martın 16-da Sovet Rusiyası ilə Türkiyə arasında“Moskva sazişi” imzalanmışdı. Sazişə əsasən Türkiyənin Şərqdə indiki sərhədləri formalaşmışdı. “Moskva sazişi” əsasında isə Türkiyə, Azərbaycan, Gürcüstan və Ermənistan arasında “Qars müqaviləsi” imzalanmış və bu müqaviləyə əsasən də Türkiyə Naxçıvanın təhlükəsizliyinin qarantı olmuş və Naxçıvan Azərbaycan ərazisi olaraq tanınmışdı. Lakin Naxçıvanın Azərbaycanla quru sərhədi olmadığından əraziyə muxariyyət verilmişdi.

Qeyd edək ki, ermənilərə görə bu ilin mart ayında “Qars müqaviləsi” hüquqi gücünü itirir. Yalnız RusiyaMoskva sazişi”ni uzatmaq üçün müraciət edərsə, onda saziş öz qüvvəsində qala bilər. Ermənilər arasında belə bir mif gəzir ki, “Qars müqaviləsi” bitdikdən sonra Naxçıvan və Şərqi Anadolu Ermənistanın ərazisi olacaq. Xatırlaadq ki, məhz bu səbəblə Ermənistan konstitutsiyasında Türkiyənin Şərqi Anadoludakı bəızi vilayətləri Ermənistan ərazisi olaraq göstərilir. Ermənilər sadəlövhcəsinə ümid edirdilər ki, “Qars müqaviləsi”nin vaxtı bitdikdən sonra, onlar hüquqi cəhətdən Türkiyədən ərazi iddia edə biləcəklər.

Xatırladaq ki, həmin vaxt Türkiyə də Rusiya qarşısında Ermənistan torpaqlarına iddia edirdi və bu torpaqları öz sərhədləri daxilində görürdü və indiki sərhədlər məhz Atatürklə Lenin arasında əldə olunmuş kompramiss razılama əsasında formalaşıb.

Bəs bu 100 illik mifin arxasında nə dayanır?

Əslində “Moskva sazişi” 25 illik müddətə bağlanmışdı və 1946-cı ildə bu saziş öz gücünü itirib. “Moskva sazişi” öz hüquqi gücünü itirdiyinə görə eyni vəziyyət avtomatik olaraq “Qars müqaviləsi”nə də şamil olunur. Yəni hər iki saziş çoxdan öz ömrünü başa vurub. Lakin buna baxmayaraq ermənilər belə bir təbliğat aparmaqda davam edirlər ki, 2021-ci ildə onlar Türkiyədən ərazi tələb etmək üçün hüquqi əsasa sahib olacaqlar.

Əslində eyni əsaslarla da Türkiyə Cənubi Qafqazda müəyyən torpaq iddialarına sahibdir.

Bəlkə də tarixin ironiyasıdır ki, ermənilər məhz 2020-ci ildə böyük məğlubiyyətə uğradılar və bu məğlubiyyət əslində onların “Böyük Ermənistan” xülyalarının üzərindən xətt çəkdi. 44 günlük müharibə ermənilərə bir həqiqəti də açıq şəkildə çatdırdı ki, onların Cənubi Qafqazda kiçik bir dövlətə sahib olmaları üçün qonşuları ilə, xüsusən də Azərbaycan və Türkiyə ilə normal münasibətlərə sahib olmalarından asılıdır. Əks təqdirdə doğrudan da ermənilər “Böyük Ermənistan” deyil, “Kiçik Ermənistan”ı da bir dəfələik itirə bilərlər. Bir çox erməni faşist millətçilərinin səs-küy salmalarına baxmayaraq, hesab etmək olar ki, erməni xalqı bu həqiqəti başa düşməkdədir. Əks təqdirdə Nikol Paşinyan çoxdan devrilər və onun yerinə Njde kimi faşist təxəyyülü biri gələrdi. Görünür ki, ermənilərin ideoloji zəhər yayan beyinlərindən (bura erməni ziyalıları, erməni kilsəsi, erməni diasporu və erməni siyasətçiləri aiddir) fərqli olaraq 44 günlük müharibənin yükünü çiyinlərində daşıyan erməni xalqı bunu daha yaxşı başa düşür...

Ermənilərin süni şəkildə yaratdıqları “Qars müqaviləsi” və “Böyük Ermənistan” mifini PİA.az-ın əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “Qars müqaviləsinin bitməsi Türkiyəyə Ermənistan üstündən müəyyən üstünlüklər verir ki, bu da qeyri - ixtiyari olaraq Ermənistan üzərində müəyyən basqılar və təzyiq mexanizmi yaradır”.

Bu gün Türkiyənin birmənalı olaraq Ermənistana ərazi iddiasının da mövcud olmadığını vurğulayan politoloq bildirib ki, əksinə bu gün Ermənistanın Türkiyəyə müəyyən torpaq və ərazi iddiaları mövcuddur:

““Qars müqaviləsi”nin vaxtının bitməsi, o torpaqların Türkiyəyə birləşdiriləcəyi demək deyil. Çünki bildiyimiz kimi Ermənistanı BMT başda olmaqla dünya dövlətləri məhz bu ərazilər çərçivəsində tanıyıb. Həmçinin bu gün Türkiyənin birmənalı olaraq Ermənistana ərazi iddiası da mövcud deyil. Yəni Türkiyənin xarici siyasətində bu məsələ prioritet olaraq durmur. Əksinə bu gün Ermənistanın Türkiyəyə müəyyən torpaq və ərazi iddiaları mövcuddur. Buna görə də “Qars müqaviləsi”nin bitməsi Türkiyəyə Ermənistan üstündən müəyyən üstünlüklər verir ki, bu da qeyri - ixtiyari olaraq Ermənistan üzərində müəyyən basqılar və təzyiq mexanizmi yaradır.

Üstəlik Qarabağ məğlubiyyətindən sonra Ermənistanda əgər həqiqətən də ağıllı siyasət adamları varsa, artıq onlar anlamalıdır ki, Ermənistan dənizdən dənizə xülyasından vaz keçməli və qonşu ölkələrlə əməkdaşlıq çərçivəsində öz ölkəsini inkişaf etdirməlidir. Buna görə də düşünmürəm ki, “Qars müqaviləsi” bitəndən sonra bu məsələ ciddi şəkildə aktullaşsın.

Amma 2023-cü Türkiyədə Rəcəb Tayyib Ərdoğan yenə də prezident seçiləcəksə, bu məsələ perspektivdə yenidən nəzərdən keçirilə bilər. Çünki Türkiyənin 10 illiklərlər bağlı strategiyası var. Bu strategiya 2023-2053 və 2072 hədəfləri daxildir. Hədəflər çərçivəsində ola bilsin ki, bu məsələyə yenidən qayıdıla bilsin. Amma 2023-cü ilə qədər bu məsələnin qaldırılacağını düşünmürəm.

Natiq Miri: “Əslində dünənki Moskva görüşündə alınan qərarları məhz bu altılıq platforması çərçivəsində atılan addım kimi dəyərləndirmək lazımdır”.

“Qars müqaviləsi”nin bitməsi dövlətlər arasında münasibətlərdə xüsusi rol oynamır. Əksinə düşünürəm ki, bu gün Qarabağ müharibəsi və bu müharibənin Azərbaycan ordusunun qalibiyyəti ilə bitməsi daha çox rol oynayır. Çünki Qarabağ müharibəsində sonra Türkiyə prezidenti Ərdoğanın təşəbbüsü ilə altılıq əməkdaşlıq platforması ortalığa atıldı. Bu da regiona sülh gəlməsi və regionun iqtisadi cəhətdən inkişafına yönəlik bir təklif, təşəbbüsdür.

Əslində dünənki Moskva görüşündə alınan qərarları məhz bu altılıq platforması çərçivəsində atılan addım kimi dəyərləndirmək lazımdır. Doğrudur 10 noyabr bəyanatının axırıncı bəndində komunikasiya xəttlərinin açılması nəzərdə tutulurdu. Ancaq yenə də düşünürəm ki, Türkiyənin təklif etdiyi altılıq platforması ilə regiona sülh təklif edilir. Bu çərçivədə hər təfəfin qazanması nəzərdə tutulur ki, bu da hər bir region ölkəsinin mənafeyinə uyğun bir davranışdır.

Natiq Miri: “Düşünmürəm ki, “Qars müqaviləsi”nin bitməsi kontekstində Ermənistan Türkiyə qarşı ərazi iddiasına ortaya qoyacaq. Hesab edirəm ki, Türkiyə Ermənistana qarşı ərazi iddiasında olmayacaq”.

Əgər regionda sülh olarsa, əlbəttə ki, iqtisadi çiçəklənmə də olar. Bu da Ermənistan kimi cırtdan bir ölkənin indiki iqtisadi böhran vəziyyətində situasiya ədan çıxmasına yollar açır. Buna görə də bu gün münasiblərin gərginləşməsindən yox, yeni münasibətlərin, sərhədlərin açılmasından söhbət gedə bilər. Moskva görüşünün nəticələri də bunu diqtə edir.

Kommunikasiya xətlərinin açılması, Mehri dəmir yol xəttinin, eyni zamanda boru yolunun açılmasıdır. Ermənistan da məcbur olaraq bu lahiyələrə qoşulacaq. Çünki Ermənistanın başqa yolu yoxdur və bu layihələr onlara böyük perspektivlər vəd edir. Bu da bütün region ölkələrinin mənafeyi uyğun davranışdır. Buna görə də düşünmürəm ki, “Qars müqaviləsi”nin bitməsi kontekstində Ermənistan Türkiyə qarşı ərazi iddiasını ortaya qoyacaq. Hesab edirəm ki, Türkiyə Ermənistana qarşı ərazi iddiasında olmayacaq”.

Nərminə UMUDLU

pia.az




Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“O mənim 10 milyon manat pulumu mənimsəyib” – “Şərurlu İsfəndiyar”  

Xankəndinin idarəetməsi zamanla Bakıya keçəcək

Polkovnik Tehran Mənsimov fəaliyyətini idarə rəisi vəzifəsində davam etdirir

Oqtay Əsədovun Sulutəpədəki villası – 4 hektar ərazidə tikilib – Fotolar

O heykəl Haropla vurulub yerlə-yeksan edilməlidir! – Hüquq müdafiəçisi

Nəcməddin Sadıkov Moskvada əməliyyat olundu – Həyati təhlükəsi var

Erməni mənbələri: Ermənistan hərbçiləri Qarabağdan çıxarılır

Ermənistan İranın Qarabağ planını niyə qəbul etməyib?

Vilayət Eyvazov Xalq artistinin polkovnik ərini işdən çıxardı 

Bu da Oqtay Əsədovun itləri - Sabiq spiker Türkanda tulaları üçün də çimərlik tikib - Video

Tehran Mənsimov Şuşa əməliyyatından danışdı

Xanlar Vəliyevin “dəyişməz hədəf”i: Hərbi prokurorluq niyə xain generalları yox, qalib əsgəri əzir?

Ən çox oxunanalar