Cümə axşamı, 21 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Azərbaycanda bərpa olunan enerjiyə beynəlxalq dəstək göstəriləcək

Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB) Azərbaycanda bərpa olunan enerjinin inkişafına dəstək verməyə hazırdır.

“Report” “Daily Research Chronicle”ə istinadən xəbər verir ki, daha çox Bolqarıstanda əldə edilən təcrübədən Azərbaycanda da bəhrələnmək nəzərdə tutulur. İlk olaraq da müvafiq tənzimləmə məsələlərinə diqqət yetiriləcək.

“İdarəetmədə səlahiyyətlərin paylaşılması bu sahədəki bir təchizatçının hökmranlığına son qoyaraq inhisarçılığı aradan qaldırmağa kömək edəcək. Həmçinin bərpa olunan enerjinin çevikliyi sayəsində yeni kadrları üzə çıxarmaq mümkün olacaq. Həmin mütəxəssislər enerji sektorunun başqa sahələrini də inkişaf etdirə bilər”, – deyə bankın açıqlamasında bildirilir.

Hazırda BSTDB tərəfindən Azərbaycana 39 layihə üçün ayrılmış kreditlərin məcmu məbləği 437 milyon avrodur. Bunun 34,82 %-i enerji sektorunun payına düşür. Ayrılan kreditlərin sonuncusu 2019-cu ilin dekabr ayında “SOCAR AQŞ”yə BSTDB-nin üzv ölkələrindən sənaye avadanlığı idxalı üçün 20 milyon avro məbləğində ayrılmışdı. Bununla yanaşı, 2019-cu ildə “SOCAR Trading S.A.” üçün Türkiyədəki STAR neftayırma kompleksi üçün Rusiyadan “Urals” markalı neft satın almaq məqsədilə 50 milyon ABŞ dolları həcmində kredit ayrılıb.

Həmçinin 2015-ci ildə “Şahdəniz” layihəsinin ikinci mərhələsini maliyyələşdirmək məqsədilə “LUKoil Overseas Shah Deniz Ltd”yə 60 milyon ABŞ dolları ayrılıb. Həmin layihəyə "Şahdəniz"də iki dəniz platformasının tikilərək körpü ilə birləşdirilməsi, Səngəçal terminalının genişləndirilməsi, Cənubi Qafqaz boru kəmərinin Türkiyə-Gürcüstan sərhədinədək uzadılması daxil idi.

Qeyd edək ki, BSTDB Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 11 üzv ölkəsini birləşdirir. Nizamnamə kapitalı 3,45 milyard avro olan bankın kapitalında Türkiyə, Yunanıstan və Rusiya 16,5 %, Rumıniya 14 %, Ukrayna və Bolqarıstan 13,5 %, Azərbaycan 5 %, Albaniya 2 %, Ermənistan 1 %, Gürcüstan və Moldova 0,5 % paya malikdir. BSTDB-nin “S&P” reytinqi “A”, “Moody”s” reytinqi də “A2”-dir.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Əgər belə olsa, biz Dağlıq Qarabağ üzərində suveren hüquqlarımızı bərpa edə bilməyəcəyik”

Politoloq: Qazaxın ermənilərdə olan 7 kəndi Azərbaycana qaytarıldı - Siyahı

Putinin milyardlıq sarayı üzə çıxdı - Fotolar

Mehri dəhlizi açılsa, İrana və Ermənistana embarqo...

“Yanvarın 20-də Bakıdakı qurbanları yad etdim” - Paşinyan

Siyavuş Novruzov: “Karyerdə daş atıb, 10 manat alırdım”

Ordumuzun Qars təliminə İrəvanın “cavabı”..

Paşinyanın nümayəndələrinin Xankəndiyə yenidən səfərlərinin əsas məqsədi...

Ağ Evdə gedən “qan davası”nın arxasında hansı mafiya şəbəkəsi var?

Ən çox oxunanalar