Cümə axşamı, 21 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

ABŞ dolları qısamüddətli ucuzlaşmadan sonra yenidən bahalaşıb

Bu gün səhər hərraclarında qlobal maliyyə bazarında qısa müddətə ucuzlaşmış ABŞ dolları günorta saatlarında yenidən avro və yapon yeni qarşısında bahalaşıb.

PİA.az “Report”-a istinadən xəbər verir ki, USD/EUR nisbəti 1,2207-dən 1,2185-ə düşüb, JPY/USD nisbəti isə 103,75-dən 103,88-ə çatıb.

ABŞ dollarının 6 başlıca ticarət tərəfdaşı olan ölkələrin pul vahidlərinə qarşı məcmu məzənnəsi, yəni dollar indeksi isə 0,05 bənd artaraq 90,14 bəndə yüksəlib.

Ekspertlərin fikrincə, ötən ay ABŞ-da illik inflyasiya 1 faiz bəndi artaraq 1,3 faizə, aylıq inflyasiya isə 0,2 faiz bəndi artaraq 0,4 faizə çatıb. Üstəlik dövlət istiqrazlarına maraq azalıb, onların illik gəlirliliyi son 10 ayın maksimum həddi olan 1,138 %-dən 1,122%-ə qədər geriləyib. Bütün bunlar isə dolların məzənnəsinin zəifləməsinə əsas verir.

Mütəxəssislər dolların ən etibarlı aktiv kimi ənənəvi əhəmiyyətini getdikcə itirəcəyini düşünür. “Dünya iqtisadiyyatının dirçəlməsi ehtimalı qaldıqca dolların ucuzlaşma meylinin də qalacağını hesab edirik”, – “UBS Global Wealth Management”in baş sərmayə direktoru Mark Haefele bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Əgər belə olsa, biz Dağlıq Qarabağ üzərində suveren hüquqlarımızı bərpa edə bilməyəcəyik”

Politoloq: Qazaxın ermənilərdə olan 7 kəndi Azərbaycana qaytarıldı - Siyahı

Putinin milyardlıq sarayı üzə çıxdı - Fotolar

Mehri dəhlizi açılsa, İrana və Ermənistana embarqo...

Siyavuş Novruzov: “Karyerdə daş atıb, 10 manat alırdım”

“Yanvarın 20-də Bakıdakı qurbanları yad etdim” - Paşinyan

Ordumuzun Qars təliminə İrəvanın “cavabı”..

Paşinyanın nümayəndələrinin Xankəndiyə yenidən səfərlərinin əsas məqsədi...

Ağ Evdə gedən “qan davası”nın arxasında hansı mafiya şəbəkəsi var?

Ən çox oxunanalar