Şənbə, 16 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Keçən ilin ÜDM-də 4,3% azalma... - 2021-ci ildə də  azalma davam edəcək?

Pandemiyanın Azərbaycan iqtisadiyyatına təsirləri əsasən hansı sahələri əhatə edir və nikbinlik üçün əsaslar varmı?..

İqtisadçı-ekspert: “2021-ci ilə biz fərqli formada, yəni kiçilmiş iqtisadiyyat ilə daxil olduq”.

“Burada fasilələrin yaranmasını və problemlərin ortaya çıxmasını şərtləndirən əsas faktor hərəkətin məhdudlaşdırılması ilə bağlı qəbul edilən qərarlardır”.

Bu sözləri iqtisadçı-ekspert Rəşad Həsənov 2020-ci ildə Azərbaycanın ümumi daxili məhsulunun həcmi 2019-cu il ilə müqayisədə 4,3% azalmasının səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

2020-ci ildə Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) həcmi 2019-cu il ilə müqayisədə 4,3% azalaraq 72 432,2 mln. manat təşkil edib. Hesabat dövründə qeyri-neft ÜDM-i 2,6% azalaraq 50 792,5 mln. manata enib.

Əhalinin hər nəfərinə düşən ÜDM 7 262,8 manata bərabər olub və bu göstərici 2019-cu ilin eyni dövrü ilə müqayisədə 5% azalıb.

Azalmanın əsas səbəbi təbii ki, pandemiyadır. Bəs 2021-ci ildə də bu azalma davam edəcək? Ümumiyyətlə pandemiyanın Azərbaycan iqtisadiyyatına təsirləri əsasən hansı sahələri əhatə edir və nikbinlik üçün əsaslar varmı?

İqtisadiyyatın gələcək inkişaf parametrlərini PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Rəşad Həsənov ilə müzakirə edib.

Rəşad Həsənov: “Hökumət qəbul etdiyi qərarlarda tamamilə fərqli parametrləri nəzərə almalıdır”.

Hökumət 2020-ci ilin mart və may ayında sərgilədiyi davranışları davam etdirərsə, çox ciddi çətinliklərlə üzləşmiş olacağımızı proqnoz edən ekspert PİA.az-a bildirib ki, bunun üçün hökumət müəyyən qədər iqtisadi sferada aktivliyin təmin edilməsini şərtləndirən bir mühit formalaşdırmalıdır:

“Bir məsələni nəzərə almaq lazımdır ki, 2021-ci ilə biz fəqli formada, yəni kiçilmiş iqtisadiyyat ilə daxil olduq. 2021-ci ilin iqtisadiyyatı biz başlanğıc baza müqayisə iqtisadiyyatı 2019-cu ilin 4/3 faiz kiçilməsi formasıdır. Buna görə də baza ssenarisi üzrə aparılan hesablamalara görə hökumət 3/4 faiz artım proqnozlaşdırır. Dünya Bankı və Beynəlxalq Valyuta Fondu kimi qurumlar da artım proqnozlaşdırır. Düzdür onlar hökumət qədər nikbin deyillər.

Məsələ ondan ibarətdir ki, bu artımı formalaşdıracaq əsas faktor məhz pandemiyanın təsirlərinin nə zaman aradan qalmasıdır. Artımın həcmi əsasən bu amildən asılı olacaq. 2020-ci il iqtisadiyyatına baxanda görürük ki, turizm, iaşə dövriyyəsi və s. sahələrdə azalma müşahidə olunub. Məsələn turizm sektoru 60 faizə yaxın, iaşə dövriyyəsi də iki dəfəyə yaxın kiçilib. Həmçinin parakəndə ticarətdə, tikinti sektorunda də azalma var.

Burada fasilələrin yaranmasını və problemlərin ortaya çıxmasını şərtləndirən əsas faktor hərəkətin məhdudlaşdırılması ilə bağlı qəbul edilən qərarlardır. 2021-ci ildə isə biz həm bu faktorla, həm də yoxsul sahibkarlıq subyekti və itirilmiş istehlak qabiliyyəti ilə daxil olduq. 2020-ci ildə həm vətəndaş, həm də sahibkar daha imkanlı və dayanıqlı idi. Çünki müəyyən qədər yığımları var idi. Amma bütün bunları davam edən müddətdə itirdiyimizə görə çox həssas bir dövr başlayır. Hökumət qəbul etdiyi qərarlarda tamamilə fərqli parametrləri nəzərə almalıdır.

Rəşad Həsənov: “Qəbul edilən karantin qaydaları bir çox hallarda məntiqsiz olur”.

Hökumət 2020-ci ilin mart və may ayında sərgilədiyi davranışları edərsə, çox ciddi çətinliklərlə üzləşmiş olacağıq. Buna görə də hökumət müəyyən qədər iqtisadi sferada aktivliyin təmin edilməsini şərtləndirən bir mühit formalaşdırmalıdır. Hərəkətin məhdudlaşdırılması, biznesin fəaliyyətinin dayandırılması qərarlarından mümkün qədər qaçmaq lazımdır. Həmçinin bu sərhədlərin açılmasına da aiddir. Standartlar müəyyən edilsin və o standartlara əməl edilməsi ilə bağlı nəzarət tədbirləri həyata keçirilsin. Beləliklə də sahibkarlar fəaliyyət göstərsin.

Qəbul edilən karantin qaydaları bir çox hallarda məntiqsiz olur. Yəni 3-5 nəfərin olduğu müəssisə fəaliyyət göstərə bilmir, amma yüzlərlə adamın daxil olduğu parakəndə ticarət müəssisələri fəaliyyət göstərir. Bu yanaşmalar da aradan qalxmalıdır.

Rəşad Həsənov: “Əsas dəstək turizm sektoruna olacaq. Çünki turizm sektorunun bazası çox kiçilib”.

Düşünürəm ki, əsas dəstək turizm sektoruna olacaq. Çünki turizm sektorunun bazası çox kiçilib. Bu böyümə 2021-ci ildə müəyyən qədər ÜDM-in artımını dəstəkləyən əsas faktor kimi çıxış edəcək. Amma təbii ki, digər sektorlarda da artımın olması gözləniləndir. Xüsusilə Qarabağda gedəcək abadlıq işləri ilə bağlı tikinti sektorunda artım gözlənilir.

Amma bir daha qeyd edim ki, burada əsas təsir edici amil pandemiyanın davam etmə müddəti, prosesin necə idarə edilməsi, pandemiyadan çıxış prosesinin necə həyata keçirilməsi, dünya bazarında neftin qiymətinin hansı dinamika nümayiş etdirməsidir”.

Nərminə UMUDLU
pia.az


Etiket: ÜDM


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Ramiz Mehdiyevin vəzifədən azad etdiyi direktor danışdı

Bakıda qar yağacaq, çovğun olacaq, yollar buz bağlayacaq

“Əminəm ki, Polad gəlib atasının evini bərpa edəcəkdir” - Prezident

Rayonlara gediş-gəlişə qoyulan qadağa ləğv olunur

“Paşinyan Putinin ayaqqabılarını yalayaraq canını qurtardı” - Qabrelyanov

Vilayət Eyvazov bu idarəyə yeni rəis təyin etdi

Operatib Qərargahdan məktəblərlə bağlı açıqlama

Prezidentin Şuşaya yanvarın 14-də səfər etməsi təsadüfi deyil - Mistik numerologiya

loading...

Ən çox oxunanalar