Cümə axşamı, 28 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

İlqar Abbasov bir neçə şəhid ailəsini və qazini qəbul edib - Şirvanda

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabrın 27-sində başlayan və cəmi 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu düşməni diz çökdürdü, torpaqlarımızı işğalçılardan təmizlədi, ərazi bütövlüyümüzü bərpa etdi.

Şirvan şəhərinin igid, mərd, cəsur oğulları da torpaqlarımızın ərazi bütövlüyünün bərpa olunması uğrunda aparılan Vətən müharibəsində böyük şücaət və əsl qəhrəmanlıq nümayiş etdirdilər.

Şirvan Şəhər İcra Hakmimiyyəti Vətən oğullarının xatirəsini əziz tutmağı, onların ailələrinə qayğı göstərməyi, sahib çıxmağı gündəlik vəzifəsi bilir, hər bir şəhid ailəsinə və qaziyə xüsusi həssaslıqla yanaşır, onları qəbul edir, problemlərini dinləyir, həll olunması üçün aidiyyəti üzrə tapşırıqlarını verir. Şəhər İcra Hakimiyyətində yaradılan işçi qrupları şəhid ailələri və qazilərin sosial problemləri ilə bağlı onlarla müntəzəm əlaqə saxlayır.

Bu gün bir neçə şəhid və qazi ailəsini qəbul edən şəhər Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidlərimizin ailələrinə başsağlığı verib, Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizin hər zaman qəlbimizdə əbədi yaşayacağı qeyd edib, Vətən müharibəsində iştirak edənlərə xidməti vəzifələrini ləyaqətlə yerinə yetirdikləri üçün təşəkkür edib.

Qəbul zamanı dövlətimiz tərəfindən şəhidlərimizin, yaralılarımızın, hərbçilərimizin ailələrinə göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirən ailələr ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident hörmətli Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Daha sonra onları narahat edən məsələlər İcra başçısı İlqar Abbasov tərəfindən dinlənilib, araşdırılıb həll olunması üçün nəzarətə götürülüb.

İcra Hakimiyyətinin başçısı hər zaman olduğu kimi, bundan sonra da şəhidlərimizin xatirəsinin əziz tutulacağını, şəhid ailələrinə və qazilərə göstərilən diqqətin, qayğının bundan sonra da davam etdiriləcəyini qeyd edib.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“O mənim 10 milyon manat pulumu mənimsəyib” – “Şərurlu İsfəndiyar”  

Xankəndinin idarəetməsi zamanla Bakıya keçəcək

Polkovnik Tehran Mənsimov fəaliyyətini idarə rəisi vəzifəsində davam etdirir

Oqtay Əsədovun Sulutəpədəki villası – 4 hektar ərazidə tikilib – Fotolar

Şuşaya təyin edilən xüsusi nümayəndə kimdir?

O heykəl Haropla vurulub yerlə-yeksan edilməlidir! – Hüquq müdafiəçisi

Erməni mənbələri: Ermənistan hərbçiləri Qarabağdan çıxarılır

Ermənistan İranın Qarabağ planını niyə qəbul etməyib?

Putin: “İndi qarşımızda qaçqınları Qarabağa qaytarmaq vəzifəsi dayanır”

Tehran Mənsimov Şuşa əməliyyatından danışdı

Xanlar Vəliyevin “dəyişməz hədəf”i: Hərbi prokurorluq niyə xain generalları yox, qalib əsgəri əzir?

Ən çox oxunanalar